Berqama

‘Türkiyәdә turizm’’ proqramında bu hәftә sizә Türkiyәnin Egey dәnizi sahilindә yerlәşәn antik şәhәr Berqama haqqında mәlumat verәcәyik.

1185213
Berqama

 ‘‘Türkiyәdә turizm’’ proqramında bu hәftә sizә Türkiyәnin Egey dәnizi sahilindә yerlәşәn antik şәhәr Berqama haqqında mәlumat verәcәyik.

Türkiyәnin qәrbi xüsusilә dә  Egey dәnizi sahilәrinә yaxın әrazilәr arxeoloji baxımdan olduqca zәngindir. Bu bölgәlәrdәn biri dә İzmir şәhәrinә tәxminәn 100 kilometr mәsafәdә yerlәşәn vә müxtәlif mәdәniyyәtlәrә ev sahibliyi etmiş Berqama qәsәbәsidir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müxtәlif sivilizasiyaların әn görkәmli mәdәniyyәt vә incәsәnәt mәrkәzlәrindәn biri olan Berqama qәsәbәsi 2014-cü ildә YUNESKO-nun dünya irslәri siyahısına daxil edilib.

Berqama qәsәbәsi  Helenistik, Roma, Şərq Roma və Osmanlı dövrlərinə aid izlәr daşıyır. Bölgәdә Perqamon, Kibela müqәddәs sahәsi, İlyas tәpә, Yığma tәpә, İkili, Dovşan tәpә, X tәpә, A tәpә vә Maltәpә adlı doqquz fәrqli Tümülüs yani kiçik daşlardan yaradılan çox yüksәk qәbir tәpәlәri mövcuddur.

Antik mәnbәlәrdә Perqamon olaraq adlandırılan şәhәr E.Ә.200-cü ildә Attalos xanədanlığının paytaxtı olub.

Şәhәr mədəni, elmi və siyasi baxımdan çox inkişaf edib. O dövrlәrdә şәhәrdә çox sayda  məbəd, saray,  teatr, böyük  kitabxana vә çox sayda tarixi abidә inşa olunub.

Berqama E.Ə. 133-cü ildә Romanın nәzarәtinә keçdikdәn sonra Roma şәhәrinә bənzəməyə başlayıb.  O dövrlәrdә şәhәrdә  Asklepion adlı xәstәxana inşa olunub.  

Şәhәr öz әhәmiyyәtini Bizans dövründә itirmәyә başlayıb. Ticari baxımdan istifadә olunan yolların dәyişmәsi Berqamanın qәsәbәyә çevrilmәsinә sәbәb olub.

Antik şәhәr 14 әsrin әvvәlindә Osmanlı İmperiyasının nәzarәtinә keçib. Berqama şәhәri Osmanlı dövründә bir-birindәn gözәl tarixi әsәrlәrlә bәzәdilib. Sadәcә dini mәkanlar deyil, ticari vә sosyal mәkanlar da şәhәri bәzәyib.

Berqamada ilk arxeoloji qazıntılar 1870-ci ildә aparılıb. Arxeoloji tәdqiqatlar nәticәsindә aşkara çıxarılan tarixi әsәrlәr  Türkiyәnin ilk argeologiya muzeyi olan Berqama muzeyindә nümayiş olunur. Berqamanın zәnginliklәri bu gün də arxeoloji qazıntılar nәticәsindә aşkara çıxarılmaqda davam edir. 

Kral ailəsinin, rəhbərlərin və komandanların  yaşadığı Berqama Akropolu  qeyri-adi memarlıq xüsusiyyətlərə malikdir.

Şәhәrdә mövcud olan Aqora mәbәdi, Dionisyos mәbәdi vә kitabxana ziyarәtçilәrin diqqәtlәrini cәlb edib. Kitabxanada mövcud olan kitabların romalı komandirlәrdәn Mark Antonius tәrәfindәn toy hәdiyәsi olaraq Misir Kraliçası Kleopatraya hәdiyyә edildiyi güman edilir.

Berqamada inşa edilәn antik teatr tәxminәn 10 min nәfәrin  eyni anda tamaşanı izlәmәsini tәmin edirdi.

Aşağı şәhәr olaraq adlanan hissәdә aqora, heykәltәraşlıq mәktәbi, evlәr vә Serapis mәbәdi yerlәşir. Şәhәr Romanın nәzarәtinә keçdikdәn sonra Serapis mәbәdi kilsә kimi fәaliyyәt göstәrmәyә başlayıb.

Türkiyәyә yolunuz düşәn zaman İzmir yaxınlığında yerlәşәn Berqama qәsәbәsini  görmәyinizi tövsiyә edirik.


Etiketlәr: #Berqama

Әlaqәli Xәbәrlәr