Türkiyənin Qərb dünyasındakı xarici siyasət həmlələri

Türkiyənin Qərb dünyasındaki xarici siyasətindəki həmlələrlə bağlı Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı yazarı Can Acunun fikirlərini təqdim edirik. (Gündəm analizi_02, 12 yanvar 2017)

889103
Türkiyənin Qərb dünyasındakı xarici siyasət həmlələri

Mərkəzi qərb olan mövcud qlobal sistemin addımbaaddım tənəzzülə uğradığı, ancaq onun yerinə yeni bir sistemin hələ olmadığı mürəkkəb bir dövrdəyik. Bu dövr beynəlxalq nizam adından xaotik bir dövrü əks etdirir. Türkiyə üçün isə bu dönəm ciddi meydan oxumalarla yanaşı imkanları da özü ilə gətirir. Türkiyə xarici siyasətdə atdığı addımlarla bu mürəkkəb dövrlə uyğunlaşma səylərini davam etdirir. Türkiyə son illərdə bir tərəfdən Rusiya kimi gücünü artıran ölkələrlə yaxşı əlaqələr qurur, digər tərəfdən Qərb dünyasındakı parçalanmalardan da istifadə etməyə səy göstərir. Xüsusilə ABŞ ilə əlaqələrin gərginləşdiyi bir dövrdə Türkiyənin Fransa və İngiltərə kimi ölkələrlə əlaqələrdə ayrı-ayrılıqda yeni sahələrə üz tutduğu diqqət çəkir.

Bu çərçivədə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Fransaya etdiyi son səfəri ayrı əhəmiyyət daşıyır. Həmin səfərdə Türkiyənin Avropa İttifaqı ilə əlaqələri və müdafiə sənayesindəki əməkdaşlıq baxımından önəmli hadisələrin yaşandığını vurğulamaq lazımdır.

Son dövrdə Aİ-yə üzvlük prosesi Türkiyənin xüsusilə islahatlar mövzusunda Almaniyanın tərəfgir mövqeyinə görə dayanmışdı. Aİ parlamentinin Türkiyənin üzvlük prosesini dayandırma tələbi Aİ Şurası tərəfindən qəbul edilməsə də önəmli bir göstərici kimi qarşımıza çıxır. Fransa prezidenti Makron isə həm Aİ həm də Türkiyə tərəfindən İttifaqa üzvlük prosesindəki ikiüzlülüyə son qoyub, üzvlük əvəzinə partnyorluqla əlaqəli addımların atılmasının vacibliyini irəli sürdü. Xüsusilə 15 iyul FETÖ-cü çevriliş cəhdindən sonra gərginləşən əlaqələrdə çevrilişə cəhd edənlərin həbs edilməsini bəhanə gətirən Aİ Türkiyəyə Almaniyadan daha yaxın dayanan Fransa üzərindən yeni əməkdaşlıq metodunu müzakirəyə çıxarır. İfrat sağçı siyasi axınlar, maliyyə böhranları və İngiltərənin İttifaqdan ayrılma səbəbilə problemlər yaşayan Aİ Türkiyə və İngiltərə üzərindən yeni əməkdaşlıq metodlarını ortaya qoymağa cəhd göstərir. Almaniyanın xarici işlər naziri Siegmar Gabriel İngiltərə modelinin Türkiyə üçün bir seçim ola biləcəyini ifadə etmişdi. Digər tərəfdən Türkiyə cəhətdən Fransaya səfərin daha iki önəmli faktı var. Əvvəlincisi siyasi ittifaqların müxtəlifləşdirməsi, ikincisi müdafiə sənayesi sahəsində əməkdaşlığın güçləndirilməsidir.

ABŞ ilə PKK/YPG üzərindən problemlər yaşayan Türkiyə Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra iki ölkə arasındakı əlaqələr bir qədər də gərginləşdi. ABŞ ilə əlaqələrin gərgin olduğu bir zamanda Türkiyə isə xarici siyasətdə qərb dünyasında ittifaqların müxtəlifləşdirilməsi istiqamətində addımlar atdı. Aİ-də Hollandiya və Almaniya ilə əlaqələrin probləmli olduğu dövrdə İngiltərə və Fransa ilə əlaqələrini davam etdirən Türkiyə beynəlxalq aktyorlar arasında tarazlı siyasət izləyərək milli mənfəətlərini ən yüksək səviyyəyə çıxarmağa səy göstərir. İngiltərənin  Aİ-dən çıxma qərarı qarşısında Fransa və Almaniyanın güclü olduğu Aİ-də Almaniya ilə müqayisədə Türkiyə ilə münasibətləri rasional əsasda irəliləməsini irəli sürən Fransa ilə Türkiyənin əlaqələri müsbət istiqamətdə davam edir. Türkiyə cəhətdən Fransa ilə əməkdaşlıq Almaniyanın Türkiyəyə qarşı son dövrdəki mənfi mövqeyinə alternativ kimi görünür.

Fransaya edilən səfərin digər önəmli mövzusu isə müdafiə sənayesindəki əməkdaşlıqdır. “EUROSAM” ilə Müdafiə Sənayesi Katibliyi arasında Uzun mənzilli bölgə hava və raket müdafiə sistemi layihəsi mərhələ-B müqaviləsi dövlət başçısı R.T. Ərdoğan ilə Fransa prezidenti Makronun hüzurunda imzalandı. İtaliyanın da şərik olduğu Hava və müdafiə sistemi layihəsi Türkiyə üçün böyük əhəmiyyət kəsb edir. Rusiyadan S-400 hava və müdafiə sistemi satın alınmasına dair sazişi tamamlayan Türkiyə həmin zamanda NATO müttəfiqləri ilə birlikdə ayrı bir Hava və raket sistemi yaratmağa cəhd göstirir. Bununla da hava sahəsini birdən çox dəyişik sistemlərlə qorumağı hədəf götürən Türkiyə ehtimal olunan hər istiqamətdən gələ biləcək təhlükəyə qarşı tədbirini görmüşdür.

Müdafiə sənayesində son vaxtlarda önəmli layihələrə imza atan Türkiyə beynəlxalq xarici siyasətindəki ittifaqları müxtəlifləşdirmə siyasətini müdafiə sənayesinə də əks etdirir. Almaniya və ABŞ ilə uzun müddətdər davam edən müdafiə sənayesindəki əməkdaşlığın siyasi təzyiq vasitəsi kimi iki ölkə tərəfindən istifadə edilməsi qarşısında Türkiyə İnglitərə, Fransa, Rusiya, Ukrayna, Pakistan və digər ölkələrlə əməkdaşlığını gücləndirərək bir tərəfən iş birliyini müxtəlif sahələrə yayır, digər tərəfdən isə milli müdafiə sənayesini gücləndirərək xaricə olan asılılığını azaldır.

Dövlət başçısı Ərdoğanın Fransaya səfərində biraz əvvəl ifadə edilən mövzularla yanaşı müxtəlif sahələrə məxsus önəmli sazişlər də imzalandı. “Türk EXİMBANK” və “Bpifrance Assurance Export” arasında qarşılıqlı Reasürans (yenidən sığorta etmə) müqaviləsi imzalandı. Ayrıca “Airbus” və “Türk Hava Yolları” arasında  20+5 variantlı “A350-900”ün satın alınmasına dair görüşlərin başlanması üçün razılaşma sənədi imzalandı.

Nitəcədə Türkiyə Qərb dünyasındakı parçalanmalardan istifadə edərək  yeni ittifaq şəbəkələri qurur, öz mənfəətlərini üstün tutacaq addımlar atmaqda davam edir. Bu addımlar Türkiyənin əlini ABŞ-Almaniya kimi ölkələr qarşısında daha da gücləndirir.

Türkiyənin Qərb dünyasındaki xarici siyasətindəki həmlələr bağlı Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı yazarı Can Acunun fikirlərini təqdim etdik.



Әlaqәli Xәbәrlәr