Türkiyə iqtisadiyyatının perspektivləri- 12/2018

Türkiyə iqtisadiyyatının il ərzindəki əldə etdiyi inkişaf ilin axırındakı rəqəmlərdə öz əksini necə tapacaq?

934141
Türkiyə iqtisadiyyatının perspektivləri- 12/2018

“Türkiyə iqtisadiyyatının perspektivləri” proqramının növbəti bölümündə sizə Yıldırım Beyazıt Universitetinin Politologiya fakültəsinin İqtisadiyyat kafedrasının professoru Ərdal Tanas Qaragölün “Türkiyәnin iqtisadiyyatı böyüməkdə davam edir”  başlıqlı yazısını təqdim edirik.

2017-ci ildə xeyli yüksək böyümə nisbəti ələ edən Türkiyə iqtisadiyyatı ortaya qoyduğu bu güclə həm illərlə müqayisədə yüksək böyümə istiqaməti qazandı həm də dünyanın ən böyük iqtisadiyyatlarına malik ölkələrlə arasındakı rəqabət yarışında bu ölkələrlə arasında müəyyən səviyyədə fərq yaratdı. İndi diqqət mərkəzində gələcək həftələrdə bəyan ediləcək 4-cü rüblə bağlı inkişaf məlumatları dayanır. Görək Türkiyə iqtisadiyyatının il ərzindəki əldə etdiyi inkişaf ilin axırındakı rəqəmlərdə öz əksini necə tapacaq?

Bir ölkədə istehsal həcminin artması mənasını daşıyan iqtisadi inkişaf ölkə iqtisadiyyatında müəyyən müddətdə reallaşan müsbət istiqamətdəki böyümələri ifadə edir. İllərlə müqayisədə adam başına düşən milli gəlirdəki artıma nəzər salaraq o ölkədə iqtisadiyyatın hansı səviyyədə inkişaf etdiyini açıq şəkildə görə bilərik.

Ölkələrin adam başına düşən milli gəlirinə görə 1005 dolların aşağısı az gəlir qrupuna daxil olduqda 1006-12 235 dollara sahib ölkələr orta gəlir, 12.235 dollardan artıq olanlar isə yüksək gəliri olan ölkələr qrupuna daxildir.  Deməli bu şərtlərdə ölkələrin yüksək inkişaf nisbəti əldə etməsinin həm adam başına düşən gəlirdə artıma həm də gəlir qrupunun yüksəlməsinə gətirib çıxardığını söyləyə bilərik. Bu çərçivədə Türkiyə iqtisadiyyatının qarşıdakı prosesdə ən önəmli hədəflərindən biri yüksək gəlirli iqtisadiyyatlar arasında yer tuta bilməkdir. “2018-2020 Orta Müddətli Proqramı”nda da nəzərdə tutulduğu kimi Türkiyə 2020-ci ildə adam başına düşən gəlirini 13 min dolların üzərinə çıxaracağı təqdirdə yüksək gəliri olan ölkələr liqasında öz yərini tutacaqdır.

Ən son 2017-ci ilin üçüncü rübündə 11,1 faiz nisbətində inkişaf əldə edən Türkiyə iqtisadiyyatı bu dövrdə G20 ölkələri arasında 6,8 faiz inkişaf edən Çin və 6,1 faiz inkişaf edən Hindismtanla önəmli fərq yaratdı. 2017-ci ilin ilk üç rübündə orta həsabla 7, 4 faiz inkişaf edən Türkiyə iqtisadiyyatı dünyanın ən böyük iqtisadiyyatlarını arxada qoyaraq bu uğuru ilə müxtəlif beynəlxalq təşkilatların böyümə proqnozlarını da dəyişməsinə səbəb olmuşdur. Qarşıdan gələn həftələrdə bəyan ediləcək dördüncü rübə məxsus rəqəmləri ilə də Türkiyə iqtisadiyyatının əldə etdiyi bu inkişafı sabit şəkildə davam etdirəcəyi gözlənilir. İqtisadi inkişafın qabaqcıl  göstəriciyərindən olan sənaye istəhsalında son üç aylıq rəqəmlər isə dördüncü rübdəki böyümə nisbətinin 7-7,5 faiz arasında olacağını göstərir.

Bu şərtlərdə Türkiyə iqtisadiyyatı 2017-ci ilin son rübündə əldə edəcəyi böyümə nisbətilə yenə dünya ölkələrini arxada qoyacaq nailiyyət göstərə bilər.

Digər tərəfdən iqtisadi inkişafın ən ümdə əsaslarından sayılan yatırımlara da diqqət yetirilməlidir. Xüsusilə 2005-ci ildən tutmuş Türkiyənin beynəlxalq sahədəki birbaşa yatırımlarında ciddi addımlar atılmışdır. Bundan əlavə keçən həftələrdə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan “Yatırım şərtlərinin yaxşılaşdırılması üzrə islahat paketi” qəbul etdi. Bununla investisiyalardakı artım birbaşa dəstəklənəcək. Ayrıca həm mövcud sərmayədarlara asanlıq təmin ediləcək həm də Türkiyəni yatırımlar üçün daha cazibədar ölkə halına gətirəcək yeni sərmayədarlar ölkəyə cəlb ediləcək.

Türkiyənin indiyədək olduğu kimi bundan sonrakı prosesdə də həmin investisiyalarda artımı dəstəkləyən islahat paketi kimi yenilikçi və həlledici təşəbbüslərə ehtiyacı var. Bunu istər ixracdakı yüksək texnologiyalı məhsul payının artırılması, istərsə büdcə kəsirinin azaldılmasında yenilənə bilən mənbələrin istifadəsinin artırılması kimi iqtisadi inkişafın davam etdirilə bilməsi üçün həyatı əhəmiyyətə malik mövzulardakı islahatlarla həyata keçirmək mümkündür.

Nəticədə Türkiyə iqtisadiyyatının əldə etdiyi bu böyümə prosesinin sabitliyi və davam etdirilə bilməsi üçün həmin mövzularda həyata keçiriləcək hər növ islahatın xeyli əhəmiyyətli olduğunu vurğulamaq lazımdır.



Әlaqәli Xәbәrlәr