Türkiyənin İqtisadi Perspektivləri-07/2018

Son illərdə qlobal iqtisadiyyatın gündəmində olduqca geniş yer tutan və rəqəmsal dövrün məhsulu olan kriptovalyutalar həm iqtisadi qurumların, həm də vətəndaşların diqqət mərkəzindədir.

915334
Türkiyənin İqtisadi Perspektivləri-07/2018

Son illərdə qlobal iqtisadiyyatın gündəmində olduqca geniş yer tutan və rəqəmsal dövrün məhsulu olan kriptovalyutalar həm iqtisadi qurumların, həm də vətəndaşların diqqət mərkəzindədir.  Qlobal iqtisadi böhrandan sonra ortaya çıxan və günümüzün aktual mövzularından birinə çevrilən kriptovalyutalara və xüsusilə, ağlasığmaz qiymət artımları göstərərək aralarında ən ön plana çıxan Bitkoinə bütün dünyada maraq böyüyüb. Əlbəttə, bu qiymət artımlarından sonra kriptovalyutaların qlobal iqtisadiyyatın tarazlıqlarını hansı ölçüdə dəyişdirəcəyi və bazarlara hansı şəkildə istiqamət verəcəyi ayrı bir mövzudur.

İlk növbədə kriptovalyutalar arasında bazara çıxdığı gündən etibarən dəyəri artan  bitkoinlə bağlı araşdırma aparılsa, bu valyutanın tarixinin 2008-ci ildə Sathoshi Nakamoto (Satoşi Nakamoto) tərəfindən yazılan "Bitcoin: A Peer-to-peer Electronic Cash System", yəni "Tək ranqlı Elektron Ödəmə Sistemi" adlı məqalədən başlandığı görünür.

Bank sistemi haqqındakı tənqidlərin əks olunduğu və böhrandan sonrakı qlobal iqtisadiyyatın ən mühüm problemlərindən biri olan təklükəsizlik məsələsi ilə bağlı təkliflərin təqdim edildiyi bu məqalənin belə bir dövrə təsadüf etməsi yeni bir araşdırmalar üçün qapıların açıldığının göstəricisidir.

 Bazara girdiyi 2010-ci ildə qiyməti yalnız 0,07 dollar olan bitkoinin qiyməti ciddi şəkildə artaraq 2013-ci ildə 266 dollar oldu. 2017-ci ildə  bu qiymət fərqli bir səviyyə əldə etdi. Belə ki, 2017-ci ilin əvvəlində bir bitkoin 960 dollar olduğu halda, il ərzində 20 min dollara qədər yüksəldi.

Qlobal iqtisadiyyatda təhlükəsiz mühitin yaradılması məqsədi ilə ortaya çıxarılan bitkoinin qiyməti bir il ərzində 20 dəfəyə yaxın artdı. Bu vəziyyət təhlükəsizlik bir tərəfə qalsın, onun tamamilə abstrakt bir pul vahidinə çevrildiyinin təzahürü oldu. Üstəlik, məsələ yalnız sürətli və böyük yüksəlişlə də bitmədi. 2017-ci ildə 20 min dolar dəyərində olan bitkoin, bu gün 8600 dolarlara qədər düşüb.

Bu baxımdan, əvvəlcə qısa bir müddət ərzində 20 dəfə qiyməti artan, sonra isə 10 dəfə azalan bir pul vahidinin nə təşkilatlar, nə də fərdlər üçün məqbul bir investisiya vasitəsi olmadığı və olmayacağı çox açıq bir şəkildə başa düşüldü. Bu vəziyyət bitkoinin içi boş bir şar olduğu barədəki tezisi hər keçən gün daha da qüvvətləndirir.

 Digər tərəfdən, bitkoin məsələsində diqqət yetirilməli bir məqam da var. Bitkoin 21 milyon ilə məhdudlaşdırılmıış bir pul vahididir və 2017-ci ildən bu yana dövriyyəyə 16 milyon 762 ədəd bitkoin buraxılıb.

Bu səbəbdən qiyməti “tələb-təklif əlaqəsi”nə görə müəyyən edilən bu pul vahidinin qarşıdakı dövrdəki təklifində əhəmiyyətli bir azalış olacaq.

Eyni zamanda, bitkoin və kriptovalyutaların arxasında nəzarət mexanizminin olmaması təhlükəsizlik məsələsində ciddi çətinliklərə səbəb ola bilər. Heç bir fiziki qarşılığı olmayan bu pul vahidi yalnız virtual mühitdə dəyər qazanır. Üstəlik, virtual mühitdə həyata keçirilən bütün bu proseslərin hər hansı bir qanunvericilik bazasının olmaması da mümkün bir səhv vəziyyətində şəxslərin, və ya qurumların əlaqədar tərəf-müqabili müəyyənləşdirmək və haqq axtarmaq məsələsində problemlərlə qarşılaşacağını göstərir.

 Bu vəziyyətin digər bir tərəfi isə kriptovalyutaların rəsmi hakimiyyət tərəfindən tənzimlənməməsi səbəbindən qeyri-qanuni işlərdə istifadəsinin cazib olmasıdır. Bunun  həm ölkələr, həm də qlobal səviyyədə böyük problemlər yarada biləcəyini qeyd etmək lazımdır.

 Nəticə etibarilə bitkoin və digər kriptovalyutalar  spekulyasiyalara açıq olmaları,  sabitlik və davamlılıq baxımından konkret dayaqlarının olmaması və  hüquqi statusa malik olmamaları səbəbindən etibarlı investisiya vasitəsi kimi görünmürlər.

Hörmətli dinləyicilər, Yıldırım Beyazıt Universitetinin Politologoya Fakültəsinin İqtisad bölümünün professoru Ərdal Tanas Karagölün mövzu ilə əlaqədar dəyərləndirməsini təqdim etdik.



Әlaqәli Xәbәrlәr