“Avropada neofaşizmin ayaq səslərini eşidirik”, N.Kurtulmuş

Baş nazirin müavini Numan Kurtulmuş Anadolu xəbər agentliyinə Avropa ölkələrinin Türk siyasi xadimlərinə qarşı mövqeyinə dair xüsusi açıqlama verib.

699875
“Avropada neofaşizmin ayaq səslərini eşidirik”, N.Kurtulmuş

Baş nazirin müavini Numan Kurtulmuş Anadolu xəbər agentliyinə Avropa ölkələrinin Türk siyasi xadimlərinə qarşı mövqeyinə dair xüsusi açıqlama verib. Kurtulmuş deyib ki, Türkiyənin qanuni olaraq seçilmiş hökümətinin üzvlərinə, millət vəkillərinə orda çıxış etmələrinə icazə vərməyənlər, terror təşkilatı PKK-nın polisin nəzarətində mitinqlər keçirməsinə,  ölkəmizdə keçiriləcək referendum üçün “yox” kampaniyası keçirməsinə açıq aşkar dəstək verdi. Bu, başa düşüləsi şey deyildir. Avropalı dostlarımız bunu yaxşı başa düşsünlər; terror təşkilatlarının yaxşısı pisi olmaz. PKK terror təşkilatına bu qədər üz verilib, bu səviyyədə dayaq olunarsa bir gün avropalı siyasi xadimlərə də zərər verər. Vermədimi? Verdi.  İsveçdə 1986-cı ildəki Olof Palme cinayətini unutmasınlar. Avropanın ən demokrat, ən mülayim siyasi xadimlərindən biri olan Palmeni PKK öldürdü. Yəni Avropanın mərkəzində belə avropalı siyasi xadimləri qətlə yetirə biləcək bir terror təşkilatından bəhs edirik. 

Baş nazirin müavini Numan Kurtulmuş sözlərinə davamla bildirib ki, Avropada neonasizmin, ifrat səviyyədə irqçiliyin, neofaşizmin ayaq səslərini eşidirik. Yaxın tarixdə həm Hitler həm Mussolininin faşizmindən çox əziyyət çəkən bir Avropanın yaxın keçmişi Birinci və İkinci Dünya Müharibəsi arasındakı zamanı qanlı bir tarixdir. Bu qanlı tarixin əsas səbəbi ifrat səviyyədəki irqçilikdir.

Baş nazirin müavini Kurtulmuş avropalıların 16 aprel referendumunda Avropada yaşayan Türklərin səs vermələrinə mane ola biləcəklərini səsləndirməyə başladıqlarını da vurğulayaraq, heç bir gücün buna nail ola  bilməyəcəyini söyləyib.

Numan Kurtulmuş yeni sistemdə  cümhurbaşqanına nəzarətin olmayacağına dair iddialara isə belə cavab verib: Bunun əksinə dövlət başçısı, bəli, səlahiyyətləri var, amma çox da məsuliyyətləri var. Dövlət başçısı əsla Türkiyə Böyük Millət Məclisini üstündə qanunvericilik baxımından hər hansı səlahiyyətə sahib deyildir. Dövlət başçısının verəcəyi fərmanlar əsla qanunlara zidd olmayacaqdır. Yəni bir qanun iyerarxiyası, əsas qanun iyerarxiyası var, dövlət başçısı bu iyerarxiyanın aşağısındadır. Yeni necə ki, hökumət, nazirlər şurası qərarı verir, eyni şəydir. Yeni sistemdə baş nazir olmayacağına görə, baş nazir əvəzinə hökumətin başçısı olan cümhurbaşqanı bunu yerinə yetirəcək. Fərmanların heç biri qanuna zidd olmayacaq.

Numan Kurtulmuş “Türkiyədə bundan sonra 50 faiz+1 səs götürən dövlət başçısı olacaq və hökumət sistemi qurulacaq. Münasibətilə xalqla daha yaxşı əlaqələr quraraq xalqın istəklərini, gözləntilərini ödəyə biləcək və xalqın da seçə biləcəyi siyasi fiqurları ortaya çıxarmasının vacibliyini görürük. Bu əslində müxalifətə daha böyük imkan yaradır.”-deyə vurğulayıb.

“3 milyon suriyalıya vətəndaşlıq veriləcəyi məsələsi tamamilə yalandır”

“Türkiyədə qaçqın olaraq yaşayan 3 milyon suriyalının vətəndaş kimi qəbul ediləcəyi məsələsi tamamilə yalandır. Kampaniyada bir vasitə kimi istifadə edilir. Vətəndaşlarımızı narahat etmək üçün istifadə edilən bir sözdür.” deyə qeyd edən baş nazirin müavini Kurtulmuş bildirib ki, suriyalılar bizim dostumuz, qardaşımızdır. Biz onların öz ölkələrində də sağlıq, dinclik, sülh içində yaşayacaqları şərtlərin yaranması üçün cəhd göstəririk.

Numan Kurtulmuş onu da deyib ki, biz üç milyondan çox qaçqını qəbul etdik, vətəndaşlarımız onlarla çörəyini bölüşdü. Bu qədər çox qaçqının başqa bir ölkədə olması, ciddi sosial hadisələrə səbəb olarkən, çox şükür Türkiyə bunu millət olaraq yardımsevər ruhla qarşıladı. Bir sıra problemlər ola bilər, amma ümumilikdə suriyalılar məsələsi Türkiyə üçün bir sosial problemə çevrilmədi. İndi bu millətin bəsirəti, himayətçiliyi ilə heç kəs məzələnməsin. Suriyalıların vətəndaşlığa qəbul ediləcəyinə dair hər hansı bir şey yoxdur.

“Bu açıq demək lazımdırsa, FETÖ adlanan quldur dəstəsinə arxa çıxmaqdır”

Baş nazirin müavini Numan Kurtulmuş Avropanın 15 iyul çevriliş cəhdində iştirak edənlərə yiyə durması barədə isə deyib ki, bunu qəbul etmək qeyri-mümkündür, bu səhvdir. Bu açıqcasına FETÖ adlanan quldur dəstəsinə kömək olmaq, bunları qorumaqdır. Bunu qəbul etmədiyimizi ifadə etmək istəyirik. Avropa ölkələrinə sığınan və bəlkə gələcək günlərdə də sığınacaq bəzi FETÖ üzvlərinin dərhal Türkiyəyə geri qaytarılması vacibdir. Bunu Türkiyə ilə bu ölkələr arasındakı dostluq əlaqələri tələb edir.



Әlaqәli Xәbәrlәr