Diyarbəkir

“Türkiyədә turizm” verilişindә bu həftə sizә Türkiyənin cənub-şərqindә yerlәşәn ən böyük şəhərlərindən biri olan Diyarbəkirin tarixi qala divarlarını və Hevsel bağçalarını daha yaxından tanıdacağıq.

1163527
Diyarbəkir

“Türkiyədә turizm” verilişindә bu həftə sizә Türkiyənin cənub-şərqindә yerlәşәn ən böyük şəhərlərindən biri olan Diyarbəkirin tarixi qala divarlarını və Hevsel bağçalarını daha yaxından tanıdacağıq.

Diyarbəkirin tarixi qala divarları və Hevsel Bağçaları 2015-ci ildә YUNESKO-nun mәdәni irsi siyahısına daxil edilib.

Diyarbəkir  33  fәrqli  mәdәniyyәtә ev sahibliyi etmiş nadir şәhәrlәrdәn biridir.

Şәhәr tarix boyu  Asiya qitәsinin Mesopotamiyaya açılan qapısı xüsusiyyәtinә malik olub.  İpәk Yolu üzәrindә yerlәşdiyi üçün şәrqin әn monumental sarayları, bir-birindәn gözәl körpülәri mәhz bu şәhәrdә inşa olunub.

Diyәrbәkir qalası vә Hevsel bağları  şәhәrdә mövcud olan әn әhәmiyyәtli tarixi abidәlәrdәn bәzilәridir.  Tarix boyu mövqeyinә görә Mesopotamyanı ələ keçirmək istəyən qüvvәlәrin toqquşmasına səhnə olan şəhər müxtəlif mədəniyyətlərin izlәrini daşıyır.

İlk qala divarının inşasının şәhәrin Hitit və Xurrilərin hakimiyyətində olduğu dövrdə başladığı güman edilir. İndiki qala divarlarının ilk nümunәlәri E.Ә. 2000-ci illәrdә inşa edilmәyә başlayıb.

Diyarbəkir qala divarları Çin səddindən sonra müasir dövrümüzdə salamat qalan ən uzun, müdafiə üçün inşa edilәn tikilidir.

Diyarbәkir şәhәri Emevilәr, Sәlçıqlular, vә Osmanlı dövründә bir-birindәn gözәl tarixi әsәrlәrlә bәzәdilib. Sadәcә dini mәkanlar deyil, ticari vә sosyal mәkanlar da şәhәri bәzәyib.

Diyarbәkir qala divarlarından Diclә çayına doğru qәrb istiqamәtdә Hevsәl bağçaları yerlәşir..

Hevsәl bağçaları altından keçәn Diclә çayı ilә möhtәşәm mәnzәrәyә malikdir.

Bu torpaqlar şәhәr әhalisinin meyvә vә tәrәvәz ehtiyacını qarşılayır. Çox mәşhur Diyarbәkir qarpızları da mәhz bu bağlarda yetişir. Hevsel bölgәsi 180 quş növünә vә saysız vәhşi heyvanın məskənidir. Hevsel bağçaları haqqında yazılan çox sayda türkü vә əfsanә var.

Әziz dinlәyicilәr bu hәftә sizә 2015-ci ildә YUNESKO-nun mәdәni irs siyahısına daxil edilәn Diyәrbәkirin tarixi qala divarları vә Hevsel bağçaları haqqında qısa mәlumat verdik. Bu möhtәşәm әsәrlәri yerindә görmәyinizi tövsiyyә edirik.



Әlaqәli Xәbәrlәr