Tarixdə bu gün: 1 yanvar

Tarixdə bu gün nələr olmuşdur?

1117059
Tarixdə bu gün: 1 yanvar

***

  Vaxtları dilimlərə bölmək - saniyələri dəqiqələrə, dəqiqələri saatlara, saatları günlərə, günləri aylara, ayları illərə ayırmaq təbiətdəki canlılar arasından yalnız insana məxsusdur. Buna görə də bəşər övladı günü, ayı, ili bir araya sığdırmaq üçün təqvim icad etdi. Dünyanın ayrı-ayrı qitələrində ayrı-ayrı insanlar tərəfindən müxtəlif təqvimlər yarandı.

  Əksər xalq və dövlətlərin hələ də istifadə etdiyi Jülyen, yəni Miladi təqvimi eramızdan əvvəl 45-ci ilin 1 yanvarından qəbul olunub. O günə qədər hicri təqvimindən istifadə edən Türkiyə 1925-ci ildən Miladi təqvimə keçdi və 1936-cı ildən yeni ilin ilk günü tətil elan edildi.

***

  Eramızın 404-cü ilin 1 yanvarı Romada son qladiator döyüşləri keçirilib. 7 əsrə yaxın müddətdə bu cür döyüşlər üçün xüsusi hazırlaşdırılan qullar və hərbi əsirlər geniş kütlələri əyləndirmək üçün meydanda ölüm-dirim mübarizəsi aparıblar. Bu qanlı ayinlərə xristian kilsəsi son qoyub.

***

  İslamı yayarkən Məkkədə qarşılaşdığı təzyiqlərdən qurtulmaq üçün 622-ci ildə Mədinəyə hicrət edən İslamın Peyğəmbəri Məhəmməd 1630-cu ilin 1 yanvarında 10000 nəfərlik ordu ilə Məkkəyə geri döndü.

***

  1940-cı ilin 1 yanvarında Azərbaycan Sovet Respublikası latın əlifbasından kirilə keçdi.

***

  1958-ci ilin 1 yanvarı Avropa Atom Enerjisi Birliyinin yaradılması haqqında saziş imzalandı. Avropa iqtisadi birliyinin əsas üzvləri olan Fransa, Almaniya, İtaliya, Belçika, Hollandiya və Lüksemburqun qurduğu bu təşkilatın başlıca vəzifəsi nüvə sənayesi yaratmaq və inkişaf etdirmək idi.                        

***

  1971-ci ilin 1 yanvarı ABŞ-da siqaret reklamları qadağan edildi.

***

  1992-ci ilin 1 yanvarından Avropa İqtisadi Birliyi üzv dövlətlərinin sərhəd qapılarında polis və gömrük nəzarətinin aradan qaldırılmasıyla əlaqədar Şengen (Schengen) müqaviləsi qüvvəyə mindi.

***

  2002-ci ilin 1 yanvarı Hollandiyada evtanaziya tətbiqilə bağlı qərar qəbul edildi. Bununla da Hollandiya sağalmaz (ölümcül) xəstəlikdən əziyyət çəkən insan və ya heyvana həyatlarını sona çatdırma haqqı verən ilk ölkə oldu.



Әlaqәli Xәbәrlәr