Türkiyәnin İqtisadi Perspektivlәri 22/2018

Son illәrdә beynәlxalq enerji şirkәtlәrinin Cәnubi Kıbrıs, Misir, Fәlәstin,İsrail vә Livan sahillәrindә apardığı tәdqiqatlar regionun enerji potensialının üzә çıxmasında mühüm rol oynadı.

985298
Türkiyәnin İqtisadi Perspektivlәri 22/2018

Enerjidә  ticarət mərkəzi olma yolunda əmin addımlarla irəliləyən Türkiyə hәm coğrafi mövqeyi nöqteyi nәzәrindәn, hәm dә sahib olduğu enerji potensialı baxımından tәqdim etdiyi transfer marşrutları ilә regionda enerji təhlükəsizliyi mәsәlәsindә  üstün rola malikdir.

Bu mövqe  Türkiyəni  regiondakı  enerji siyasətinin formalaşmasında hər ötən gün daha aktiv söz sahibinə çevirməkdədir.

Son illәrdә beynәlxalq enerji şirkәtlәrinin Cәnubi Kıbrıs, Misir, Fәlәstin,İsrail vә Livan sahillәrindә apardığı tәdqiqatlar regionun enerji potensialının üzә çıxmasında mühüm rol oynadı.

Bu çәrçivәdә ilk böyük tәbii qaz eytiyatları 2009-cu ildә İsrailin Mәhdudlaşdırılmış İqtisadi Regionu daxilindəki Tamar bölgәsindә, 2010-cu ildә isә Leviathan bölgәsindә kәşf  edilib.

Şәrqi Aralıq dәnizindә tәdqiqat işlәri davam edәrkәn 2011-ci ildә Cәnubi Kıbrısda 198 milyard kubmetr tәbii qaz ehtiyatına malik olan Afrodita bölgәsi aşkar olundu.

2015-ci ildә Misir sahillәrindә kəşf edilən 850 milyard kubmetr tәbii qaz ehtiyatına malik Zohr bölgәsi də bu sıradandır.

Belәliklә, Şәrqi Aralıq dәnizi regionu enerji mәsәlәsindә bölgәnin önәmli bir parçasına çevrildi.

Lakin bölgә ölkәlәri bu ehtiyatları  necә istifadә edәcәklәrinә  dair konkret addım atmadı.

Bәs,  Şərqi Aralıq dənizi ölkələri kәşf edilәn tәbii qaz  ehtiyatlarını necə istifadә edәcәk? Malik olduqları təbii qazı bazara necə çatacaqlar və bölgənin enerji ticarətindəki rolu nə olacaq?

Bütün bunlar Şərqi Aralıq dənizi ölkələrinin hәlә dә dəqiq cavab vermədiyi suallar arasındadır.

Beynәlxalq Enerji Agentliyinin göstәricilәrinә görә, 2022-ci ilәdәk qlobal tәbii qaz istehlakının 4 trilyon kubmetrә çatması dünyada tәbii qaz ehtiyatlarının әhәmiyyәtini hәr ötәn gün artırır.

Lakin bu bir reallıqdır ki, bu gün dünyada tәbii qaz ehtiyatına malik olmaq hәmin ölkәnin   hər zaman üstün mövqe әldә etmәsinә imkan vermir. Resurs sahibi olmaqla yanaşı bu ehtiyatların ticarәtinin necә hәyata keçirilәcәyi vә bazara hansı şәkildә çatdıracağı mәsәlәsi də çox mühümdür.

Hәmin ehtiyatların bazara çatdırılması üçün müәyyәn enerji transferi marşrutları mövcuddur. Bu marşrutlar arasında olan Türkiyә әn mәqbul marşrutu tәqdim edir.

Ancaq Şərqi Aralıq dənizi ölkələrinin bu məsələdə konkret addım atmaması fərqli alternativ marşrutlar  axtarışında  olduqlarına işarə edir.

Əlbətdə, bu axtarışların nə dәrәcә doğru olduğu müzakirəyə açıq məsələdir.  Çünki Türkiyə  öz ərazisindən keçən tәbii qaz boru kəmərləri vә  gәlәn ay  fəaliyyətə başlayacaq  Trans-Anadolu qaz boru kәmәri TANAP  ilә enerji ticarətindəki rolunu daha da gücləndirəcək.

Lakin görülən odur ki, Şərqi Aralıq dənizi ölkələri hələ də təbii sərvətlərə sahib olma üstünlüyünü  dəyərləndirmək məsələsində strateji həll variantı axtarışlarını inkişaf etdirə bilməmiş və Türkiyənin bölgədəki üstün mövqeyini görə bilmiş deyillər.

Açığı, bu gedişlə qısa vaxt ərzində Şərqi Aralıq dənizində inkişaf etdiriləcək enerji siyasəti heç də xoş olmayan nəticələr verəcək kimi görünür.

 

 


Etiketlәr: #TANAP , #Türkiyə

Әlaqәli Xәbәrlәr