Bu ölkədə hər seçkidən sonra ciddi böhran yaranır

ABŞ-ın işğalından bəridir bu ölkədə keçirilən seçkilərdən sonra hər zaman ciddi böhranlar yarandı.

890094
Bu ölkədə hər seçkidən sonra ciddi böhran yaranır

Türkiyə Pəncərəsindən Orta Şərq (3.2018)

2018-ci il İraqda seçkilərin keçiriləcəyi il olacaq. Ancaq qeyd edək ki, ABŞ-ın işğalından bəridir bu ölkədə keçirilən seçkilərdən sonra hər zaman ciddi böhranlar yarandı.

Əlbəttə bu fakta nəzər salaraq məsələni ümumiləşdirmək düzgün çıxmaz. Ancaq DEAŞ-ın gücünün zəiflədilməsilə İraqda problemlər tamamilə həll edilməyib. Bu səbəbdən 2018-ci ildə də İraq yaxından izləniləcək ölkə mövqeyini qoruyacaq.

İraqda seçkilər və sabitlik

ABŞ 2003-cü ildə İraqı heç bir haqlı amilə əsaslanmadan işğal etdi. O tarixdən bəridir dövlət qurumları və dövlət avtoriteti hələ də bərpa edilməyib. Seçkilər deməli müəyyən fasilələrlə keçirilir. Buna baxmayaraq, işğaldan sonrakı siyasətin etnik və məzhəbə əsaslanan xəttlər üzərində bərpası, siyasət sahəsindəki təşkilatlanmanın həll yolu ortaya qoymaqdan çox mövcud problemləri artıran bir xüsusiyyət qazanmasına gətirib çıxardı. Həmin səbəbdən təqribən işğaldan sonrakı hər seçkini fərqli şəkildə və birbirindən ağır böhranlar izlədi.

2005-ci ilin axırında keçirilən seçkilərdən sonra ölkə 2006-cı ildən etibarən məzhəb xüsusiyyəti ağır çəkən bir vətəndaş müharibəsinə üz tutdu. 2010-cu ildəki seçkidən sonra sunni-şiə qütbləşməsi məclisdə artarkən, dövrün baş naziri Nuri Malikinin sünni ərəbləri yadlaşdıran siyasətləri ictimai narahatlığı ən yüksək səviyyəyə çıxardı. 2014-cü ildəki seçkidən qısa müddət sonra isə DEAŞ hücumları nəticəsində ölkə xarabazara çevrildi.

Güman ki, 2018-ci ildə vəziyyət çox fərqli olmayacaq. Əslində ilk baxışda tablo o qədər də ürəksıxan deyil. Bu nöqtədə DEAŞ-ın İraqdakı mövcudluğu ən azı görünüşdə başa çatıb.

Şimali İraqda keçirilən müstəqillik referendumundan sonra baş nazir Heydər İbadinin regional qüvvələrin də dəstəyini götürərək atdığı addımlar Bağdadı Ərbil qarşısında 2003-cü ildən bəridir ən güclü statusa qovuşdurdu. Həmçinin bütün bu problemlər daxilində İraq hökuməti neft hasilatını artırmağı bacardı və ciddi müharibə xərclərinə baxmayaraq öz gücünü davam ətdirdi. Bu göstəricələrə nəzər saldıqda 2014-cü ildə baş nazirlik posturu tutduğu zaman dağılmaq üzrə olan bir ölkəni idarə etmək məcburiyyətində qalan Heydər İbadinin dörd illik dövrü çətin keçsə də önəmli uğurlara imza atdı. 

Amma bu ürəkaçan tablonun bir başqa üzü var. Hər şeydən əvvəl Bağdadın həm terrorla həm də separatçı tələblərlə mübarizə prosesi asan deyildi. Rəsmi Bağdadın İraq siyasətindəki çəkisinin nə qədər artdığı fərqli bir sual ilə mühakimə edilməlidir. Gücünü artıran Bağdadmı və ya Bağdadda təsirli olan və hərəsi dövlət içərisində bir dövlət kimi fəaliyyət göstərən alt qrupların ittifaqıdırmı?

Yaxınlaşan seçki ərəfəsində siyasi tarazlıqlar

İraq parlamenti cari ilin may ayının 12-də seçki keçiriləcəyini elan etdi. İndiyədək İraqda seçkilər ümumilikdə təxirə salındı və planlaşdırıldığından ən azı 6 ay sonra keçirildi. Lakin bu şəkildə dəqiq tarix elan ediləndən sonra seçkinin təxirə salındığı görülmədi. Lakin seçkilərin və səyasətin taleyinə təsir edən kritik tarazlıqlarla əlaqəli xeyli cavabsız suallar var.

İraqı əvvəl DEAŞ-dan sonra isə separatçı istəklərdən xilas etdiyi iraqlı şiə ərəblər arasında güclü şəkildə dəstəklənən Haşdi Şabinin yeni siyasi dönəmdəki rolunun nə olacağı həmin suallardan əvvəlincisidir. Ayətullah Əli Sistaninin silahlı qruplara istəqamətli çağırışlarından sonra xeyli qrup silahları tərk etməyə və dinc siyasətlə məşğul olmağa üstünlük verdi. Unudulmamalıdır ki, Haşdi Şabi bir müddətdir İraq Müdafiə Nazirliyi çətri altına daxil olmuşdu. Deməli qanuni qurum statusu qazanmış və bunun üzvləri də artıq dövlətdən əmək haqqını alan təhlükəsizlik qüvvəsi statusuna qovuşmuşdur. Həmin səbəbdən təşkilati varlığı dəyişmiş ola bilər. Lakin nəyin, kimin haraya aid olduğu eyni tərzdə asanlıqla dəyişmir.

İkinci sual isə sünni ərəblərin necə yenidən sistemə uyğunlaşacağı məsələsidir. ABŞ-ın İraqda Baas Partiyasının kənarda buraxılmasından bəridir həll edilə bilməyən bu problem son 15 ilin ən mürəkkəb məsələsinə çevrilib. Sabiq Baasçıların bir hissəsi DEAŞ-la mübarizədə mühüm rol götürdü. Bəzi tayfalar da eləcə. Ancaq son üç il ərzində sünni ərəblər tam mənası ilə geri oturtdu. Bir hissəsi DEAŞ tərəfindən zərərsizləşdirildi. Bir hissəsi Bağdad tərəfindən hələ də terrorçu kimi qəbul edilir. Bir hissəsi ölkəni tərk etdi və xalqdan dəstək istəyəcək nə üzləri nə də gücləri var. Bir hissəsi rəsmi Bağdad ilə İtttifaq qurdu və hazırda ən güclü olanlar elə həmin qrupda olanlardır.

Ancaq hansı tərəfdən nəzər salınarsa salınsın sünni ərəblərin  tanınmış ən qədim nümayəndələri nə tayfa başçıları müstəvisində nə də siyasi partiya liderləri konteksində  keçmişdəki güclərinə sahibdir.

İraq Kürd Regional Rəhbərlik ilə əlaqələr

Son olaraq iraqlı kürdlərin gələcəyi də sual edilməlidir. İraq Kürd Regional Rəhbərlikdəki partiyaların bu il sadəcə bir seçkisi yoxdur. Rəhbərlikdəki regional parlament və rəhbərlik seçkisi Kürdlər üçün İraq miqyasındakı seçkidən daha önəmlidir. Lakin oktyabrın 16-dan sonra Bağdadda baş verənlər İraq Kürd Regional Rəhbərliyinə daha çox təsir göstərəcək hala gəldi. Kürdlər 2003-2010-cü illər arasında Bağdaddakı  hadisələrə təsir edə bilmə gücünü xüsusilə 2014-cü ildən sonra itirdilər. Parlamentdəki yer sayı gözdən yayındırılmayacaq səviyyədə olmasına baxmayaraq yeni hökumət bir milli birlik hökuməti olmayacağı təqdirdə kürdlərin kritik vəzifələr götürə bilmələri xeyli çətindir.

Ancaq bu bir həqiqətdir ki, yeni tarazlıqlar nəticəsində İraq Kürd Regional Rəhbərliyinin Bağdadda yenidən güclü olması vacibdir.

İraqda siyasətin əsas xarakteri beş ildənbir dəyişməyə başladı. Qarşı-qarşıya olduğumuz dövrdə gücünü artırmağa cəhd edərkən öz daxilində dəyişmə göstərən bir mərkəzi avtoritetin ağrıları çəkilə bilər.



Әlaqәli Xәbәrlәr