İsrailin təhlükəsizliyimi? İşğalçılığımı?

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazid Universitəti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısı…(Qlobal perpektiv” verilişi_16 (18 aprel 2018)

953910
İsrailin təhlükəsizliyimi? İşğalçılığımı?

Qlobal Perspektiv-16/2018

İsrailin təhlükəsizliyimi? İşğalçılığımı?

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazid Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısı…(Qlobal perpektiv” verilişi_16 (18 aprel 2018)

Terminologiya möhdəvanı da müəyyən edir.  İstifadə etdiyiniz məfhumlar bir mövzuya hansı tərəfdən yanaşdığınızın, o mövzu qarşısında özünüzün mövqeyini və nəyi problem kimi yaxud həll kimi gördüğünüzün ifadəsidir.

Bunun daha yaxşı başa düşülməsi üçün bir misal gətirək: “Mötədil islam” məfhumunu seçim etsəniz, əsasən problem kimi gördüyünüz şey İslamdır. Bu məfhum ətrafında danışdığınız zaman, kobud şəkildə “radikal, sərt, cihadçı, fanatik İslam növlərindən söhbət gedir, amma bütün bunlar arasında ən məqbul olanı “mötədil islamdır” yanaşmasını mənimsəyirsiniz.

Daha əvvəlki bölümlərdə də qeyd edildiyi kimi, “mödətil qərb” məfhumunu seçim etdiyiniz zaman isə, əsasən Qərbin insanlığa verdiyi müxtəlif zərərlər olması ilə yanaşı mötədil olduğu zamanda Qərbin insanlığa verdiyi yaxud verəcəyi dəstəyə diqqət çəkir, həmin səbəbdən mötədil Qərbə olan ehtiyacı vurğulayırsınız. Orta Şərq barəsindəki analizlərdə xüsusilə Suriya böhranında iki fakt, iki əskiklik diqqət çəkir. Əvvəlincisi bəzən Orta Şərqdə sanki İsrail adlanan bir ölkə yoxmuş kimi analizlər aparılır. Suriya böhranında da olduğu kimi Orta Şərqdəki böhranlar bu ölkə ilə əlaqəli deyilmiş kimi İsrail gözdən yayındırıla bilir. Halbuki İsrailin qurulmasından sonra Orta Şərq xalqları bəlkə də tarixlərinin ən narahat dövrlərindən birini yaşayırlar. Suriya böhranında da İsrailin təsiri bəzən  unudulur yaxud da unutdurulur. Bunun yaranmasında Orta Şərq xalqlarının elə çox tanış olmadığı şəkildə İsrailin səssiz və dərindən yürütdüyü siyasətinin təsirini xüsusilə vurğulamaq lazımdır. Başlanışından indiyədək Suriya böhranında itirən ölkələr sual edildikdə müxtəlif ölkələrin adları sadalana bilər. Lakin bu böhrandan hərhalda ən çox qazanc əldə edən ölkə İsraildir. Çünki böhranın başlaması ilə İsrailin özünə təhdid kimi hiss etdiyi deyilə bilər bütün ölkələrə ziyan deyib. Başda Suriya olmaqla İran, Türkiyə, Ərəb ölkələri bu böhrandan ciddi mənada zərər çəkir. Daha əvvəl fələstinlilərin haqlı olduqları davalarına tərəfdar olan bəzi körfəz ölkələri hazırda elə bil İsrail ilə bir blok yaradıblar. Digər tərəfdən İsrailin beynəlxalq ictimaiyyətin, insan hüquqları üzrə təşkilatların, qlobal səviyyədə vicdanın qarşı durduğu insan haqları pozuntuları, təcavüzkar siyasətləri diqqət mərkəzində Suriya olduğuna görə daha az reaksiyaya səbəb olur. Analizlərdəki ikinci əskiklik isə budur ki, ümumilikdə Orta Şərq, xüsusi olaraq Suriya böhranında İsrail istisna olmaqla yanaşı problem İsrailin təhlükəsizliyilə əlaqəli izah edilir. Qərbli analitiklər deməli tamamilə, Orta Şərq mənşəli analitiklər isə bəzən yazılarında “İsrailin təhlükəsizliyi” ifadəsini işlədirlər.

İsrailin təhlükəsizliyi cəhətdən məsələyə nəzər saldıqda Orta Şərqdə atılan bütün səhv addımlar İsrailin indiyədək etdiyi və hələ də davam etdirdiyi o qədər zülmü qanuniləşdirilmiş olur. Çünki məsələ təhlükəsizlik məsələsi isə təbii olaraq hər ölkə özünə yönəldilmiş təhditlərə qarşı lazım olan tədbirləri görmək məcburiyyətindədir. Burada bir ölkə ən çox bu təhditlərlə qarşı-qarşıya qaldıqda, qeyri-bərabər  rəftar etməklə insan haqlarına və əsas azadlıqlara əməl etməməkdə tənqid edilə bilər. Halbuki yarım əsrdən artıq bir zamandır ki, Orta Şərqdə qarşı-qarşıya  olunan problem İsrailin təhlükəsizliyi deyil, İsrailin işğalçılığına əsaslanan problemidir. Mediada sıxlıqla yer tutan və 1947-ci ildən bəridir İsrailin torpaqlarını nə qədər genişlətdiyini göstərən xəritə bu həqiqəti dəqiq şəkildə ortaya qoyur. 1946-cı ildə yəhudilər Fələstin torpaqlarında sadəcə müəyyən yaşayış məntəqələrində olurdu. Hazırda isə vəziyyət bunun ziddidir. Bu xəritə fələstinilərin gündəlik həyatlarının hansı səviyyədə məhdud edildiyinin, yaşadıqları yerlərin eynilə açıq həbsxanaya çevrildiyinin açıq və acı ifadəsidir. Jurnalist  Mehmet Akif Ərsoyun “xəyalın nə” sualına qəzzalı bir gəncin verdiyi cavab yaşadıqları torpaqların həbsxanaya çevrildiyinin xülasəsi kimidir: “İsrail tərəfindən hər hansı nəzarət olmadan maşınımı 180 km sürətlə yarım saat sürə bilmək”…

Digər tərəfdən İsrailin bugün sahib olduğu sərhədlər daxilində qalacağına dair bir işarə də yoxdur. Bəzi yəhudilərin təkidlə etiraz etməsinə baxmayaraq, fanatik irqçi və sionist yəhudilərin “Böyük İsrail ideyası” arxasında getdikləri gizli olan həqiqət deyildir. Böyük İsrail ideyası çərçivəsində sionist yəhudilər, daxilində Dəclə və Fərat çayına qədər Ərəblərin, Kürdlərin, Türklərin və digər etnik qrupların yaşadığı bölgələrin onlar üçün “vəd verilmiş torpaqlar” olduğu ideyasını sahibdirlər. Hazırda Suriya böhranı çərçivəsində ən çox sabitsizlik də, bu irqçi yəhudilərin “vəd vərilmiş torpaqlar” olaraq gördükləri yerdədir.

İstər İsrailin qurulmasından indiyədək izlədiyi siyasətlərə nəzər salındıqda, istərsə hazırda regional siyasətlər düşünüldükdə İsrailin davamlı təcavüzkar siyasət izlədiyi məlumdur. İsrailin təhlükəsizliyi ifadəsi əsasən qurulduğundan bugünədək tətbiq etdiyi təcüvüzkar və işğalçılığa əsaslanan siyasəti gizlədən vəzifəni davam etdirir. Bu səbəbdən düzgün terminologiya İsrailin təhlükəsizliyi deyil, İsrailin işğalçılığıdır. 

               



Әlaqәli Xәbәrlәr