Yaşıl qabaqlı mücver necə hazırlanır?

İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün “Türkiyə mətbəxi” silsiləsindən sizə mücverdən bəhs edəcəyik.

1194401
Yaşıl qabaqlı mücver necə hazırlanır?

  Əsas deyil, daha çox tamamlayıcı və əlavə kimi təqdim olunan bu yemək əsasən tərəvəzdən ibarətdir.

  Yaşıl qabaq (kədu, sukkini, zucchini), pendir, un, yumurta və digər məhsulların qarışdırılması və sonra kiçik parçalara bölünüb qızardılması ilə hazırlanan mücver, xüsusilə vegeteriyanların asanlıqla qəbul etdiyi bir yemək növüdür. Türkiyədə mücver yaşıl qabaqla da edilir, onsuz da. Bu gün sizə klassik yaşıl qabaqlı mücveri təqdim edirik.

  Klassik yaşıl qabaqlı mücveri hazırlamaq üçün bizə nələr lazımdır, əvvəlcə onları sadalayaq:

  • 4-5 ədəd kiçik yaşıl qabaq,
  • 3 dənə çalınmış yumurta,
  • stəkanın üçdə biri qədər doğranmış cəfəri,
  • stəkanın üçdə biri qədər doğranmış şüyüd,
  • 1 stəkan yarım un,
  • 4-5 dənə xırda doğranmış təzə soğan,
  • 1 stəkan əzilmiş ağ pendir,
  • 1 çay qaşığı duz,
  • 1 çay qaşığı istiot,
  • yarım stəkan zeytun yağı (qızartmaq üçün).

  Bizə yeməyin yanında qatıq sousu

  • 1 stəkan qatıq,
  • 1 diş sarımsaq

 lazımdır.

  Bəli, indi başlayaq klassik yaşıl qabaqlı mücveri hazırlamağa.

  Əvvəlcə yaşıl qabaqları rəndənin iri hissəsində rəndələyin. Mücveri sulandırmaq üçün rəndələnmiş qabağı azca duzlayaraq 10 dəqiqə gözlədin. Bundan sonra su salmış qabaqların suyunu yaxşıca sıxın, geniş bir qaba tökün. Üzərinə çalınmış yumurta, doğranmış təzə soğan, şüyüd, cəfəri, duz, istiot və 1 stəkan yarım unu əlavə edin. Hamısını yaxşıca bir qaşıq və ya spatulanın köməyi ilə qarışdırın.

  Bu arada yağı tavada qızdırın. Alınan xəmirdən hər dəfə bir xörək qaşığı qədər götürüb yağda qızardın. Bişdikcə mücverlərin artıq yağını xovlu kağıza süzdürərək boşqaba düzün.

  Sousu hazırlamaq üçün bir stəkan qatığa doğranmış bir diş sarımsağı töküb çalın.

  Mücverləri otaq temperaturunda və ya soyuq olaraq üzərinə qatıqlı sousu töküb süfrəyə verin. Nuş olsun.



Әlaqәli Xәbәrlәr