“Zərdə” şirniyyatı necə hazırlanır?

İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün sizə Osmanlı saray mətbəxinə aid olub, indiki vaxtda seyrək də olsa hazırlanan bir şirniyyat növünü təqdim edirik.

1316713
“Zərdə” şirniyyatı necə hazırlanır?

 

  İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün sizə Osmanlı saray mətbəxinə aid olub, indiki vaxtda seyrək də olsa hazırlanan bir şirniyyat növünü təqdim edirik.

  Düyü ilə zəfəran və ya zərdəçalın harmoniyasından yaranan bu şirniyat "zerde" adlanır.

  Osmanlı zamanında əvvəllər bir yas yeyəcəyi olaraq məclisə gətirilən zərdə sonralar toy və ayrı-ayrı bayram günlərində təqdim edilməyə başlandı və xoş mərasimlər şirnisinə çevrildi.

  Dadından başqa, zərdənin sevilməsinin bir səbəbi zəfəranın günəş və qızıl sarısına bənzəyən ürəkaçıcı rəngdə olma cazibəsidir. Amma bu ədviyyat bahalı olduğuna görə ümumilikdə zərdə artıq təkcə zərdəçalla hazırlanır.

  İstəkli dinləyicilər, biz bu gün sizə orijinal zərdə reseptini təklif edirik. Hazırladığınız zaman görəcəksiniz ki, evdə gül suyunda dəmlədiyiniz, zəfəranın ətri ilə ləzzətləndirdiyiniz həqiqi zərdənin dadı bir aləm olur.

  Əvvəlcə zərdə hazırlamaq üçün biz nələr lazımdır, ləvazimatını sadalayaq:

  • 1 stəkan düyü,
  • 2 litr su,
  • yarım kilo şəkər tozu və ya 1 stəkan yarım bal,
  • 2 qaşıq qarğıdalı nişastası,
  • yarım stəkan gül suyu,
  • 1 qr. zəfəran,
  • yarım çay qaşığı zərdəçal.

  Şirniyyatın üstünü bəzəmək üçünsə,

  • 30 qr. kişmiş,
  • 30 qr. şam fıstığı

  Diqqət, zərdə hazırlamaq üçün biz nələr lazımdır, bir daha sadalayırıq…

  Sıra gəldi zərdəni hazırlamağa.

  Əvvəlcə zəfəranı dəmlənməsi üçün bir gecə əvvəldən bir stəkan ilıq gül suyunun içərisində ağzı qapalı şəkildə saxlayın.

  Kişmişləri yuyub təmizləyin, sonra yumşalıb şişmələri üçün onu da suya qoyun.

  Düyünü yuyun və 2 litr suda yumşalana qədər qaynadın.   

  Qarğıdalı nişastasını yarım stəkan suda əridib qaynadılmaqda olan düyünün içinə töküb qarışdırın. Şəkər tozu və ya balı, zəfəranlı gül suyu və zərdəçalı da qazana əlavə edin. Əlinizi saxlamadan qarışdıraraq bir burum qaynadın. Bundan sonra qazın istiliyini azaldın və zərdənin suyu çəkilənə qədər bişirin.

  Bişən zərdəni qazın üzərindən götürüb 6 kasaya bərabər olaraq tökün. Soyuduqdan sonra üzərinə kişmişlə şam fıstığı səpərək bəzəyin və süfrəyə gətirərək çay yanında ləzzətlə yeyin. Nuş olsun!



Әlaqәli Xәbәrlәr