Güneyin Çağdaş Ozanları-5/2018

Yaşlı nәslin nümayәndәsi Hәsәn Mәcidzadә Savalan

968742
Güneyin Çağdaş Ozanları-5/2018

Yaşlı nәslin nümayәndәsi Hәsәn Mәcidzadә Savalan

 Savalının 1979-cu ildә yazdığı bir şeiri:

 

Ayrılıq dәrdilә bağrım qan idi qan olmasın

Dövrü cövründәn işim heç bir dә әfğan olmasın.

 

Taleimdәn razıyam çün lütfün artırmış mәnә

Öylә bir tәdbir qıl ki, hәsrәt-i can olmasın.

 

Göz yaşım seylin görüb qәrq olmaqdan qorxmuş fәlәk

Sәy qılmış gözlәrim bir әbri neysan olmasın.

 

Mәn dilәrkәn uyquda Türk yurdunu tövf eylәyәm

Kәbәmin torpağın öpdüm bu söz elan olmasın

 

 Qorxuram düşmәn bilib bağçam tikanlıq eylәsin

Duyğumun solsun gülü, xoş әtri әfşan olmasın.

 

Çox gözәl bir bayram keçirdik bir Azәrbaycan günü

Bizdә gün keçmәz әziz yurd adlı canan olmasın.

 

Türk igid qardaşlarımla bәrk qucaqlaşdım dedim

Can sizin qurbanız olsun başqa qurban olmasın

 

İstәk ilә himmәtüz çox, mәn mәhәbbәt tәşnәsi

Sizlәrә düşkün mü olmuş dәrdi dәrman olmasın.

 

Bu görüş sanki tükәnmәz bir ömür vermiş mәnә

Ayrılıqdan ölmәrәm bağrım daha qan olmasın.

 

Mәn Savalan Dağı tәk heyran durub baxmaqdayam

Sizlәri mümkün mü bir kәs görsün, heyran olmasın.

 

Savalan, Әrdәbilin Nir qәsәbәsindә dünyaya gәldi. O beş yaşındaykәn atası Mir Cәfәr Pişәvәri hәrәkatında iştirak etdiyindәn Savakın әlindәn canını qurtarmaq mәqsәdiylә ailәsini, uşaqlarını buraxıb Qüzey Azәrbaycana üz tutdu. Babası onları öz qanadı altına aldı. Az müddәtdәn sonra babası onları da götürüb Tehrana köçdü. Savalanın uşaqlıq xatirәlәri ilә dolu olan Әrdәbil artıq onlardan çox uzaqlarda qalmışdı. Hәyatın hәr çәtin üzünü hәlә uşaq ikәn görәn Savalan gәnc yaşlarından tutmuş şeir yazmağa başladı. O vaxtdan klassik millî әdәbiyyatın, şifahi xalq әdәbiyyatının vurğunu olan şairimiz Qüzey Azәrbaycandakı әdәbi cәrәyanları da yaxından tәqib edir. Savalanın yazdığı Apardı Sellәr Saranı adlı mәnzum hekayәsi vә şeirlәrindәn ibarәt әsәri Türkiyәdә Kültür Bakanlığı tәrәfindәn 1987-ci ildә çap olundu. Әli Ağa Vahidin Qәzәllәri, Türk Mәhkumları, Divanı Hәbibi, Füzulinin Hәdiqәt-ül Sühәda adlı әsәriylә birlikdә saya bilmәdiyimiz әsәrlәri vardır. 1979-cu ildәn üzübәri çap olunan Varlıq dәrgisinin daimi yazıçılarından biridir. Әziz vә istәkli şairimiz Hәsәn Mәcidzadә Savalana Ulu Tanrıdan uzun ömür, sağlamlıq vә şeir sәnәtindә daha neçә-neçә uğurlar arzulayırıq.

Ayrılıqdan bağrıma düşdü qara xal yanbayan

Gәl ki, qoyma çox ucalsın әrşә fәryadım mәnim.

Gül saçın әtriylә mәst eylә mәni bir öylә kim

Bilmәyim heç mәn kimәm, ya kim nәdir adım mәnim.

Eşqinә yannam Füzuli tәk, sәdaqәt gözlәrәm

Yurdum Odlar Yurdudur, düzgündür bünyadım mәnim.

Gәr Nәsimi tәk soyulsam eşqdә başdan başa

Dönmәrәm, çün dönmәyibdi hәqdәn әcdadım mәnim.

Var Savalan dağı tәk bağrımda yanğın çeşmәlәr

Yoxdu malü sәrvәtim bir dildir hәr zadım mәnim.



Әlaqәli Xәbәrlәr