Çanaqqala

Türkiyәnin şimal-qәrbindә  yerlәşәn Çanaqqala şәhәri  Avropa ilә Asiya qitәlәrini bir-birindәn  ayıran boğazın hәr iki sahilindә qurulub.

1222148
Çanaqqala

 

Türkiyәnin şimal-qәrbindә  yerlәşәn Çanaqqala şәhәri  Avropa ilә Asiya qitәlәrini bir-birindәn  ayıran boğazın hәr iki sahilindә qurulub. Şәhәr Anadolu ilә Trakyanın birlәşdiyi bölgәdә yerlәşir. Şәhәr olduqca şanlı  tarixә malikdir.

Çanaqqala boğazı Anadolu ilә Avropa, Aralıq ilә Qara dәnizlәrini  bir-birinә bağlayan iki keçid bölgәsindәn biridir. Bu sәbәblә şәhәr tarix boyu müxtәlif köç vә istilalara mәruz qalırdı.

Bölgә müxtәlif tarixlәrdә xarici qüvvәlәrin hücumlarına mәruz qalıb. Şәhәrdә müxtәlif sivilizasiyalara mәxsus izlәrә rast gәlmәk mümkündür. Fatih Sultan Mehmetin hakimiyyәti dövründә Çanaqqala boğazının hәr iki tәrәfindә qalalar inşa olunub.

E.Ә 1200-cü illәrdә bölgәdә Troya xalqı yaşayıb. Troya müharibәsi dövründә bölgәyә müxtәlif tayfalar yerlәşib. Daha sonra Anadolunun tarixinә qara lәkә kimi düşәn günlәr başlayıb. Bölgә sonra sırayla  Lidiya Krallığının, Farsların, Makedoniya Krallığının, Roma vә Bizans İmperiyasının hakimiyyәtinә keçib. Osmanlı dövlәtinin güclәnmәsi ilә bölgә Osmanlı İmperiyasının nәzarәtinә keçib.

Çanaqqala şәhәrinin  adı Çanaqqala müharibәsi  kimi  yaddaşlara әbәdi  hәkk olunub.

Birinci Dünya Müharibәsi zamanı Çanaqqala boğazını keçmәk, İstanbulu әlә keçirmәk vә Qara dәnizә daxil olmaq istәyәn ingilis vә fransızlar Çanaqqala boğazını mühasirәyә alıb. Türk ordusunun apardığı amansız mübarizә nәticәsindә düşmәn qüvvәlәri boğazı keçә bilmәyib. Qurudan vә dәnizdәn edilәn hücumların qarşısı alınıb. Türk ordusunın  canları bahasına apardığı qanlı mübarizә ölkә tarixinә qızıl hәrflәrlә yazılıb.

Birinci Dünya Müharibәsinin әn qanlı toqquşmalarının yaşandığı Qelibolu yarımadası milli parkı  müharibә muzeyinә bәnzәyir. Parkda vәtәnlәrini canları bahasına müdafiә edәn qәhraman әsgәrlәrin abidәsi ucaldılıb. Parkda hәmçinin işğalçı qüvvәlәrin әsgәrlәrinin abidәlәri dә ucaldılıb.

Çanaqqala müharibәsinin izlәrinә şahid olmaq istәyәnlәri  Çanaqqalaya dәvәt edirik.

Anzak kәndi, Kilitbahir qalası, Namazgah İstehkamı, Conbayiri, Yalnız Çam abidәsi, Şәhidlik xiyabanı, Sәddülbahir qalası, şәhidlәr abidәsi dә şәhәrin görmәli yerlәrindәndir.

Anzak әsgәrlәrinin çox sayda itki verdiyi Anzak kәndindә hәr ilin 25 aprel tarixindә yadetmә mәrasimlәri keçirilir. Bir-biri ilә toqquşan tәrәflәrin nәvәlәri  mәrasimә qatılırlar. Qelibolu Milli Parkı  dünyanın әn çox ziyarәt edilәn milli parkları sırasındadır.

Әziz oxucularımız Türkiyәyә yolunuz düşәn zaman Çanaqqala şәhәrindәki Qelibolu Milli Parkını vә UNESKO-nun mәdәni irsi siyahısına daxil edilәn Troya antik şәhәrini dә   görmәyinizi tövsiyә edirik.


Etiketlәr: #Çanaqqala

Әlaqәli Xәbәrlәr