Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

844150
Türk Dünyasından Xәbәrlәr

Türkiyə Xarici İşlər Nazirliyi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi, professor Düsen Kaseinov Türk dili, mədəniyyəti və incəsənətinin qorunmasına verdiyi töhfələrә görә ali xidmət mükafatı ilə təltif edilib.

Mükafat D.Kaseinova Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən Ankarada təqdim olunub.

Ankarada  Türkiyənin  Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan və Ukrayna ilə diplomatik münasibətlərinin qurulmasının  25-ci ildönümü münasibәtilә tәdbir keçirilib.

Ankara Palasda təşkil olunan tәdbirdә  Türkiyәnin  xarici işlər naziri Mövlud Çavuşoğlu, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, 1992-ci ildə Sovet Sosialist  Respublikaları İttifaqından (SSRİ)  ayrılaraq müstəqilliyinə qovuşan 10 ölkənin səfirləri və diplomatik korpusun nümayəndələri ilә yanaşı, çox sayda ölkәdən rəsmi qonaqlar  iştirak edib.

Tәdbirdә açılış nitqi ilә çıxış edәn Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu  türk mədəniyyətini yaşatmaq və gələcək nəsillərə ötürmək missiyasını üzərinə götürən TÜRKSOY-un yaradılmasından  25 il ötdüyünü  vurğulayıb. Nazir TÜRKSOY baş katibinin türk dünyası qarşısındakı tarixi xidmətlərini yüksək qiymətləndirərək D.Kaseinovun gələcək fəaliyyətində daha böyük nailiyyətlər qazanacağına əminliyini ifadə edib.

Təqdim olunan mükafatı böyük sevgi ilə qəbul edən Düsen Kaseinov bildirib ki, bu mükafat türk dünyası mədəniyyətinin inkişafında xidmətləri olan bütün yaradıcı insanların əməyinə verilən qiymətin nümunəsidir.

Türk dünyasının YUNESKO-su kimi çalışan TÜRKSOY-ya ev sahibliyi edәn ölkәnin   Türkiyə olduğunu xatırladan Düsen Kaseinov  vəzifəyə başladıqdan ötən müddət ərzində başda Xarici İşlər Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi olmaqla, Türkiyənin bütün qurumlarının TÜRKSOY-un yanında olduğunu  vurğulayaraq  təşəkkürünü bildirib.

Proqramımızın  növbәti xәbәri Qazaxıstanla bağlıdır. 

Qazaxıstanın  informasiya və kommunikasiya naziri Dauren Abayev  Qazaxıstanda nümayəndəlikləri olan Türkiyə Radio Televiziya Qurumu (TRT) və Anadolu Agentliyinin (AA) iki ölkə arasındakı  əlaqələrin daha da möhkəmlənməsi baxımından   körpü rolu oynayacağına әminliyini  ifadә edib.

 D.Abayev  paytaxt Astanadaki Kazmedia binasında keçirilən "Astana Media Həftəsi" tədbirinin açılış mərasimində iştirak edib.  Tədbirdə  Anadolu Agentliyinә müsahibә verәn  Dauren Abayev  "Media Həftəsi"nin mətbuat sahəsindəki əlaqələrin regional və beynəlxalq səviyyədə inkişafına təkan verəcəyini bildirib.

Qazaxıstanla Türkiyənin mətbuat sahəsindəki münasibətlərinə toxunan nazir, "Türkiyənin televiziya və agentlikləri ilә əməkdaşlıq etməyə hər zaman hazır olduqlarının və Qazaxıstanda nümayəndəlikləri olan TRT və Anadolu Agentliyinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində körpü rolu oynayacağına əminliyini vurgulayıb.  

Media həftəsinə yerli və xarici televiziya kanalları ilә yanaşı yayım işini həyata keçirən 90 istehsalat şirkәti də qatılıb.

Türk dünyasından xәbәrlәr bölümünün sonuncu məlumatı  Özbәkistana həsr olunub. 

Özbәkistanın paytaxtı Daşkәnddә  Özbəkistan-Rusiya Biznes Forumu keçirilib.

Özbəkistan  Rusiyaya ixrac etdiyi meyvə vә  tərəvəz məhsullarının illik həcmini bir milyard dollara çıxarmağı hədəfləyir.

Rusiya sənaye və ticarət naziri Denis Manturov və Özbəkistan xarici ticarət naziri Elyar Qaniyevin rəhbərliyi ilə Daşkənddə keçirilən Özbəkistan-Rusiya Biznes Forumunda  rus və özbək iş adamları ilə dövlət qurumlarının nümayəndələri iştirak edib.

Forumda çıxış edәn  E.Qəniyev bu il Özbəkistanın Rusiyaya ixrac etdiyi meyvə- tərəvəz məhsullarının  həcminin 30 faiz artdığını, bu artımda  meyvə tərəvəz məhsullarının Rusiyaya ixracında gömrük prosedurlarının sadələşdirilməsini təmin edən "yaşıl dəhliz" sisteminin mühüm rol oynadığını bildirib.

Nazir tərəflər arasında ticarətin diversifikasiyası yolu ilə iki il ərzində Rusiya və Özbəkistan arasında illik xarici ticarət həcminin 8-10 milyard dollara çıxarılmasının planlaşdırıldığını ifadə edib.

Özbəkistanın ilin sonuna qədər Rusiyaya 500 milyon dollarlıq meyvə-tərəvəz məhsulları ixrac etməsini planlaşdırdığını dilə gətirən E.Qəniyev görüləcək birgə işlər nəticəsində Özbəkistanın Rusiyaya ixrac etdiyi meyvə-tərəvəz məhsulları illik həcmini bir milyard dollara çatdırmağı  qarşılarına  məqsəd qoyduqlarını bildirib.

Rusiyalı nazir də son dövrdə iki ölkə arasındakı əlaqələrin sürətlə inkişaf etməsi ilə ilin ilk yarısında Rusiyanın yenidən Özbəkistanın ən böyük ticarət ortağı olduğunu  qeyd edib.

İki ölkənin  xarici ticarətindəki bu artımın davamlılıq qazanması üçün tərəflər arasında əldə olunan razılığın və birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayan D.Manturov ölkəsinin bu çərçivədə özbək tərəfdaşları ilә əməkdaşlığa hazır olduğunu bildirib.

Rus-Özbək Biznes Forumunda neft-kimya, nəqliyyat, kənd təsərrüfatı, tibb, sənaye istehsalı sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair ikitərəfli sazişlər imzalanıb.

Qeyd edək ki, Rusiya ilə Özbəkistan arasında xarici ticarət dövriyyəsi ötən il 4,2 milyard dollar olub. 



Әlaqәli Xәbәrlәr