Türk Dünyasından Xəbərlər

Türk Dünyasında baş verən hadisələr...

851797
Türk Dünyasından Xəbərlər

Özbәkistan prezidenti Şövkәt Mirziyoyev Orta Asiya ölkәlәri Bölgә Başçıları Birliyinin yaradılmasını tәklif edib. Yerli media orqanlarının yaydığı xәbәrә görә,  Şövkәt Mirziyoyev  bu tәklifi ‘‘Orta Asiyada  davamlı inkişaf  vә ortaq rifah üçün әmәkdaşlıq’’ adı altında keçirilәn beynәlxalq konfransda edib.

Sәmәrqәnddә keçirilәn  konfransda çıxış edәn Ş. Mirziyoyev  belə bir birliyin qurulmasının Orta Asiya dövlətlərinin davamlı inkişafına töhfә verәcәyini bildirib.

Mirziyoyev  qeyd edib ki, ilin әvvәlindәn bu yana Özbəkistanın region ölkələri ilə ticarət dövriyyəsi orta hesabla 20 % artıb.  Birləşmiş Millətlər Təşkilatının ekspertlərinin fikrinə görə isə Mərkəzi Asiya ölkələri qarşıdakı 10 ildə səmərəli əməkdaşlıq, regional  ümumi daxili mәhsulu azı  iki qat artıra bilər.

2017-ci il noyabrın 14-15 tarixlәrindә ‘‘Әfqanıstan üçün regional iqtisadi әmәkdaşlıq’’ konfransının 7-ci toplantısı Türkmәnistanın paytaxtı Aşqabadda keçirilib.

Konfransın ilk günündә birgə biznes forumu keçirilib. Forumun gündәmindә müxtәlif ölkәlәrdәn gәlәn iş qadınlarının görüşü olub.

Forumda Türkmәnistan Nazirlәr Kabinetinin sәdr müavini Orazmurat  Qurbannazarov vә Әfqanıstan dövlәt başçısının xanımı Rula Qani iştirak ediblәr.

Forumda açılış nitqi ilә çıxış edәn O. Qurbannazarov toplantıya ev sahibliyi etmәkdәn  mәmnunluğunu ifadә edib. Rula Qani isә öz növbәsindә  qonaqpərvərlik və iki günlük proqram üçün Qurbannazarov və Türkmənistan hökumətinə təşəkkür edib.

Foruma qatılan Əfqanıstan, Türkmənistan, Qırğızıstan, Hindistan, Pakistan və Bəhreynli iş qadınları "Qadın sahibkarlar; Tələblər və Çətinliklər",  "Qadın sahibkarlarının uğur hekayələri" adı altında iki sessiya keçirib  təcrübə və təkliflərini bölüşüblər.

Qeyd edәk ki, Əfqanıstan Prezidenti Əşrəf Qaninin  xanımı Rula Qani  forumun açılışında iştirak edərək qadın sahibkarlığına  dəstək verib.

Toplantı  çərçivəsində Əfqanıstanın və iştirakçı ölkələrin ticarət və sənaye məhsullarının təqdimatına imkan təmin etmək məqsədilə Aşqabadda  sərgi dә açılıb.

Türkmənistan Ticarət və Sənaye İdarəsi tәrәfindәn  təşkil olunan sərgidə, Türkiyәnin Aşqabaddakı sәfirliyi tәrәfindәn stend  təqdim olunub.

Türk stendində  Türkiyənin TİKA vasitəsilə Əfqanıstana etdiyi yardımlar və Türkiyədə keçirilən ‘‘Әfqanıstan üçün regional iqtisadi әmәkdaşlıq’’ toplantılarının  kadrlarının  yer aldığı video-çarx da nümayiş edilib.  Rula Qani Türkiyə stendinә dә baş çәkib. Türkiyәnin Aşqabaddakı sәfirliyinin rәsmilәri Rula Qaniyә stendlә bağlı mәlumat veriblәr.

7-ci ‘‘Әfqanıstan üçün regional iqtisadi әmәkdaşlıq’’ konfransının nazirlәr sәviyyәsindәki iclası isә noyabrın 15-dә keçirilib.

Türkmənistan xarici işlər naziri Rəşid Meredovun ev sahibliyi ilə keçirilən iclasa  Əfqanıstanın vitse-prezidenti  Sərvər Daniş və xarici işlər naziri Selahattin Rəbbani qatılıb. İclasda Türkiyәni xarici işlәr nazirinin müavini sәfir Әhmәd Yıldız tәmsil edib.

Sonuncu xәbәr Orta Asiya ölkәlәri ilә bağlıdır.

Noyabrın 9-da Qazaxıstan, Özbәkistan vә Türkmәnistan respublikalarının xarici işlәr nazirlәrinin Sәmәrqәnd görüşü çәrçivәsindә  üç ölkә sәrhәdlәrinin kәsişdiyi regionla bağlı üçtәrәfli saziş imzaladıqları açıqlanıb.

Sazişә  Qazaxıstan xarici işlər naziri Kayrat Abdrahmanov, Türkmənistan xarici işlər naziri Rəşid Meredov  və Özbəkistan xarici işlər naziri Əbdüləziz Meredov imzalayıblar.

Qeyd edәk ki, daha әvvәl  ölkә sәrhәdlәri ilә bağlı saziş ikitәrәfli formatda imzalanmışdı.

Qazaxıstan xarici işlər naziri Kayrat Abdrahmanov, sözügedən sazişin Orta Asiya ölkələrinin təhlükəsizliyi üçün tarixi əhəmiyyət daşıdığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr