Türkiyədə tələbə yataqxanaları

Ölkədə iki cür yataqxana var: dövlətə bağlı Kredit və Yataqxanalar Təşkilatının yataqxanaları, bir də təhsil alacağınız universitetə aid özəl yataqxanalar.

702488
Türkiyədə tələbə yataqxanaları

  Türkiyədə iki cür tələbə yataqxanası var: dövlətə bağlı Kredit və Yataqxanalar Təşkilatının yataqxanaları, bir də təhsil alacağınız universitetə aid özəl yataqxanalar. Təbii ki, kirayə evdə qalmaq kimi alternativ variantınız da var.

  Əvvəlcə bunu deyək ki, Kredit və Yataqxanalar Təşkilatı ilə bağlı maraqlanmaq istəyənlər http://yurtkur.gsb.gov.tr ​internet ​ünvanına nəzər sala bilər. Bu yataqxanalarda yatıb-qalxmaqdan başqa yemək-içmək və kitabxana kimi imkanlar da təqdim edilir. Müxtəlif ölkələrdən Türkiyə Təqaüd Proqramını qazanan tələbələr əsasən bu yataqxanalardan faydalanır.

  2016-2017-ci təlim-təhsil ilində yataqxanaya ödəniş 160-265 lira idi, yəni bu pul heç 100 dollar etmir. Bunun içində yemək verildiyini də düşünsək, az qala yataqxana sizə havayı başa gəlmiş kimi olur.

  Türkiyədə universitet qazandınızsa, təhsil aldığınız universitetlərin də öz yataqxanaları var. Bu yataqxanalarda daha çox xarici tələbələrə üstünlük verilir. Kredit Yataqxanalar Təşkilatının yataqxanalarından fərqli olaraq bu yataqxanaların sizin üçün ən yaxşı tərəfi oxuduğunuz universitetə yaxın olmasıdır. Yəni ​​nəqliyyat üçün vaxt və pul xərcləmənizə ehtiyac qalmır.

  Bunlardan başqa, Türkiyədə tələbələrin özünün seçə biləcəyi özəl yataqxanalar da var. Amma bunlarda ödəniş bir az bahadır. Dörd və ya iki tələbə eyni otaqda qalarsa, qiymət bir az düşür.

  “Mən yataqxanada qalmaq istəmirəm” deyən gənclər isə ya tək, ya da dostlarıyla bir ev kirayələyə bilər. Kirayə evin qiyməti evin yerinə, təmirinə və rahatlığına görə dəyişir.

  “Türkiyədə universitet təhsili” verilişinin mətnini Mücahit Türköne yazıb, mən Sevda Mirzə oxuyur.    



Әlaqәli Xәbәrlәr