Türkiyənin humanitar yardım və qaçqın siyasəti

Qlobal Humanitar Yardım 2017 hesabatına görə, Türkiyə keçən il ən çox humanitar yardım edən ölkə oldu. (Gündəm analizi_29 (20 iyul 2018)

1011288
Türkiyənin humanitar yardım və qaçqın siyasəti

  Türkiyənin humanitar yardım və qaçqın siyasəti dünyada birinci sırada yer alaraq hər kəsə insanlıq dərsi verir.

  Türkiyə bir tərəfdən ən çox humanitar yardım edən ölkə olaraq paylaşmanın necə edilməsini dünyaya göstərir, digər təərfdən üzdə “insan haqları” deyən qəliblərin arxasında gizlənən ölkələrdən fərqli olaraq sözdə deyil, əməldə də insana insan dəyəri vermənin necə olduğunu göstərir. Türkiyənin ən çox qaçqın saxlayan ölkə olması da çarəsizə münasibətin fərqini nümayiş etdirir.

  Qlobal Humanitar Yardım 2017 hesabatına görə, Türkiyə keçən il ən çox humanitar yardım edən ölkə oldu. “Ən səxavətli ölkə” sayılan Türkiyə milli gəlirinin 0,85 faizinə uyğun gələn humanitar yardımları reallaşdırdı. Milli gəlirə uyğun Türkiyədən sonra ən çox humanitar yardım edən ölkələr isə 0,17 faizlə Lüksemburq və Norveç olub.

  Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SEDA-nın araşdırmaçı-yazarı Can Acunun mövzu ilə bağlı yazısını təqdim edirik, mətni oxuyur Sevda Mirzə.

  İngiltərə mərkəzli İnkişaf Təşəbbüsləri Təşkilatının hesabatına görə, Türkiyə keçən il 8,07 milyard dollarlıq maliyyə ilə dünyada ən çox humanitar yardım edən ölkə mövqeyinə gəldi. Türkiyədən sonra 6,68 milyard dollar ilə Amerika Birləşmiş Ştatlarıdır. Amma ABŞ-ın həyata keçirdiyi humanitar yardım milli gəlirə nisbətən 0,04 faizdir. Ondan sonra isə ən çox humanitar yardımı 2,52 milyard dollarla Almaniya edib.

  Humanitar yardımda öndə olması Türkiyənin insana dəyər verən xarici siyasət anlayışının bir əksidir. İnsan haqları və demokratiya tərəfdarları olduqlarını iddia edən ölkələrin humanitar yardımda Türkiyədən çox geridə qalması onların iddialarının həqiqəti əks etdirmədiyini göstərir. Humanitar yardım məsələsində açıq aşkar dünya birincisi olması Türkiyənin insan haqlarına sözdə deyil, əməldə dəyər verdiyini sübut edir.

  Humanitar yardıma əlavə olaraq, Türkiyənin, eyni zamanda dünyada ən çox qaçqını birləşdirən ölkə olması onun bu fərqini də ortaya qoyur. 3 milyon yarım qaçqına ev sahibliyi edən Türkiyə həm də humanist və vicdanlı münasibətilə seçilir. Dünyada irqçiliyin artdığı, qaçqınlara sərt siyasətin tətbiq edildiyi, didərginlərin dənizlərdə boğulması kimi ürək ağrıdan hadisələrin baş verdiyi bir dövrdə Türkiyənin münasibəti insanlıq adına şərəf verir.

  Türkiyədə artan qaçqın əhali sayına baxmayaraq, ölkədə siyasi qeyri-sabitlik yoxdur, irqçilik yoxdur, kim əleyhinə söz yaratmağa çalışarsa da, heç biri həqiqəti əks etdirməmiş olacaq.

  Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarındakı qaçqın böhranı əslində irqçilik və əcnəbi düşmənçiliyi böhranıdır. Məsələn, Almaniya hökumətindəki qardaş partiyalar olaraq seçkilərə birgə girən Xristian Demokratlar və Xristian Sosialistlər partiyalarının vəhdəti qaçqınlara qarşı daha sərt siyasət tələb etdikləri üçün yaranıb. 550 milyondan çox əhaliyə malik Avropa İttifaqının ərazisinə Türkiyədəki qaçqın sayının 3-də 1-i qədər qaçqın gəlməsi bütün ittifaqda böyük bir böhrana yol açdı və Avropa ölkələri arasındakı tərəfdaşlığı təhlükəyə atdı:

Avropa İttifaqı ölkələrində həddindən artıq sağçı partiyaların səsləri artdı, ikinci və üçüncü ən böyük siyasi partiya halına gəldi.

  Türkiyədə isə bütün Avropa İttifaqından 3 qat artıq qaçqın olsa da, qaçqın böhranı baş verməyib. Çünki başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyə hökuməti qaçqınlara humanitar münasibəti ən yüksək şəkildə göstərməyə çalışır və bunu edir.



Әlaqәli Xәbәrlәr