Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

729605
Türk Dünyasından Xәbәrlәr

Hörmətli oxuçularımız ilk xəbərimiz  Orta Asiya ölkәlәri ilә bağlıdır.

6-cı  “Mərkəzi AsiyaYaponiya Dialoqu” toplantısı  Türkmәnistanın ev sahibliyindә keçirilib.

Türkmənistanın Xarici İşlər Nazirliyində keçirilən toplantıda ölkәnin  xarici işlәr naziri  Rəşid Meredov ilә yanaşı, Yaponiya, Tacikistan, Qırğızıstan, Qazaxıstan  və Özbəkistan xarici işlәr nazirlәri  iştirak ediblәr.

Toplantıdan sonra verilәn birgә  bəyanatda, regional təhlükəsizlik, ticarət və iqtisadi investisiyalar, humanitar və mədəni əlaqələr,  ekologiya və təbii fəlakətlər mәsәlәlәrinin , hәmçinin  əməkdaşlığı artırmağa istiqamәtlәnmiş  təkliflərin müzakirə olunduğu  bildirilib.

İştirakçı ölkələrin əməkdaşlığını dərinləşdirmək məqsədilə  Nəqliyyat və Logistika Regional Fəaliyyət Planı  da qəbul edilib.

Bәyanatda hәmçinin toplantının  müsbət istiqamәtdә  davam etdiyi  vә  növbәti iclasın Tacikistanda keçirilmәsi ilә bağlı  qәrarın qәbul edildiyi  bildirilib.

2004-ci ildə regional əməkdaşlığın inkişaf etdirilməsini təşviq etmək məqsədilə Yaponiya tərəfindən yaradılan ‘‘Mərkəzi Asiya vә  Yaponiya Dialoqu’’  2015-ci ildən etibarәn  Türkmənistanın rəhbərliyi ilә  davam edirdi.

Hörmətli oxuçularımız növbәti xәbәrimiz Qazaxıstanla bağlıdır.

Qazaxıstan  ilә  Özbəkistan arasında son dövrdә  inkişaf edәn  siyasi әlaqәlәr  iqtisadiyyata da müsbәt tәsir göstәrib.

Özbəkistan prezidenti Mirziyoyevin Astanaya etdiyi sәfәri çәrçivәsindә imzalanan müqәvilәdәn sonra  iki ölkә arasındakı ticarәt dövriyyәsi 37 % artıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Özbəkistan prezidenti Şövkәt Mirziyoyev ilə Çimkәnttә bir araya gəlib.

Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә,  iki liderin gündәmindә iqtisadi әlaqәlәr olub.

Nursultan Nazarbayev Mirziyoyevin Astanaya etdiyi sәfәrindәn sonra  iki ölkә arasında әmәkdaşlığın canlandığını, 2017-ci ildә  iki ölkə arasında nəqliyyat və logistika başda olmaqla avtomobil sənayesi və regional əməkdaşlıq sahәlәrindә  irəliləyişin әldә olunduğunu  diqqәtә çatdırıb.

 Nazarbayev:" İlin ilk rübündə ticarət dövriyyəsi 37% artıb" deyә qeyd edib.

Hörmətli oxuçularımız  üçüncü xәbәrimiz Türkiyә ilә bağlıdır.

Etnospor Mədəniyyət Festivalı  4-7 may tarixlәri arasında İstanbulun Yenikapı sәmtindә  keçirilәcәk.

Festivalla bağlı keçirilәn mәtbuat topkantısında  Gənclər və İdman naziri Akif Cağatay Kılıç , Dünya Etnospor Konfederasiyasının baş direktoru Bilal Ərdoğan, İstanbul Böyükşəhər Bələdiyyəsinin sәdrinin müavini  Göksәl Gümüşdağ və Türkiyə Səyahət Agentlikləri Birliyinin başçısı  Başaran Ulusoy  iştirak ediblәr.

Gənclər və İdman naziri Akif Cağatay Kılıç çıxışı zamanı :  "Dünya Etnospor Konfederasiyasının baş direktoru Bilal Ərdoğanın səyləri nəticəsində ənənəvi idman növlərimiz yenidən yada salınıb  vә  inkişaf etməyə başlayıb. Türkiyə  tarixi vә  mədəniyyəti  ilә  dünyanın seçilәn  ölkәlәrindәn biridir.  Tariximizdən gələn bu gücü gələcək nәsillәrә ötürmәk  bizim missiyamızdır. Dünya mədəniyyətinin bu gün istifadə etdiyi bir çox ixtira, Türk və islam coğrafiyasına aiddir.

Festivalın may ayında keçirildiyinә diqqәt çәkәn nazir:  "İstanbulun fəth edilməsi və Qazi Mustafa Kamal Atatürkün Samsundan yola çıxaraq 19 May 1919-cu ildә  istiqlal mübarizəsinә başlaması mәhs  bu ay olub. Tarixi və mədəni dəyərlərimiz baxımından əhəmiyyətli bir aydır’’ deyә bildirib.

Hörmətli oxuçularımız  son xәbәrimiz Türkmәnistanla bağlıdır.

Türkmənistanda  ‘‘Bir ay siqaret ilə mübarizə’’ kampaniyası keçirilib.

Kampaniya  müvafiq nazirliklər,  icra hakimiyyətinin  nümayəndələri, gənclər və çoxsaylı dəvətlilərin iştirakı ilə Aşqabadda  keçirilib.

Kampaniyanın məqsədi  bir ay müddətində siqaretinin zərərlərini cəmiyyətə əks etdirəcək tədbirlər keçirməkdir.

Kampaniya çәrçivәsindә keçirilәn tәdbirlәrdә  Türkmənistanın siqaret ilə mübarizədәki   uğurlarından danışılıb.  Ölkədə tütün ilə mübarizə çərçivəsində tüstüsüz hava məkanlarının genişləndirildiyi bildirilib.

Türkmənistanda 2000-ci ildən etibarәn xalqa açıq mәkanlarda  siqaret çəkmək  qadağan olunub.

Türkmәnistan parlamenti  2013-ci ildə vətəndaşların tütün tüstüsünə məruz qalmasının  qarşısının alınması  və siqaretin  zərərli nəticələrindən qorunması ilә әlaqәdar  qanunu qəbul edilib. Son olaraq 14 apreldə keçirilәn  nazirlər kabinetinin iclasında dünya səhiyyə təşkilatının 2017-2021-ci illәrdә  tütün ilə mübarizə konvensiyanı həyata keçirmək məqsədilə hazırlanan milli proqram  dövlət başçısı tərəfindən təsdiq  olunub.

 

 



Әlaqәli Xәbәrlәr