“Özbəkistan səfərindən qeydlər-2”

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Küdrət Bülbülün “Özbəkistan səfərindən qeydlər-2” adlı analitik yazısı.

1196710
“Özbəkistan səfərindən qeydlər-2”

Həftənin analizi_19

“15-16-cı əsrdə elmdə, təhsildə, mədəniyyətdə nəhəng addımlar qoyulmasına baxmayaraq Özbəkistandakı bu inkişaflar nə üçün davam etməyib? Nə üçün Türk və İslam dünyası daha sonrakı əsrlərdə bu parlaq anlayışdan çox kənarda qalıb?”

Elm, Tarix, Siyasət yaxud siyasi sabitliyin əhəmiyyəti

Əmir Teymur özbəklər üçün çox şey ifadə edir. Özbəkistana Teymur ölkəsi də deyilə bilər. Hökmdarlığı dövründə bir çox elm adamını, alimləri ölkəsinə dəvət edib. Hazırda Buxaradakı, Səmərqənddəki müxtəlif tarixi əsərlər Teymur dövrünə məxsusdur. İlk dövlət başçısı İslam Kərimov özünü deyil Teymuru və onun dövründə tikilən əsərləri ön plana çıxarmağa üstünlük verib. Teymur dövründə dövlətin sərhədləri İzmirdən Hindistana gedib çıxırdı. Teymur Osmanlı dövlətini padşahsız dövr olan fətrət dövrünə daxil edərkən Altınordu dövlətinin hakimiyyətinə son qoymuşdur. Lakin bu qədər geniş bir coğrafiyanı idarə edəcək dövlət məxanizmi olmadığı üçün 1405-ci ildəki vəfatı ilə dövləti dağılmağa başlayır. Osmanlı dövləti qısa müddət ərzində özünü yığışdıraraq, yeniləyərək yoluna davam edib. Lakin Altınordu dövlətinin torpaqlarında yaranan boşluğu ruslar doldurub.  Teymur yaratdığı boşluğa görə Rus imperiyasının ortaya çıxmasına səbəb olmaqda tənqid edilir. Teymur dövründə və daha sonra nəhəng elmi fəaliyyətlər aparılmasına baxmayaraq daha sonra bu addımların davam etdirilmədiyini görürük. Bunun çox əhəmiyyətli bir səbəbi siyasi sabitlikdir. Siyasi sabitlik yoxdursa elm, təhsil, sənət, mədəniyyət heç biri daimi ola bilmir. Bu vəziyyətin acınacaqlı nümunəsini Teymurun nəvəsi Uluğ bəyin hekayəsində görürük. Dövlət başçısı, dövrünün qabaqcıl alimi, astronomu olmasına baxmayaraq, oğlu ona qarşı üsyan qaldırır. Oğluna məğlub olduqda təslim olur. Taxt işlərindən vaz keçdiyini, həccə getmək istədiyini bildirir. İcazə verilir. Lakin daha sonra Səmərqənddən kənara çıxdığı anda oğlunun göstərişilə öldürülür.  Bir necə aydan sonra isə oğlu da əsgərlər tərəfindən öldürülür.

Bu qədər qeyri-müəyyənlik və etimadsızlıq içində heç nəyin daimi olması mümkün deyil. Söhbətin əvvəlindəki sualın əhəmiyyətli bir səbəbi siyasi sabitlikdir. İslam aləminin siyasi sabitliyə verdiyi əhəmiyyət Özbəkistanda çox yaxşı başa düşülür.  Çünki dövlət yoxdursa geridə heç nə qalmır. Osmanlı dövlətinin və qurumlarının daha daimi olmasının ən əhəmiyyətli səbəbi də yenə siyasi sabitlikdir.

FETÖ

FETÖ-nün nə qədər böyük təhdid olduğunu Özbəkistan Türkiyədən əvvəl anlayıb. 1999-cu ildə FETÖ məktəblərinin hamısını bağlayıb. Casasluqda ittiham etdiyi müəllimlərini ölkədən çıxarıb. FETÖ-nün Türkiyədə 2016-cı ildə həyata keçirməyə cəhd etdiyi çevrilişi daha əvvəl Özbəkistanda təcrübə etdiyi və uğursuz olduğu ifadə edilir. FETÖ-nün Türkiyə-Özbəkistan əlaqələrinə verdiyi zərəri istər zehin dünyamızdakı Özbəkistan qavrayışı və istərsə orada dinlədiklərimiz üzərindən daha yaxşı başa düşürük.

Buxari, Şahı Naşkibəndi, Matudiri

Şübhə yoxdur ki, Özbəkistana dair bir yazıda Buxari, Nakşibəndi, Maturididən bəhs etməmək olmaz. Hazırda radikallaşmağa mane olan, marginallaşdırmayan İslami təfsirin əsaslarını təşkil edən bu şəxslər başqa bir söhbətin mövzusudur. İndilik özbəklərin bu şəxslərin türbələrinə ciddi maraqlarına diqqət çəkmək istəyirik.

Türkcə və Türk dünyası

Türkdilli dövlətlər arasında ünsiyyəti, bir-birini başa düşməyi gücləndirmək əslində çətin deyil. Üç əsas addım bir-birimizi anlamağımızı daha çox asanlaşdıracaq. Əvvəlincisi latın qrafikasının qəbul edilməsidir. Özbəkistan latın qrafikasına keçib. Azərbaycan və Qazaxıstan da eləcə. Lakin bu ölkələrdə arabir Kril qrafikasından da istifadə olunur. Latın qrafikasına keçildiyi zaman yazılı mətnləri başa düşmək daha asan olacaq. 

İkincisi bir əsr əvvəli kəlmələrdən daha çox istifadə etmək. Son əsrdə Türkiyə türkləri ingiliscə və fransızcadan, digərləri isə ruscadan çox təsirləndilər. Hamımız birlikdə atalarımızın dilini danışsaq daha rahat bir-birimizə başa düşə biləcəyik. Özbəkistanda yaşlıların danışıqları, geyimləri bizim yaşlılara o qədər oxşayır ki.

Üçüncü olaraq Türkiyə türkcəsi yazıldığı kimi oxunur, oxunduğu kimi yazılır. Bu da dildə asanlığa səbəb olur. Digər dillərdə isə belə bir addım bir-birimizi daha yaxşı başa düşməyimizə kömək olacaqdır. Hazırda qədim türkcəni biraz bilirsinizsə əsasən bir-birinizi başa düşmək çətin deyil.

Türkiyə universitetlərinin şöbə aça bilməsi

Özbəkistanda görüş kəçirdiyimiz hər kəs Türkiyə universitetlərinin təcili olaraq Özbəkistanda şöbə açmasının vacibliyini təkidlə dilə gətirdi. Putinin 150 rektorla Özbəkistana səfər etdiyini söylədilər. Qərbi universitetlər xeyli zamandır şöbələrini açıblar. Seçiləcək müəyyən universitetlərin Özbəkistanda şöbə açmaları təcili təşviq edilməlidir. Rusiya, qərbli ölkələr əsasən əhəmiyyətli addımlarını atıblar, Türkiyə bu sahədə daha çox yubanmamalıdır.

2-ci Türkiyə

Özbəkistanda müşahidə olunan əslində 2-ci bir Türkiyə olduğudur. Özünüzü Türkiyədə kimi hiss edirsiniz. Yaxud da orası Atayurdumuz olduğuna görə, Türkiyəyə 2-ci Özbəkistan da deyilə bilər.

Zehin kodları Qərbdə formalaşmış bir Türkiyə

Özbəkistana səfərimdən əvvəl özbək tələbələrlə apardığım bir fəaliyyət nəticəsində tələbələr Türkiyədə insanların Qərbə qarşı daha həssas olduqlarını, Şərqdəki əhvalatları eynilə yox qəbul etdiklərini söylədilər. Buxara və Səmərqəndin bizdə buraxdığı dərin təsirlə qayıtdığım zaman tələbələrin nə demək istədiklərini daha yaxşı başa düşdüm. “Mediada Türk dünyası hansı səviyyədə diqqət mərkəzindədir” deyə sadə bir baxış vəziyyətə aydınlıq gətirir. İdman, sənət, ədəbiyyat proqramlarında Türk dünyasından hardasa heç bəhs edilmir. Özümüzə sual verəyin, Qərbdən bir çox idman və idmançı adına bələd olduqda, Türk və İslam dünyasından neçəsinin adını bilirik? Kabl ilə TV-də qərbli ölkələrdən müxtəlif kanallar olduqda, Türk dünyasından kanal sayı yox deyiləcək qədər azdır. Ata vətənimizə qarşı bu kifayətsiz maraq insanı kədərləndirir. Halbuki çox sadə addımlar Türk və İslam dünyasını daha çox gündəmimizə daxil edə bilər. Türk Keneşi ətrafında Türk dünyasının çəmpion klubları çempionlar çempionunu müəyyənləşdirmək üçün hər il yarış təşkil etsə? Yenə eynisi İslam Əməkdaşlıq Təşkilatının nəzarətində keçirilə bilsə? Bu cür simvolik fəaliyyətlər  belə güclü maraq doğuracaq və məlumat yayacaqdır. Tarixi köklərindən qopmuş bir Türkiyənin başda özünün çox şey itirməsinə səbəb olur. Belə bir Türkiyə Avropa İttifaqına (Aİ) daxil olsa belə, Aİ daxilində özünü adi bir Aİ ölkəsi səviyyəsinə salar. Türkiyə Qərblə qurduğu əlaqə qədər Türk və İslam dünyasını Afrikanı da gündəminə saldığı nisbətdə özünə gələr. Ancaq belə bir Türkiyə missiyasını yerinə yetirə bilər və başda özünə, bölgəsinə, dünyaya müxtəlif töhfələri olar.



Әlaqәli Xәbәrlәr