Ruanda soyqırımı

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Küdrət Bülbülün “ Ruanda soyqırımı” adlı analitik yazısı.

1179934
Ruanda soyqırımı

Həftənin analizi_15

BMT-nin 1948-ci il tarixli Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyasına görə razılığa gələn tərəflər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq soyqırımın, beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edirlər və bu cinayətin qarşısını almaq və cəza tədbirlərini həyata keçirmək öhdəliyini götürürlər. Bu Konvensiyaya müvafiq olaraq soyqırım hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir: bu cür qrup üzvlərinin öldürülməsi, bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi, qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması, bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi və bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi.

Əslində 1944-cü ildə polşalı bir yəhudi, Raphael Lemkin nasist Almaniyasının yəhudilərə qarşı sistemli məhv etmə planını təsvir etməyə cəhd göstərməsinə qədər ədəbiyyatda soyqırımı məfhumu yoxdur. Bu söz qədim yunan sözü “genos” (irq, tayfa) və latın dilindəki “cide” (öldürmək) şəkilçisindən formalaşmışdır.

Məfhum əsasən bəzi qərbli dövlətlərin həyata keçirdiyi bəşəriyyətə yaraşmayan tətbiqlər üçün ortaya qoyulmuş olmasına baxmayaraq, bu dövlətlər tərəfindən ümumilikdə Qərbdən başqa dövlətlər üçün istifadə olunur.   

Sözü bu həftə Fransada bir komissiya qurulması üçün qaldırılan təşəbbüsdən hərəkətlə Ruanda soyqırımına gətirmək istəyirik. Ruanda soyqırımı Bosniyadan əvvəl, hər halda bəşəriyyət tarixinin qarşı-qarşıya gəldiyi ən son soyqırımdır.

Tarixi arxa plan: Belçikadan da eyni klassik: “Parçala, hökm et”

Ruandanın tarixi əslində müstəmləkələşdirilən digər bir çox dövlətlərin tarixindən fərqli deyildir. İlk olaraq Almaniya tərəfindən müstəmləkə edilib. Almanların I Dünya müharibəsində məğlub olmasından sonra Ruandanı Belçika işğal edib.

Ruandanın müstəmləkələşdirilmə metodu da digərlərindən fərqli deyildir. Belçikanın Ruandada etdiyi İngiltərənin “parçala və hökm et” siyasətinin başqa versiyasıdır. Belçika da imperial digər bir çox ölkədə olduğu kimi, imperial nizamları üçün azlıqları dəstəkləmə siyasəti izləyib. Beləliklə daha əvvəl əsrlərlə sülh içində, bir arada yaşayan Tutsi və Hutu tayfaları arasında gərginlik yaradılıb.

Belçikanın bu “parçala və hökm et” siyasətinin nəticəsində ölkə, müstəqilliyinədək azlıqdakı Tutsilər tərəfindən zorakılıq və təzyiq altında idarə edilib. Ruanda 1961-ci ildə müstəqilliyini əldə etdiyi zaman isə hakimiyyət Hutuların nəzarətinə keçib. 1950-ci illərdən sonra Belçika Hutuları dəstəkləməyə başlayıb. Bu dəfə uzun illər təzyiq altında qalmağın, əzilmiş olmağın təsirilə hərəkət edən Hutular onlara edilənləri Tutsilərə tətbiq ediblər.

1994: 1 milyon qətliam…

Azlıqdakı Tutsilər və əksəriyyətdəki Hutular arasındaki gərginlik və qarşıdurmalar 1994-cü ilədək davam edib. 1994-cü ildə Hutu olan dövlət başçısı Habyarimana Tutsilərlə sülh danışıqlarını başladıb. Razılıq əldə olunub. Razılaşmaya görə, Tutsilər də ölkə hakimiyyətində yer alacaqdır. Lakin Habyarimana təyyarəsi vurularaq öldürülüb.

Dövlət başçısının öldürülməsindən  Tutsiləri məsul tutan Hutular dəhşətli bir qətlaima üz tutublar. Yüz gündə təqribən bir milyon Tutsi və mülayim Hutu qətlə yetirilib. Bu, bir gündə orta hesabla 10 min insanın qətlə yetirilməsi mənası daşıyır. Dövlət işçilərinin və medianın da dəstək olduğu qətliamda odlu silahları olmadığı üçün radikal Hutular bıçaqlarla  yüzminlərlə insanı qətlə yetirib, yandırıb, qadınları zorlayıb. Belçikanın parçalamaq üçün Tutsi və Hutu olaraq verdiyi şəxsiyyət vəsiqələri Tutsilərin daha asan aşkarlanıb öldürülməsinin vasitəçisi olub. Soyqırım yüz gün sonra Tutsilərin təşkil etdiyi Ruanda Vətənpərvərlər Cəbhəsinin paytaxta girməsilə başa çatıb.

Günahsızları qoruyacağına əsgərlərini çıxaran bir BMT

Soyqırım başladığı zaman ölkədə 2500 BMT-nin sülhməramlıları var idi. Soyqırım qarşısında Tutsilərin tək sığındığı BMT gücü olacaq idi. Lakin BMT  sülhməramlılarının reaksiyası  1994-ci ildəki Bosniyadakından, Serbiyadakından fərqli deyildi. BMT Təhlükəsizlik Şurası qəbul etdiyi qərarla 2500 olan əsgər sayını 250-yə endirdi. Srebrenitzada da şəhəri qorumaqda vəzifəli olan hollandiyalı BMT sülhməramlılarının komandanı Thom Karremansın ona sığınan 25 min insanı və şəhəri serblərə təslim etməsi kimi.

Fransanın rolu…

Ruanda dövlət başçısı Kagame Fransa və Belçikanı soyqırımın birbaşa siyasi hazırlıqlarını görən dövlətlər kimi günahlandırır. Soyqırımın qurbanları Fransa və Belçikada bu ölkə rəsmilərinə qarşı məhkəmələrdə iş qaldırıblar. Ruandadakı Katolik kilsəsi kilsənin soyqırımda oynadığı rol səbəbindən ruandalılardan üzr istəyib. Ruanda Milli Soyqırımla Mübarizə Komissiyası 2016-cı ildə soyqırım cinayətinin şübhəlisi və əməkdaşlıq edəni” olduqlarına görə aralarında baş qərargah rəisi  Jacques Lanxadenin də olduğu yüksək rütbəli 22 fransız zabitin adını elan edib. Fransız zabitlər soyqırımı edənlərə təlim keçmək və onlara silah tədarük etməkdə ittiham ediliblər. Fransa 23 iyun 1994-cü ildə ölkənin cənub-qərbində sığınacaq axtaranlar üçün təhlükəsiz bölgə yaratmaq məqsədilə əməliyyat başladıb. Ancaq, Fransa soyqırıma mane olmaq əvəzinə soyqırım həyata keçirənləri silah-sursatla təmin edərək Ruanda Vətənpərvər Cəbhəsinin irəliləmisinin qarşısını alıb. Fransız jurnalist Saint-Exupery Hutuları silahlandırma göstərişinin dövrün prezidenti Fransua Mitterrandın baş katibi Hubert Vedrinenin yazılı göstərişilə verildiyini irəli sürüb.

Fransanın sabiq prezidenti Mitterandri “Le Figaro” qəzetinə 1998-ci ildə verdiyi müsahibədəki ifadəsi isə dəhşətlidir: “O ölkələrdə bir soyqırımı yaşanması o qədər də əhəmmiyətli bir şey deyil”.

Beynəlxalq səviyyədə sərt reaksiyalar və insan haqları tənqidlərinə görə, 25 il sonra nəhayət Makron 2019-cu ilin aprel ayında soyqırımla əlaqədar komissiya qurma qərarına gəldi. Mövzuyla bağlı bitərəf müşahidəçilərin, yətkin mütəxəssislərin deyil, Fransa tərəfindən “məqbul” qəbul edilən adların qurulan komissiyaya daxil edildiyi tənqid olunur. 

Belçika və Fransanın ittiham olunduğu Ruanda soyqırımı hələ 25 il əvvəl idi. Brenton Tarrantın cümə namazında 50 müsəlmanı qətlə yetirməsi isə hələ keçən ay baş verdi. Çox dəfə imperializmin tarixdə qaldığını, Tarrantizm kimi adlandırdığımız ağ irqçilik terrorunun nasisimin bir növnünün artıq yox olduğunu düşünürük. Belə düşünmək bəlkə də insan olmağımızın bir vacibatıdır. Çünki, belə dəhşətli hadisələrin tarixdə qalmasına ümid və arzu edirik. Lakin biz nə qədər unutsaq da imperialist niyyətlər ölümcül ideologiyaların məqsədləri hələ də təzə qalır.  Hər şərtdə bizə bunu xatırladırlar. Bu gün dünəndən daha çox qan axıdıla biləcək bir texniki təchizata sahibdirlər. Biz isə insanlıq ailəsi olaraq, vəhşət Qərb qaynaqlı olduğu zaman, dünəndən daha az ortaq bir qarşı mövqeyə, daha az görmə və reaksiya göstərmə təmayülünə sahibik.



Әlaqәli Xәbәrlәr