İdlib düyünü

Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı-yazarı Can Acunun “İdlib düyünü” mövzulu dəyərləndirməsi...

1039526
İdlib düyünü

Suriyadakı böhran 2011-ci ildən bəridir davam edir. Bu müddət ərzində İdlib bölgəsi müxalifətin son qalası mövqeyini qoruyur. İdliblə yanaşı ətrafındakı Hələbin qərbi və cənubu ilə yanaşı  Həma və Lazkiyənin şimalında Türkmən dağları bölgəsini əhatə edən bu sahə Əsəd rejiminə qarşı toqquşan müxalifətin nəzarətindəki son bölgədir. Müxalifətin Hələb və Şərqi Quta, Dera, Kuneytra və Homsun şimalı kimi bölgələrin nəzarətini itirməsi İdlibdəki mövcudluğunu daha əhəmiyyətli hala gətirdi. Astana danışıqları çərçivəsində 3 milyona yaxın əhalisi olan İdlib münaqişəsiz bölgə elan edildi. Türkiyənin Rusiya və İran ilə qəbul edilən Astana müqaviləsi çərçivəsində yaratdığı 12 nəzarət nöqtəsi bölgənin taleyi baxımından əhəmiyyətlidir.

İdlib bölgəsindəki  müxaliflər zaman-zaman bir-birlərilə toqquşur. İdeoloji ayrılıqla yanaşı aralarında güc mübarizəsi də gedir. Bölgədəki son vəziyyət çərçivəsində İdlibdə iki əsas müxalifət cəbhəsindən bəhs etmək mümkündür. Bunlardan biri HTŞ adlanan Heyəti Tahrir əl-Şam, digəri isə Milli Azadlaşdırma Cəbhəsidir. HTŞ ABŞ tərəfindən terror təşkilatı kimi qəbul edildikdə, Milli Azadlaşdırma Cəbhəsinə Türkiyə dəstək olur. Tahrir əl-Şam Astana prosesindən kənarda tutulduqda, Milli Azadlaşdırma Cəbhəsi Astana prosesinin bir hissəsi oldu.

Rejim və müttəfiqlərinin bölgəyə müdaxilə etmək üçün bəhanə kimi irəli sürdükləri radikal qruplar var. Türkiyə isə siyasi manevrlərlə bu qrupların aradan qaldırılması üçün cəhd göstərir. İdlib Astana prosesi çərçivəsində münaqişəsiz bölgə kimi qəbul edilməsinə baxmayaraq rejim və müttəfiqləri İdlibi birbaşa əhatəli şəkildə hədəf götürəcəklərinə dair çıxışlarını artırmağa başladı.  İdlibə ehtimal olunan hərbi əməliyat Türkiyə cəhətdən ciddi təhlükə təşkil edir. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Misturanın açıqlamasında İdlibdə Şərqi Quta ssenarisi təkrar edilsə humanitar problemin Şərqi Qutadan altı qatadək daha pis olacağı ortaya qoyulub. İdlib və ətrafındakı ünsürlərin aradan qaldırılması Türkiyənin nəzarət etdiyi Afrin, Azəz, Bab və Cerablus kimi bölgələrin də birbaşa təhdid edilməsinə gətirib çıxara bilər. Bu həqiqət də gözdən yayındırılmamalıdır. Rejimin mövcud hərbi gücü İdlibə qarşı ehtimal olunan əməliyyatın ancaq Rusiyanın təsdiqi və əməliyyata qoşulması ilə mümkün ola biləcəyini göstərir. Türkiyə və Rusiyanın Suriya sahəsindəki mövcud mövqeləri və iki ölkə arasındakı əlaqələr rəsmi Moskvanın rəsmi Ankaranı birbaşa təhdid edəcək belə bir addımı atma ehtimalını zəiflədir. Lakin bölgəyə istiqamətli hava bombardmanları Astana prosesində əldə edilən müqavilə ilə əlaqəli etimadı zəiflədərək bölgədəki sabitsizliyə dəstək olur. Həyata keçirilə biləcək İdlib əməliyyatı qarşısında Türkiyənin patrul nöqtələrinin bu addımdan yayındırma gücünün gələcək prosesdə rejim və rejim tərəfdarı milislər tərəfindən test edilə biləcəyi nəzərdə tutula bilər. Nəticədə Türkiyə yaratdığı 12 nəzarət nöqtəsilə bölgənin qurudan hədəf götürülməsinin qarşısını aldı.

Rejimin İdlibə əhatəli bir əməliyyat həyata keçirmək üçün hərbi gücünün kifayətsiz olduğu və bu çərçivədə xüsusilə Rusiya və İrandan tamamilə asılı  olduğu məlumdur. Rusiyanın nüfuzu altında olan Əsəd rejiminin İdlibə hücum etmə qərarının Rusiya və İranın təsdiqi olmadan qeyri-mümkün olduğu söylənə bilər.  Türkiyə İdliblə əlaqəli ruslarla aparacağı müzakirələrlə 3 milyona yaxın mülki vətəndaşın yaşadığı bölgəni ciddi bir insani böhrandan xilas etməyə cəhd göstərir. Bölgəyə istiqamətli həyata keçirilən hava hücumları qarşısında Türkiyənin Rusiya və rejim hava qüvvələrini Suriya hava sahəsi daxilində faktiki olaraq dayandırması mümkün deyildir. Buna görə diplomatik yollarla hava hücumlarını mümkün qədər azalatmağa cəhd edir. Ayrıca radikal təşkilatların İdlibdəki mövcudluğunu azaldaraq Rusiya və rejimin bölgəyə istiqamətli hava əməliyyatları üçün irəli sürdüyü bəhanələri əllərindən almalıdır. Suriyadakı toqquşmalara son qoyulması və Astana prosesinin sona çatdırılıb  siyasi həll yolu tapılması baxımından Türkiyənin müxalifəti bir yerdə cəmləşdirməsi əhəmiyyət daşıyır. Bu arada rejim və müttəfiqlərinin İdlibə istiqamətli təcavüzkar mövqelərindən əl çəkmələri və hava hücumlarını dayandırmaları da vacibdir. Ancaq rejimin İdlibdəki müxalifətin gücünü sındıraraq hərbi baxımdan Suriya müxaifətini və inqilabçı qüvvələri tamamilə sıradan çıxarmağı istədiyi aydındır. Astana və Soçi prosesi çərçivəsində davam etdirilən yeni əsas-qanun hazırlama və digər əlaqəli addımlarda da rejim üzərində bir təzyiq ünsürü kimi mövcudluğunu davam etdirmək durumundadır. İdlibin mühafizəsi ola biləcək qaçqın axınlarından özünü qorumaqda Türkiyə üçün əhəmiyyət daşıyır. Bundan əlavə İdlibin qorunması Türkiyə üçün “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarının aparıldığı bölgələrdəki nüfuzu, PKK-nın Suriyadakı qolu olan PYD/YPG ilə aparılan mübarizəsinin davam etdirilməsi və Suriyanın gələcəyilə əlaqəli müzakilərdə söz sahibi  olması əhəmiyyətlidir.

 

 



Әlaqәli Xәbәrlәr