Sosial şəbəkə?

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Kudrət Bülbülün “Sosial şəbəkə?” adlı analitik yazısı...

1255430
Sosial şəbəkə?

Həftənin analizi_34

Yaşadığımız əsrdə ciddi bir sosial şəbəkə faktı ilə qarşı-qarşıyayıq. İnsanların saatlarla vaxt keçirdiyi sosial şəbəkənin səbəb olduğu nəticələr ciddi mübahisələrə səbəb olur. Sosial şəbəkə bəziləri üçün insanın qurdu olduğu tamamilə Hobsyen bir mühitdir, yəni anarxiya vəziyyətidir. Bəziləri üçün isə Lockeyen bir təbiət durumu. Hər şəy azadca və xoşbəxt, amma nizamlanması vacib olan bir mühit.

Sosial şəbəkəni necə qiymətləndirməliyik? Əvvəl söyləməmiz lazım gələn, biz qiymətləndirsək də qiymətləndirməsək də sosial şəbəkə öz məcrasında axmağa davam edir. Lakin bu vəziyyət qiymətləndirməyimizə mane deyil.

Bütün düşüncələrə azadca və ödənişsiz imkan təqdim edən bir mühit...

Əvvəl faydalarından bəhs etmək istəsək; sosial şəbəkə “düşüncəm var” deyənlərə, düşüncələrini çatdırmaq istəyənlərə, dəyişik düşüncələri görmək istəyənlərə, icmalarda fərqli qrupların nə düşündüyü ilə maraqlananlara inanılmaz imkanlar təqdim edir.

Real həyatda çata bilməyəcəyiniz milli və qlobal bir çox insana düşüncəsinizi çatdıra bilməniz mümkündür. Əksi tərəfdən nəzər saldığınız zaman həqiqi həyatda sizə çox uzaq olan insanların nə düşündüyünü öyrənə bilməniz də imkan daxilindədir. Bundan əlavə düşüncələri bölüşmək üçün elə çox sərmayəyə ehtiyac da yoxdur. Keçmişdə yerli miqyasda bir qəzet dərc etdirmək, radio/tv qurmaq üçün belə ciddi miqdarda maddi imkanlara ehtiyac olurdu. Sosial şəbəkə ilə çox az sərmayə ilə hər kəsin ətraflı şəkildə düşüncələrini paylaşa bilməsi, özünü ifadə edə bilməsi mümkündür.

Digər tərəfdən, bu düşüncələr nəzarətsiz bir şəkildə, heç bir maneə olmadan bölüşülə bilir. Düşüncələrin sərbəst hərəkəti ən çox qapalı cəmiyyətləri və rejimləri təhdid edir. On illər boyu dünyaya qapalı qalan ərəb rejimlərinin ərəb baharı ilə dəyişməyə başlamasının ən vacib səbəblərindən biri sosial şəbəkə olaraq qəbul edilir. Nəzarət edilə bilməyən sosial şəbəkə vasitələrilə kütlələr daha rahat təşkilatlana və reaksiya göstərə bildi.

Hər cür yalanın yayıla və kütlələrin manipulyasiya edilə biləcəyi bir mühit…

Sosial şəbəkə digər tərəfdən hər cür yalanın rahat şəkildə yayıla bildiyi bir mühitdir. Sosial şəbəkədə nəyin düzgün, nəyin səhv olduğunu başa düşmək bəzən qeyri-mümkün olur. Sosial şəbəkədə sadəcə düşüncələr deyil, hər cür əxlaqsızlıq, nizamsızlıq, qaydasızlıq, cinayət ünsürləri də nəzarətsiz şəkildə yayıla bilir. İstənilən hücuma uyğundur. “Facebook”un qurucusu Zukerberqin xakerlərdən qorunmaq üçün noutbukunun kamerasını və mikrofon girişini bağlaması diqqət çəkir.

Sosial şəbəkə vasitəsilə onlara birbaşa çatıla bildiyi üçün kütlələr birbaşa manipulyasiyalara açıq hala gəlir. Bu açıqlıq kütlələrdən öz məqsədləri çərçivəsində istifadə etmək istəyən kəşfiyyat təşkilatları və digər bir sıra təşkilatlar tərəfindən çox yaxşı qiymətləndirilə bilir. Taksimdə “Gezi parkı”nda kəsilən ağaç səbəbindən Türkiyədə kütlələrin necə manipulyasiya edilə  bildiyini  hamımız gördük. Bəzi ölkələrdəki sarı, narıncı inqilab, məxməri inqilabı kimi hərəkətlərin, Açıq İcma İnstitutu kimi beynəlxalq təşkilatlarla yaxından əlaqələndirildiyi məlumumuzdur.

Sosial şəbəkənin mənfi cəhətlərindən bəhs edərkən şübhəsiz trolları unutmamaq lazımdır. Müəyyən bir gündəm yaratmaq yaxud müxalifət edən şəxsləri, təşkilatları gözdən salmaq üçün yaradılan saxta hesablarla intensiv şəkildə təbliğat apara bilir. Trolların da təsirilə sosial şəbəkədə bəzən həqiqətin mənasını itirdiyi, yaranan imicin, həqiqətin yerini aldığı vəziyyətlərə şahid oluruq. Onlar üçün sosial şəbəkə nə sosial nə də ünsiyyət vasitəsidir, sadəcə hücum edən bir vasitədir.

Neçə kəşfiyyat qurumu sosial şəbəkə şirkətlərinin məlumatına sahibdir?

Sosial şəbəkəni qiymətləndirərkən gözdən qaçan bir vəziyyət sosial şəbəkə şirkətlərinin bizim üzərimizdən sahib olduğu həddən artıq məlumatlardır. Bu məcralarda paylaşım etdiyimiz xüsusi məlumatlardan danışmaq istəmərik. Ortaya qoyduqları şərhlər, bəyənmə, paylaşma vasitəsilə şəxslərin, icmaların, dindar, sekulyar, etnik və s. hər cürə insan qruplarının şəxsiyyət, dəyər, siyasət mövqe analizlərini sosial şəbəkə şirkətləri əldə edə bilirlər. Sosial media şirkətlərinin müəyyən saydakı bəyənmə ilə insanların şəxsiyyət analizlərini ən yaxın yoldaşlarından daha yaxşı edə bildikləri qeyd olunur. Bu mənada bu şirkətlər əllərindəki ciddi məlumatlarla bütün dünyaya nəzarət edib, analiz edən Corc Orvelin 1984-cü ildə qələmə aldığı romanındakı tele-ekran kimi. Bu vəziyyət şirkətlərə, bu şirkətlərlə yaxın işləyən kəşfiyyat təşkilatlarına, dövlətlərə ağlasığmayan güc qazandırır. Bu qədər xidməti hər halda ödənişsiz göstərmirlər. Belə fikirləşin ki, hər hadisədə elə bir məcburuq kimi göstərdiyimiz reaksiyalar, yazdığımız şərhlərlə hansı ölkədə, nə cür hadisələr qarşısında, hansı qrupların necə reaksiya göstərə biləcəyi məlumatı bizim tərəfimizdən bu şirkətlərə təqdim olunur. Müəyyən yaşdan yuxarı olanlar sosial şəbəkəni müəyyən nisbətdə qiymətləndirir yaxud qiymətləndirmir. Lakin müəyyən yaşdan aşağı olanlar sosial medianın içində doğulub, böyüyür. Təsiri hər ötən gün daha da zəifləyən ailə əlaqələri səbəbindən uşaqların daha öz başına böyüdüyü, təhsil və real sosial mühitin mənasını itirməkdə davam etdiyi bir zamanda sosial şəbəkə günbəgün uşaqlarımızın tək sosiallaşdığı məkana çevrilir. İstifadəçilərin əhəmiyyətli bir hissəsi üçün qaydanın, prinsipin, ərdəmin olmadığı, amma trolun, böhtanın, yalanın çox olduğu bir mühitdə böyüyür uşaqlarımız. Uşaqlarımızın üz tutduğu bu istiqamət harası olacaq? Bu mühit necə bir dünya yaradır? Tamamilə ümidsiz olmamaq lazımdır. Bütün dağıdıcı faktlarına baxmayaraq sosial şəbəkə yaxşı imkanlar da təqdim edir. Necə bir mühit olduğunun başa düşülməsilə müsbət qiymətləndirilə bilməsi də ciddi mənada mümkündür. Uşaqlarımız cəhətdən isə bunu edə bilərik; onların sosial həyata daxil olmasını sosial şəbəkənin üzərinə buraxmamalıyıq. Əvvəl həqiqi həyatda sosial olduqdan sonra sosial şəbəkəyə daxil olmasına icazə verməliyik. Ayaqları yerə möhkəm basandan sonra bu məcraya daxil ola bilərlər. Lakin ayaqlardan biri möhkəm deyilsə daxil olunan bu dünyadan çıxmaq çətin ola bilər. 

Xülasə qloballaşma prosesləri kimi sosial şəbəkə də bizim qiymətləndirməmizdən müstəqil olaraq öz məcrasında axır. Bizim atacağımız addım isə müxalif yaxud tərəfdaş olmaqdan çox bu axışın özümüz, ailəmiz, ölkəmiz və bəşəriyyət üçün faydalarını artırmaq, zərərlərini azaltmaqdır.



Әlaqәli Xәbәrlәr