Safranbolu evləri

“Türkiyədә turizm’’ proqramında bu həftə sizə tarixi möhtәşәm evləri ilә ziyarәtçilәri özünә cәlb edәn Safranbolunu daha yaxından tanıdacağıq.

1145323
Safranbolu evləri

Türkiyәdә turizm 08_2019

“Türkiyədә turizm’’ proqramında bu həftə sizə tarixi möhtәşәm evləri ilә ziyarәtçilәri özünә cәlb edәn Safranbolunu daha yaxından tanıdacağıq.

Safranbolu tarixi Türk evlәrinin olduğu simvolik yaşayış yerlәrindәn biridir.

Evlәrin quruluşu elә gözәl planlanlaşdırılmışdı ki, bir -birinin işığına mane olmazdı, yağış suları belә qonşuları narahat etmәzdi.

Safranbolu 1994-cü ildәn etibarәn YUNESKO –nun mәdәni isr siyahısına daxil edilib.

Türklərin Orta Asiyadan başlayan səfərləri Anadoluya yerlәşmәlәri ilә nəticələnib. Buraya gələn Türk boyları oturaq həyata keçməyə başladılar. Urbanizasiya ev, məscid, karvansara, hamam, körpü kimi memarlıq nümunələrini də özü ilə bərabər gətirdi. Başlanğıc olaraq qeyri-müsəlmanlardan memar olaraq istifadə edilirdi, lakin yeni ehtiyaclar vә yeni mədəniyyət bu quruluşu formalaşdırdı.

Safranboluda hansı səmtə baxsanız sizi bir birindәn maraqlı memarlıq nümunәlәri qarşılayır. Tarixi Savranbolu evlәrindә inkişaf etmiş Türk memarlığına rast gәlә bilәrsiniz.

Bәzi evlәrdә geniş bağca vә hәyәtlәr dә var. Bağçalarda paltar yuyub qurutmaq, hәtta yemәk bişirmәk də mümkündür.

Safranboludakı evlәrin әn üst mәrtәbәsindә 4 istiqamәtә baxan pәncәrәlәr var. Safranbolu sadəcә tarixi evlәrdәn ibarәt deyil. Burda Osmanlı dövründә inşa edilәn mәscidlәr vә bir-birindәn gözәl hәdiyyәlik әşyaların satıldığı bazarlar var.

Safranbolu lokumu da çox mәşhurdur. Buranın tәbiәtinə isə söz ola bilməz. . Burda mövcud olan kanyon vә mağaralar ziyarәtçilәri hər zaman özünә cәlb edib. Safranbolu hәr il Sәnәdli Film Festivalına da ev sahibliyi edir.

Bu gözәl bölgәni yerindә görmәyiniz üçün sizi Safranboluya dәvәt edirik.



Әlaqәli Xәbәrlәr