28 Fevral - soyuq müharibə himayədarlığının son çevrilişi

Mövzuyla bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısını təqdim edirik. (Qlobal perspektiv_09 (28 fevral 2018)

919952
28 Fevral - soyuq müharibə himayədarlığının son çevrilişi

28 Fevral - soyuq müharibə himayədarlığının son çevrilişi.

  21 il əvvəl - 1997-ci ilin 28 fevralında Türkiyədə yaxın tarixin ən mühüm hərbi çevrilişlərindən biri yaşandı.

Mövzuyla bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısını təqdim edirik.  

  Düzdür, Türkiyə üçün hərbi çevriliş və ya çevriliş cəhdləri müstəsna hal deyil. Çevriliş tarixləri təxminən hər on ildən bir müxtəlif səbəblərdən baş verib: 1960, 1971, 1980, 1997 (28 fevral), 2007 (27 aprel) və 2016-cı (15 iyul) illər.

  1997-ci ilə gəlincə. 1980-ci il çevrilişindən sonra yeni bir dövlət çevrilişinin, belə demək mümkünsə, bir az gecikdiyini görə bilərik. Lakin qiyamçı general Evrenin hakimiyyətdən uzaqlaşmasından 8 il keçdiyini nəzərə alsaq, vəziyyəti başa düşmək olar.

Türkiyə niyə hər on ildən bir çevrilişlə üz-üzə qalır?

  Türkiyə kimi strateji ölkələr qlobal aktyorlar tərəfindən özbaşına buraxıla bilməz. Sərbəst ikən bu ölkələrin nələr edə biləcəklərini dünya mərkəzlər çox yaxşı başa düşür. Buna görə Türkiyə kimi ölkələri daim nəzarətdə saxlamaq istəyirlər. Almaniya təcrübəsindən də bunu yaxşı bilirik. İki dəfə qlobal nizamı dəyişdirməyə çalışan və uduzan Almaniyaya yeni konstitusiya sırınmış, ordusu və hərbi qüvvəsi məhdudlaşdırıldı.

  Türkiyədə hərbi çevriliş nəticəsində edam edilən dövrün Baş naziri Adnan Menderesin hakimiyyəti illərində bu ölkənin potensialı bir daha göründü. Bu səbəbdən 1961-ci il Konstitusiyası ilə seçilmişləri nəzarət altında saxlayacaq bir himayədarlıq sistemi yaradıldı. Hər on ildən bir keçirilən dövlət çevrilişləri Türkiyəni nəzarət altında saxlamaq üçün həyata keçirilən tənzimləmələr oldu.

  Türkiyə kimi ölkələrdə həyata keçirilən dövlət çevrilişləri təkcə daxili faktorlarla izah edilə bilməz. Keçən həftə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sabiq rəhbəri Ceyms Uolsi (James Woolsey) ABŞ-ın prezident seçkilərinə Rusiyanın müdaxilə etdiyinə dair prokuror Robert Muellerin apardığı istintaqda ABŞ-ın da başqa ölkələrdəki seçkilərə müdaxiləsini etiraf etdi. Məsələn, Türkiyədəki 1980-ci il çevrilişindən sonra ABŞ Milli Təhlükəsizlik Şurasının müşaviri Pol Henze dövrün ABŞ prezidenti Cimi Karterə (Jimy Carter) '"bizim uşaqlar bacardılar" demişdi.

  Ötən əsrin 90-cı illərində - rəhmətlik Turqut Özalın hakimiyyəti dövründə Türkiyə istər iqtisadiyyat, istərsə də azadlıqlar baxımından çox əhəmiyyətli yol qət etdi. Daha sonra Rifah Yol Partiyasının iqtidarı zamanı - rəhmətlik Erbakanın Baş nazir olduğu zaman ölkə iqtisadiyyatı güclü təkanla sürətli inkişaf yoluna girdi. Gedişat  bu şəkildə davam etsəydi, Türkiyə nəzarətdən kənara çıxar və özü öz yolunu seçə bilərdi. Məhz belə bir şəraitdə 28 Fevral Çevrilişi həyata keçirildi.

28 Fevral Çevrilişi

  Çevriliş fevralın 28-də tanklar Ankaranın Sincan rayonunun mərkəzindən hərəkət etməsilə başladı. Bu adi bir hadisə deyildi. Çünki bu ölkədə Milli Məclislərin tanklarla mühasirəyə alındığı, Baş nazir və nazirlərin edam edildiyi bir ölkədə idi. Tankların hərəkətilə başlayan hadisələr baş verdi. Milli Təhlükəsizlik Şurasının o günkü tərkibində sadə vətəndaşlarla bərabər sayda olan hərbçilərin təkidilə hökumətə bir fəaliyyət planı qəbul etdirildi. Əsgərlərin niyyəti ortaya çıxandan sonra bütün ölkə barbarları gözləyirmiş kimi sıraya düzüldü. Ölkə sanki daha əvvəl məşq edilmiş hərəkətlərlə bir çevriliş prosesinə daxil oldu. Hakimlər, dövlət məmurları, STK-lar və qeyri-hökumət təşkilatları Türkiyənin bir mürtəce təhdid altında olduğunu başa düşdü, Baş Qərargah tərəfindən verilən brifinq yarışına girdi.

Nəticələri.

  Proses çevrilişlə bitmədi. Devrilən hökumət, qeyri-sabit koalisiya illəri, nəzarətə alınan, işdən qovulan saysız-hesabsız insanlar, ölümlər, intiharlar, gəncliyi və gələcəyi əlindən alınan bir nəsil qaldı ortada. Təməl hüquq və azadlıqlar baxımından əldə edilən bütün nailiyyətlər geri alındı. Türkiyə yenə hərbi rejim dövrünə qayıtdı. Ölkə 2002-ci ildə artıq korrupsiya, qarət və talanın yüksək səviyyəyə çıxdığı bir vəziyyətə düşmüş, iqtisadiyyatı dağılmışdı.

Bəs sonra nələr odlu?

  28 Fevral Çevrilişi Türkiyəni nəzarət altında saxlamaq istəyən, daxili və xarici güc mərkəzləri tərəfindən həyata keçirilən soyuq müharibə himayədarlığının son çevrilişi oldu. Artıq Türkiyə cəmiyyətinə və dəyərlərinə yuxarıdan baxan soyuq müharibə himayədarlığının davam edilə bilinməyəcəyi açıq şəkildə görünürdü. Yəni qloballaşma və informasiya dövrünün ehtiva etdiyi plüralizm, multikulturalizm, yaxşı və ya pis demokratiya təcrübəsi fonunda Türkiyəyə soyuq müharibə himayədarlığının köhnəlmiş metodu ilə nəzarət etmək mümkün deyildi.

  28 Fevralın soyuq müharibə himayədarlığı millətin dəyərlərilə uzlaşan yeni bir himayədarlığın inşasını tələb etdirdi. Çünki o dövrdə, bu gün FETÖ kimi tanınan qrupdan başqa, bütün vətəndaş və dini qruplar, demək olar ki, aradan qaldırıldı. 1997-ci ilin 28 Fevral Çevrilişi təşkilatçıları hakimiyyəti “sevmədikləri”ndən – demokratik qüvvələrdən təmizlədisə də, 2016-cı ilin 15 İyuluna (2016) qədər meydan yeni himayədarlıqla FETÖ terror təşkilatına açılmış oldu.

  Bütün bunlarla yanaşı, nəzərdən qaçan iki amil bütün planları alt-üst etdi. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın təslim olmayan hakimiyyəti və millətin liderilə birlikdə həyatı bahasına ortaya qoyduğu tarixi müqavimət.

  2016-cı ilin 15 iyulunda Türkiyə 250 şəhid verdi, 2000-dən çox insan yaralandı. Lakin vətənini, gələcəyini və ləyaqətini xilas etdi. Türk milləti çevrilişin ən demokratik şəkildə necə dəf ediləcəyini bütün dünyaya göstərdi.

28 Fevralın dərsləri.

  Qlobal aktyorlar üçün əhəmiyyətli olan himayədarlığın nəyə əsaslandığı deyil, onun özüdür. Bu səbəbdən onların digər ölkələrdə demokratiya və insan haqları deyil, öz maraqlarına uyğun bir himayədarlıq tətbiq etdikləri yaddan çıxarılmamalıdır. Böyük güclər üçün bu himayədarlığın hərbi, dini, dünyəvi və ya milli bir legitimliyə əsaslanmasının heç bir fərqi yoxdur.

 Himayədar sistemlərə qarşı tədbirlər ədliyyə, strateji dövlət qurumları və elmi sahələrin millətə mümkün qədər açıq tutulmasıdır. Qapalı və nəzarətsiz bir təhlükəsizlik sistemi himayədarlığı yaradan mühüm amillərdən biridir. Bu səbəbdən təhlükəsizlik sisteminin auditi və ona demokratik nəzarət son dərəcə əhəmiyyətli məsələdir. Türkiyənin çox ağır qurbanlar verərək qazandığı təcrübə müstəqil, azad və şərəfli yaşamaq istəyən bütün millətlər üçün yol göstəricidir.



Әlaqәli Xәbәrlәr