PKK/KCK TERROR TƏŞKİLATININ  NARKOTİK ALVERİNDƏKİ ROLU

Terror və narkotik arasındakı əlaqə

915480
PKK/KCK TERROR TƏŞKİLATININ  NARKOTİK ALVERİNDƏKİ ROLU

 

PKK/KCK TERROR TƏŞKİLATININ  NARKOTİK ALVERİNDƏKİ ROLU

Terror və narkotik arasındakı əlaqə

Dünyanın qarşı-qarşıya olduğu ən önəmli təhdidlərdən biri narkotik maddədir. Bunun insanlığa qarşı təhdid və təhlükə ölçüsü gündən-günə artır. Xüsusilə gənclər və gələcək nəsillər üçün ciddi problem olan narkotik həmin zamanda ticarət baxımından mənfəət dairələri üçün gəlir və terror üçün maliyyə mənbəyidir.

Son illərdə beynəlxalq təşkilatlar tərəfindən narkotik maddə və terrorla bağlı yayımlanan hesabatlarda, xüsusilə terror təşkilatlarının narkotik maddə cinayətlərindən gəlir əldə etdiyi və bu gəliri, silah, sığınma, qidalanma, əlaqə saxlama, təbliğat və digər ehtiyaclarını ödəmək üçün maliyyə mənbəyi kimi istifadə etdiyinə dair məlumatlar yer alıb.

Beynəlxalq narkotik maddə üzrə hesabatlarda dünya miqyasındakı narkotik maddə ticarəti həcminin təqribən 320 milyard ABŞ dolları olduğu və bu pulun qrup cinayət və terror təşkilatlarının maliyyə mənbəyinin önəmli hissəsini təşkil etdiyi vurgulanmışdır.

2016-cı ilə aid Avropa narkotik maddə hesabatında isə Avropa İttifaqı (Aİ) miqyasında narkotik maddə bazar qiymətinin 24 milyard avro olduğu qeyd olunub.

Terror təşkilatları ilə narkotik maddə tacirləri arasında qarşılıqlı mənfəət əlaqəsinin olduğundan danışmaq səhv ifadə olmaz. Narkotik tacirləri  terrorçuların təşkilatlanma metodları, silah tədarükləri  və gizli təşkilatlara daxil olma imkanlarından istifadə edərkən, terrorçu təşkilatlar da  narkotik maddəni bir gəlir mənbəyi kimi istifadə edir və əldə edilən çirkli pulun yuyulmasında narkotik tacirlərinin metodları və imkanlarından maksimum səviyyədə istifadə edir. Narkotik maddə ticarətinin terrorun ayrılmaz hissəsi olduğu və narkotik maddə ticarətinin terrorun bir növ bataqlığı olduğu vurgulanır.

Açıq-aşkar görünür ki, terror təşkilatları bir tərəfdən qeyri-qanuni narkotik maddə emalı və ticarəti vasitəsilə maliyyə əldə edir, digər tərəfdən narkomanların sayının artması səbəbindən milli səviyyədə insan elementinin təxribatına xidmət göstərir.

PKK/KCK-nın narkotik ticarətilə bağlı fəaliyyətləri

Keçmişdə və bugün Türkiyəyə qarşı fəaliyyət aparan terror təşkilatlarının başında yer tutan PKK/KCK-nın da narkotikdən böyük maliyyə əldə etdiyi və narkotik maddə emalı ilə ticarətinin bütün mərhələlərində yer aldığı məlum olub. PKK/KCK terror təşkilatı emalı və ticarətilə əlaqəli fəaliyyətlərini uzun müddət ölkəmiz və dünya ictimaiyyətindən gizli tutmağa nail olmuşdur. Bununla yanaşı təşkilatın dırnaqarası idarəçilərinin saxlanaraq önəmli etiraflar etməsi nəticəsində son illərdə ölkəmiz və digər ölkələrdə keçirilən terror əsaslı narkotik maddə əməliyyatları zamanı PKK/KCK terror təşkilatının narkotik maddə ilə əlaqəli cinayətlərdə iştirak etdiyi milli və beynəlxalq ictimaiyyət tərəfindən görülmüşdür.

Təşkilat liderləri narkotik maddə emalı və ticarətilə bağlı fəaliyyətlərini təşkilatın digər üzvlərindən və ictimaiyyətdən gizlətməyə cəhd göstərir. Çünki narkotik ticarətinin həqiqətdə insanlıq cinayəti olduğunu, bunun təşkilatın təbliğat fəaliyyətlərinə zərbə vuracağını və yeni quldur namizədlərinə mənfi təsir edəcəyini bilirlər.

Terror təşkilatının 1990-cı ildə keçirdiyi İkinci Milli Konfransında (dırnaqarası) qəbul edilən “sərhədlərdə (dırnaqarası) vergi toplamaq, daşıdıqları malların nə olduğuna görə qaçaqçılardan (dırnaqarası) vergi almaq” tərzindəki  qərar təşkilatın erkən dövrlərindən etibarən narkotik sektorunda yer aldığının üstü örtülü ifadəsidir.

Abdullah Öcalan terror təşkilatının narkotik ilə əlaqəsinə dair 1999-cu ildə verdiyi ifadədə; “narkotik ticarətilə xüsusilə məşğul olmayıb bu işlə məşğul olanlardan xərac alınmasını söylədiyi, Zaqros və Maku bölgələrində qardaşı Osman Öcalan da daxil olmaqla həmin bölgələrə göndərilən təşkilat liderlərinin narkotik ticarətilə məşğul olduqları, bu hadisələrin onun nəzarətində olmadığı” mövzularını dilə gətirmişdir.

PKK/KCK terror təşkilatı terror aktlarını törətmək və gəlir əldə etmək üçün narkotik maddə emal etmək və ticarətilə məşğul olmağı asan və qazanclı yol kimi görür və  narkotik maddə ticarətinin hər sahəsində peşəkarlıqla fəaliyyət aparır. Təşkilat bu sahədə əvvəl xərac alırdı, amma gördü ki, bu işdən çox pul qazanılır, o vaxt özü məşğul olmağa başladı.

Narkotik maddə ilə mübarizə aparan təhlükəsizlik qüvvələrinin əməliyyatları nəticəsində əldə edilən məlumatlar bunu təsdiqləmişdir. Bələki, PKK/KCK sadəcə narkotik maddə ticarətilə məşğul olanlardan xərac almır, eyni zamanda narkotik maddə ticarətinin hər mərhələsində rol oynayır. Həmin məlumatlardan aydın olmuşdur ki, 1980-2017-ci illər arasında PKK/KCK terror təşkilatı ilə əlaqəli 414 narkotik ticarəti əməliyyatı həyata keçirilib. Nəticədə 1325 şübhəli, on minlərlə kq narkotik maddə ələ keçirilmişdir. Bu vəziyyət terror təşkilatının narkotik maddə ticarətilə hansı səviyyədə məşğul olduğunu açıq şəkildə göstərməkdədir.

PKK/KCK terror təşkilatının;

  • Narkotik maddə əkilməsi, emalı, nəqliyyatı və ticarətində şəxsən koordinasiya işlərini apardığı,
  • Narkotik maddə əkənlər yaxud ölkəmizin sərhəd məntəqələrindən narkotik maddə nəqliyyatı ilə məşğul olanlardan vergi adı ilə rüşvət və xərac aldığı,
  • Avropada narkotik maddənin satış yerlərinə çatdırılması və küçələrdə satışında fəal olduğu,
  • PKK/KCK-nı xəbərdar etmədən narkotik ticarətilə məşğul olan şəxs və qruplara məxsus narkotik maddələrin təşkilat tərəfindən müsadirə edildiyi,
  • Narkotik maddə emalı ilə məşğul olan qrupları yerlə təmin etdiyi və onları qoruduğu,
  • Şərqi və Cənub-şərqi Anadolu bölgələrimizdəki qeyri-qanuni kənaf əkilməsində fəal rol götürdüyü,
  • PKK/KCK-nın narkotik maddə ticarətilə əlaqəli fəaliyyətlərini təşkilat daxilində xüsusi qrupların göstərdiyi və digər terrorçulara bununla bağlı məlumat verilmədiyi müəyyən edilmişdir.

Təşkilat qeyri-qanuni kənaf əkilməsini bu sahənin ən qazanclı metodu kimi görür. Xüsusilə Şərqi və Cənub-şərqi Anadolu bölgələrinin çöllərində kənafdan əldə etdiyi marixuana ticarətindən böyük qazanc əldə edir. Təşkilat bu prosesə şəxsən nəzarət edir, bununla yanaşı kəntlilərə və bölgə insanına kənaf ekdirir yaxud onları təşviq edir, emal edilən marixuanadan rüşvət alır.

Terror təşkilatı bir zaman Livanın Bekaa vadisində yerləşən düşərgə bölgələrində (Baelbek və Hermen) kənaf və xaşxaş əkərək qurduğu laboratoriyalarda narkotik maddə emal etmişdir. Hazırda isə Şimali İraqdakı düşərgələrində və ölkəmiz sərhədlərinə yaxın kəndlərdə narkotik maddə emal edərək ən son bazara satır. Xüsusilə  əfqan tiryəkindən əldə etdiyi marixuananın Avropa bazarında satılmasına böyük əhəmiyyət verir.

Ölkəmizin şərq sərhəd məntəqələrindən narkotik maddə tacirləri tərəfindən gətirilən narkotikdən hər kilodan müəyyən edilən qiymətlərdə “vergi” adı ilə xərac yığmaq və narkotik ticarətilə məşğul olanlardan təhdid, şantaj və silah zoru və girov götürmək vasitəsilə pul alması təşkilatın xərac yığma fəaliyyətinin başında yer tutur. Ölkəmiz yerləşdiyi coğrafi statusundan asılı olaraq narkotik maddələrin emal edildikləri bölgələr ilə bu maddələrin istehlak bazarları olan bölgələr arasında körpü mövqeyindədir.

Narkotik maddələrin dünya miqyasındakı ən önəmli emal mərkəzləri Əfqanıstan, Pakistan və İrandır. Ölkəmiz bu ölkələrlə Avropa arasında tranzit keçid nöqtəsidir və Türkiyə üzərindən keçən bu marixuana marşrutu ənənəvi olaraq “Balkan marşrutu” kimi adlandırılır. PKK/KCK-nın təşkilatlanması nəzərə alındıqda; ölkədənkənar təşkilatın Orta Şərqdən Qərbi Avropa ölkələrinə qədər uzandığı görünür. Bu geniş sahə “Balkan marşrutu”nun hər yerini əhatə edir. İntensiv olaraq narkotik maddə tranzitinin reallaşdığı bu marşrut üzərində təşkilatçılığı olan PKK/KCK terror təşkilatı emal etdiyi yaxud mənbəyindən təmin etdiyi narkotik maddələri bu güzərgah üzərindən asanlıqla nəql edə bilir.

PKK/KCK terror təşkilatı narkotik maddə fəaliyyətlərinə tacir və emal edənlərdən rüşvət alaraq başlasa da son vaxtlarda artıq narkotiyin Avropada küçələrdəki satış işlərinə nəzarəti də öz üzərinə götürüb. Təşkilat Avropada narkotik maddənin satış üçün təqdim edilməsini xüsusilə təşkil edir və nəzarət işlərinə baxır. Bununla da əldə etdiyi qazanc miqdarını artırır. Bu minvalda mərkəzi Birləşmiş Krallıqda yerləşən “Henry Jackson Society” beyin mərkəzinin yaydığı “Unudulan xarici döyüşçülər: Suriyadakı PKK” (The Forgotten Foreign Fighters: The PKK in Syria) başlıqlı hesabatda da PKK/KCK-nın Avropadakı ən önəmli gəlir qaynaqlarının başında narkotik ticarətinin yer aldığı və İrandan gələn narkotiyin Türkiyə üzərindən Avropaya gətirilərək ordakı əlaqəli şəxslər vasitəsilə satışının olduğu bildirilmişdir.

PKK/KCK-nın narkotik ticarətilə əlaqəli beynəlxalq təşkilat və xarici ölkələrin sübutları

Beynəlxalq mənbələrdə PKK/KCK-nın ən önəmli gəlir mənbələrindən birinin narkotik ticarəti olduğuna dair bir nəticə və sübut qeyd olunub. BMT Narkotik və Cinayətkarlıq İdarəsi (United Nations Office on Drugs and Crime - UNODC), Orta Asiya, Əfqanıstan və digər ölkələrdən Avroaya narkotik qaçaqçılığının illik 5 milyard ABŞ dolları gəlir təmin etdiyini güman edir və avropalı bir kəşfiyyat analitikin fikrinə görə bu gəlirin yarısı PKK/KCK-ya gedir.

1992-ci ildə dünya miqyasında həyata keçirilən 41 narkotik əməliyyatından 23-də yaxalanan günahkarların PKK/KCK ilə əlaqədə olduqları dövrün İNTERPOL qeydiyyatlarında yer almışdır. Həmçinin Almaniya, İspaniya, İtaliya, İsveçrə, Fransa və Türkiyədə 1990-cı illərdə aparılan əməliyyatlarda tonlarla narkotik maddə ələ keçirildiyi qeyd olunub. Həmin qeydiyyatlara görə, Avropa narkotik bazarı; 1992-ci ildə 80, 1994-cü ildə 60-70 faiz nisbətində PKK/KCK tərəfindən istiqamətləndirilib. Son illərdə İNTERPOL; Almaniya, İtaliya, Hollandiya və İspaniyada yerləşən müxtəlif kürd qrupların narkotik ticarətini təqib edib. Bu qrupların PKK/KCK ilə əlaqələri olduğu düşünülür. Təşkilat Türkiyə və Şimali İraqda narkotik laboratoriyalarını işlədən qrup kimi bilinir. Əməliyyatları dəstəkləmək üçün təkbətək qruplar tərəfindən emal edilən narkotik və ticarətilə yanaşı PKK/KCK Qərbi Avropadakı kürd narkotik tacirlərindən də  vergi alır.

PKK/KCK-nın narkotik maddə qaçaqçılığında Avropadakı imkanlarından istifadə edərək ABŞ-a da narkotik maddə satdığı məlumdur. Təşkilatın 1996-cı ildə bir qram marixuananı 350 ABŞ dollarından satdığına dair məlumatlar var. PKK/KCK terror təşkilatının sadəcə Əfqanıstandan Avropaya gedən əfqan mariaxuanasından illik 50-100 ABŞ dolları arasında gəlir əldə etdiyi beynəlxalq hesabatlarda yer alması ilə yanaşı, bu gəlirin cəmdə 1,5 milyard dollar olduğu güman edilir. PKK/KCKnın narkotik qaçaqçılığı, oxşar seperatçı təşkilatlarla birlikdə EUROPOL-un 2011 tarixli Terrorun Durumu və Təmayülləri (TE-SAT) hesabatında da öz yerini tutmuşdur. Hesabata görə, PKK/KCK terrorçu fəaliyyətlərini maliyyələşdirmək üçün narkotik maddə qaçaqçılığı və oxşar qrup cinayətləri işləyir.  Bənzər şəkildə EUROPOL tərəfindən 2013-cü ildə yayılan “TE-SAT” hesabatında qeyd olunub ki, Türkiyəyə dair istintaq hesabatlarında PKK/KCK-nın terrorçu fəaliyyətlərini maliyyələşdirmək məqsədilə narkotik ticarətinə daxil olduğu qeydə alınıb. Təşkilatın Türkiyənin sərhədini keçən narkotik tacirlərindən aldığı vergilər vasitəsilə pul yığır. Hesabatda həmçinin narkotiklərin Türkiyə üzərindən nəqliyyatı, Avropa ölkələrinə çatdırılması, bu ölkələrdə satışının təmin edilməsində əldə etdiyi gəlir, bunun qarşısında narkotik tacirlərini ümumilikdə PKK/KCK-dan qoruma və ziddiyyətlər üçün vasitəçilik təklif edildiyi məlumatları yer alıb.

NATO-nun 2007-cil tarixli “Gücləndirilmiş İqtisadi Komitə” yığıncağına dair hesabatda bildirilib ki, qeyri-qanuni narkotik ticarəti PKK/KCK-nın ən qazanclı kriminal fəaliyyətidir. Pakistandakı narkotiyin xam emalından İraqda distillə edilməsinə, küçələrdə satılmasından PKK/KCK tərəfindən satılmayan narkotiyin Avropada vergiləndirilməsinə qədər təşkilat narkotik ticarətinin hər mərhələsində iştirak edir.

ABŞ-ın Narkotik ilə Mübarizə İdarəsinin (Drug Enforcement Administration-DEA) kəşfiyyat hesabatına görə, PKK/KCK-nın narkotikdən gəlir əldə etmə metodu belədir: marixuana  emal edir, narkotik tacirləri ölkədənkənar ərazilərdən keçən maddələrdən vergi alır və Avropada narkotik bazarının önəmli hissəsinə nəzarət edir. DEA-nın rəhbəri Asa Hutchinson PKK-nın Türkiyənin Cənub-şərq bölgəsində narkotik maddə nəqliyyatından vergi alınması və narkotik qaçaqçılarının qorunmasında yer aldığını qeyd edib. DEA hesabatlarında bildirildiyinə görə, terror təşkilatı PKK/KCK Türkiyə hökumətinə qarşı terror hərəkətini dəstəkləmək üçün narkotik maddə emalı və qaçaqçılığından istifadə edir.  Ənənəvi narkotik qaçaqçısı ailələri və qaçaqçı təşkilatlanmalar da fəal işləyirlər.

ABŞ Xəzinə Nazirliyi 2009 və 2011-ci illər arasında Murat Karayılan, Əli Rza Altun, Zübeyr Aydar, Cəmil Bayık, Duran Kalkan, Rəmzi Kartal, Sabri Ok və Adəm Uzunu sanksiya qoyulan xarici narkotik qaçaqçıları (Specially Designated Narcotics Traffickers - SDNTs) olaraq elan etmiş və beləliklə PKK/KCK-nın narkotik maddə qaçaqçılığı  cinayəti beynəlxalq mənada təsdiqlənmişdir.

Bənzər şəkildə 2012-ci ildə ABŞ Xəzinə Nazirliyi Xaricilərin Əmlaklarına Nəzarət Ofisi (Thə U.S. Dəpartmənt of thə Trəasury’s Officə of Forəign Assəts Control - OFAC); Zeynəddin Gələri, Çərkəz Akbulut və Ömər Boztəpə adlı PKK/KCK terror təşkilatı mənsublarını Avropa və xüsusilə Moldovadakı narkotik maddə satışının məsulları kimi qeyd etmiş və sanksiya tətbiq edilən narkotik qaçaqçıları (SDNTs) olaraq elan etmişdir.

ABŞ Dövlət Departamenti tərəfindən yayılan Beynəlxalq Narkotik Nəzarət Hesabatı (International Narcotics Control Strategy Report - INCSR) 2016 sayında isə Əfqanıstandan Türkiyəyə uzanan narkotik bazarında bir çox kürd və iranlının saxlanıldığı, bunların PKK / KCK-ya dəstək verdikləri və 2015-ci ildə də bir çox Türkiyənin müxtəlif şəhərlərində və Avropada narkotik tacirlərinin təşkilat üzvlərinə əməliyyatlar təşkil edildiyi ifadə edilmişdir.

Birləşmiş Krallıq polis təşkilatının və narkotikdən məsul Milli Kriminal Kəşfiyyat İdarəsinin məlumatına görə, (National Criminal Intelligence Service - NCIS) PKK/KCK bütün Avropa İttifaqında satılan narkotiyin yarıya yaxınını birbaşa təşkil edir. NCIS-a görə təşkilatın 1988-ci ildəki gəliri 85 milyon ABŞ dollarıdır və bunun 44 faizi narkotik qaçaqçılığından əldə edilməkdədir.

Almaniya Baş Prokurorluğu Avropada ələ keçirilən narkotiyin 80 faizinin PKK/KCK ilə əlaqəli olduğunu irəli sürmüşdür. Almaniyanın Xarici İşlər naziri Sigmar Gabrielin; “PKK/KCK terror təşkilatının Almaniyada da silah və narkotik ticarətilə güclü şəkildə əlaqədə olduğu və həmin səbəbdən qadağa edildiyi, PKK/KCK-nın maliyyə mənbələrinin kəsilməsinin Almaniyanın yararına olduğu” mövzularını dilə gətirdiyi 2017-ci il iyun ayındakı açıqlaması da PKK/KCK-nın narkotik maddə ilə əlaqəsini ortaya qoymuşdur.

Fransadakı Kriminologiya İnstitutu tərəfindən 1995-ci ildə yayılan hesabat PKK/KCK terror təşkilatının narkotik sahəsindəki mövqeyini vurğulayıb. Hesabatda təşkilat ilə narkotik tacirləri arasında “biyoloji, siyasi və mafiya” əlaqəsi olduğu ifadə edilib.  Həmin il Kürdüstan Demokrat Partiyasının (KDP) sədri Məsud Bərzani də PKK/KCK-nın narkotik qaçaqçılığı icra etdiyini bəyan etmişdir.

İtaliyanın Maliyyə üzrə polis idarəsinin 1998-ci il tarixli məlumatına əsasən isə PKK/KCK beynəlxalq narkotik ticarətinə birbaşa daxildir və ayrıca miqrant ticarəti ilə ölkədən kənardakı Türk iş adamları və işçilərinin sistemli şəkildə qorunmasından qeyri-qanuni gəlir əldə edir.

Nəticə və qiymətləndirmə

Yuxarıda toxunulan mövzularda aydın olduğu kimi PKK/KCK terror təşkilatı birbaşa yaxud da vasitəli olaraq narkotik qaçaqçılığından gəlir əldə etmişdir. Türkiyədə həyata keçirilən müxtəlif terror əməliyyatlarında narkotik maddə ələ keçirilməsilə yanaşı keçirilən müxtəlif narkotik əməliyyatında da terror təşkilatı mənsubu adamlar ölü, yaralı yaxud canlı olaraq ələ keçirilmiş və təşkilata məxsus sənədlər aşkarlanmışdır. Bununla yanaşı istər təşkilatın quldurbaşı və yaxalanan mənsublarının ifadələrində, istərsə beynəlxalq təşkilat və xarici ölkələrin hesabatlarında həmin təşkilatın narkotik ticarətilə məşğul olduğuna dair müxtəlif sübutlar yer tutmuşdur. Bu vəziyyət PKK/KCK terror təşkilatı ilə narkotik ticarəti arasındakı əlaqəni konkret şəkildə ortaya qoyur.



Әlaqәli Xәbәrlәr