İdlib böhranı

SETA-da vəzifəli dossent Murat Yeşiltaşın “İdlib böhranı”adlı analitik yazısı.

1354473
İdlib böhranı

Həftənin analizi_06_2020

İdlib uzun müddətdir Suriya böhranının isti cəbhələrindən biri kimi qalmaqdadır. Rusiya və Əsəd rejimi 2018-ci il səntyabr ayında Moskva və Ankara arasında Soçidə qəbul olunan razılaşmaya baxmayaraq İdlibdə müxalifəti və mülki vətəndaşları hədəf alaraq irəliləməkdə davam edir. Rejimin hədəfi İdlibdə müxalifləri tamamilə küncə sıxışdıraraq hərbi baxımdan zəiflətmək, beləliklə də Suriya vətəndaş müharibəsində hərbi qələbəsini elan etmək olaraq planlaşdırıldı. Bu hədəfin qarşısındakı yeganə maneə isə Türkiyə olaraq görünürdü. Nəticədə rejim Türkiyəni İdlibin cənubunda yerləşən müşahidə məntəqələrində narahat edərək, Ankaranın müqavimətini sındırmaq istiqamətində yeni strategiya izlədi. Fevralın 3-dən tutmuş Suriya rejimi İdlibdəki hücumlarını yeni bir mərhələyə daşıdı və birbaşa Türkiyə əsgərlərini hədəf alaraq 8 nəfərin həlakına səbəb oldu. Bu vəziyyət İdlib böhranında yeni bir mərhələyə işarə edir.

İdlibdə baş verənlər mövzusunu yaxından təqib edənlər üçün əslində gözlənilməz deyil. Uzun müddətdən bəridir Rusiya və Suriya rejimi İdlib mövzusundakı strategiyalarını addımbaaddım həyata keçirdilər. Bu strategiyanın həyata keçirilməsinə  səbəb olan böyük-kiçik müxtəlif səbəblər söz mövzusudur. Bunlardan əvvəlincisi İdlibdəki müxalifət ünsürlərinin öz aralarında birlik yaratma mövzusunda uğursuz olmaları idi. Nəticədə bu vəziyyət “HTŞ” (Həyat Təhrir-i Şam) kimi radikal qrupların sahədə hakimiyyət qazanmasına səbəb olmalarıdır. İkinci səbəb isə Rusiyanın rejimin toqquşma qabiliyyətini artırmaq sahəsində atdığı addımlar idi. Rusiyadakı hərbi heyətlər rejimi həm hərbi olaraq dəstəklədilər, həm də nizamsız  qruplarla necə döyüşəcəyini öyrətdilər. Əlbətdə bunlardan əlavə olaraq Rusiyanın hava hücum strategiyası son dərəcə mərhəmətsizdir. Qrozni modelini mənimsəyən rus hava hücumları şəhərləri əvvəl bombalayaraq insanlardan təmizləyir, sonra isə şəhəri müxalifət qruplarından tamamilə təmizləmək üçün məhv edəcək səviyyədə yaşanmaz hala gətirirdi. Üçüncüsü isə regional şərtlərin Rusiya və Suriya rejiminə daha sərbəst bir mühit hazırlaması idi. Rejim regional miqyasda Suriya böhranına qarşı əlaqə göstərilməməsini bir fürsət kimi gördü və İdlibi tamamilə nəzarət altına almaq üçün hərəkətə keçdi. 3 fevral hadisəsindən sonra İdlibdə yeni bir mərhələyə keçilmiş ola bilərmi? Bu sualın cavabı həqiqətdən əhəmiyyətlidir və böhranın gələcəyinə təsir edəcək faktları əhatə edir. Bu nöqtədə bundan sonra Türkiyənin necə addım atacağı xeyli əhəmiyyətlidir. Türkiyə üçün İdlib sadəcə bir təhlükəsizlik məsələsi deyil. İdlib tərəfindən gələcək yeni qaçqın axını Türkiyəni daha da çətin vəziyyətlə üzləşdirə bilər. Prezident Ərdoğana görə, 1 milyona yaxın qaçqın Türkiyə sərhədi istiqamətində irəliləməyə başlayıb. Bu səbəbdən Türkiyə qaçqınların sərhəd istiqamətində irəliləməsinin qarşısını almaq üçün İdlibdə yaranan mövcud tablonu yenidən qiymətləndirmək məcburiyyətindədir. Türkiyənin alternativləri arasında iki seçim var. Əvvələncisi mövcud vəziyyətin daha çox dərinləşməsinin qarşısını almaq üçün rejimə qarşı daşındırıcı hərbi mövqe ortaya qoymaq. Nəhayət ki, Türkiyə əsgərlərinin şəhid edilməsindən sonra Müdafiə Nazirliyinə görə Türkiyə rejim tərəfində 70 əsgərin zərərsiz hala gətirilməsinə səbəb olacaq şəkildə hərbi cavab verdi. Ancaq bu seçim davam etdirilə biləcək kimi qəbul edilmir və Türkiyə-Rusiya əlaqələrini dərindən sarsıda bilər. İkinci seçim isə mövcud vəziyyət üzərindən Türkiyə və Rusiya arasında yeni bir İdlib razılaşmasının qəbul edilməsidir. Nə Rusiya nə də Türkiyə əlaqələrinin pozulmasını istəmir. İki ölkə də bunun bir qazanc əvəzinə itkiyə əsəs olacağının fərqindədir. Həmin səbəbdən İdlib böhranı iki ölkənin əlaqələri baxımından bir test xüsusiyyəti daşıyır.

İdlib böhranının humanitar tərəfi isə yenə beynəlxalq ictimaiyyətin gündəmindədir. Avropa böhranın sadəcə qaçqınlar tərəfilə maraqlanır və həqiqətdən Türkiyənin işini asanlaşdıracaq və humanitar böhranın qarşını alacaq bir yanaşmadan kənarda mövqe ortaqa qoyur. Böhranın həqiqi zərər çəkənləri uşaqlar, qadınlar və yaşlılardan ibarət mülki vətəndaşlardır. İdlib böhranı dərinləşəcəyi təqdirdə bunun maliyyəti sadəcə Türkiyə üçün yox, Avropa üçün də ciddi səviyyədə olacaq. Bu səbəbdən İdlibi sadəcə Türkiyənin məsələsi kimi görməmək və həll yolunda Türkiyədən tərəf olmaq lazımdır.



Әlaqәli Xәbәrlәr