Yoluxucu Xaos Çağı

Türkiyə Prezident Aparatının sözçüsü cənab İbrahim Kalının "Daily Sabah" qəzetinin 25.02.2017-ci il tarixli sayında dərc olunan məqaləsi

680845
Yoluxucu Xaos Çağı

Hazırda hər şeyə və hər kəsə, nə olduğundan və kimliyindən asılı olmayaraq təsir edən yoluxucu xaos çağının içərisindəyik. Bu çağı yaradan böhranlardan xilas olmaq üçün dünyaya kömək edəcək yeganə həll kollektiv şüur və müdriklik yoludur.

Hazırda yaşanan qlobal narahatlıqlar sistem içində baş verən bir qəzanın əlamətidir? Yoxsa bütün sistem başdan ayağa səhvdir? Optimistlər ilk variantı seçə bilərlər və müasir qlobal sistemin daha məqbul və ağıllı şəkildə tətbiqinin hər kəsin həyatına sülh, sabitlik və rifah gətirəcəyini iddia edirlər. Lakin problemin səbəbləri daha dərinlərdədir.

 Müasir dünyamızın düşdüyü xaos vəziyyəti yoluxucudur. Hər şeyə və hər kəsə təsir edən xaos bir ölkədən digərinə, bir regiondan digərinə doğru hərəkət edir. Dünya o dərəcədə bir-birindən asılı hala gəlmişdir ki, heç kim dövrün nüfuz edən böhranlarına qarşı immuniteti olduğunu iddia edə bilməz.

Maarifçiliyin vəd etdiklərinin əvəzi ağır oldu: Avropa müstəmləkəçiliyi, İslam dünyasının, Afrikanın və Cənub-Şərqi Asiyanın bir çox yerində  ənənəvi ictimai və siyasi əlaqələrin pozulması, iki dünya müharibəsi (əslində daha çox Avropa müharibələridir), soyuq müharibə dövrü və sonra olanlar. Zənginlər və kasıblar arasındakı uçurum getdikcə böyüyür və beləliklə, dünyada ən aşağı səviyyədə yaşayan yüz milyonlarla insanın inamsızlıq və ümidsizlik hissləri dərinləşir. Kapitalizm dünya səviyyəsində yoxsulluq  və ekologoya problemləri fonunda hər fürsətdə özünü yeniləməyə davam edir. Kapitalizm əsas qidası olan ucuz iş qüvvəsi hardadırsa oraya gedir, yəni Afrikaya və Cənub-şərqi Asiyaya.

Qloballaşma dünya miqyasında hər şeyə yeni traktovka vəd etmişdi: tarix, hafizə, cəmiyyət, siyasət, kommunikasuya, iqtisadiyyat, təhsil, din, əqidə, incəsənət və s. Əsas ümidverici şeylər bunlardı: fərdlər və cəmiyyətlər arasında dəqiq və kəskin sərhədlər hər kəsin bənzər həyat yaşayacağı, hiss edəcəyi və inanacağı bir dünya vatandaşlığı hissi ilə yer dəyişdirəcəkdi. Frencis Fukuyama bunun üçün bir ad da tapmışdı: "tarixin sonu".

 Lakin "tarixin sonu" əsla gəlmədi. Yaşadığımız çağın nümayiş etdirilən mürəkkəblikləri nəzərə alındıqda bu növ yanaşmalardan mümkün qədər uzaq durmamız ən ağıllı və məntiqli bir mövqedir. Bunun əvəzinə, ədalətsizliyi və bərabərsizliyi aradan qaldırmağın ən yaxşı yollarının axtarışı üzərində mərkəzləşməli və ağıl, müdriklik və fəzilətlilik kimi dəyərlərdən əlimizdən gəldiyi qədər bəhrələnməliyik.

Tədqiq olunmalı ilk məsələ indiki dünya sistemində mövcud olan qarşılıqlı asılılıqlardır. Bunun mənası odur ki, heç bir tərəf hamımızın məhvinə səbəb olacaq öz-özünə zərər verən müharibələrdə qələbə qazandığını iddia edə bilməz. Onun üçün insanın öz mənafeyini başqasının hesabına təmin və müdafiə etməsi əxlaqi cəhətdən yanlış və  maneəyaradıcı bir mövqedir. Müdriklik və ədalət yalnız əxlaqi və intellektual fəzilətlər deyil. Müdrik insan bunların həm də siyasi zərurətlər olduğunu anlayar.

 Qlobal ədalət və bərabərlik məsələləri yalnız yoxsul və mübarizə aparan ölkələrin problemi deyil. Əksinə, bu problemlər dünyanın zəngin və güclü ölkələrdə öz həllini gözləyirlər. Səbəbi isə budur: qüvvələr arasında hazırda mövcud olan uçurum və disbalans bir neçə əsr ərzində yaranan müstəmləkəçiliyin  irsidir. Bu vəziyyətə  səbəb olanlar məsuliyyətini boyunlarına almadıqca, həmin irsin öhdəsindən gəlmək mümkün olmayacaq. Kapitalizmin ucuz işçi qüvvəsinə ehtiyacı olması faktı insanların ruhsuz maşınlar kimi istismar olunmasına hüquqi  bəraət qazandırmaz.

Bu gün siyasi cəbhədə Orta Şərq, Afrika və başqa yerlərdə  üçüncü tərəflər üzərindən aparılan münaqişələr heç kəsə sülh, sabitlik və rifah gətirməyəcək. Əksinə, səfilliyi artıracaq, inciklik və kini dərinləşdirəcək. Eyni zazmanda, fəaliyyət göstərdikləri yerlərdə sülhə və sabitliyə qəsd etmək üçün  hər mümkün fürsətdən istifadə etməyə çalışan ifrat zorakı təşkilatların dəyirmanına su tökəcəklər. Terrorla mübarizə qlobal  koordinasiyalı fəaliyyəti tələb edir. Lakin bundan da əhəmiyyətli olan  bu mübarizənin dürüst və səmimi aparılmasldlr. Terrorizmin yaratdığı xaos  da yoluxucudur.

Nəticədə identiklik, mənlik şüuru və dünyagörüşü anlayışlarını əks etdirən böyük problemlərlə üz-üzəyik. İnsanlarda xarici aləmlə qarşılıqlı təsir nəticəsində  mənlik şüuru və ətraf dünya barədə bir baxış formalaşır. Bu gün ubanizasiya və nativizm, qloballaşma və desentralizasiya, ictimai şəbəkə qurma və ifrat fərdiyyətçilik prosesləri eyni anda cərəyan edir. Bu, bəlkə də, çağımızın ən məcburi aspektlərindən biridir. Bir-biri ilə zidd olan bu düşüncə və həssaslıqları intensiv və başşişirdici şəkildə yaşayırıq. Bu təhlükəli, proqnozlaşdırıla bilinməyən və ümidsizlikdən ibarət olan qarışıqlıqda hansı yolla gedəcəyini həqiqətən bilən yoxdur. Populist, ksenofobik və irqçi ifadələr insanların yanlış istiqamətləndirilmiş hisslərinə xitab edir və dar düşüncəli siyasətçilər bu hissləri istismar edirlər. Bu qısamüddətli siyasi dividentlər dünyanı daha təhlükəlivə xaotik vəziyyətə salırlar.

 Qloballaşmanın son iyirmi ili identiklik, asılılıq, kollektiv hafizə və mədəni-dini mənsubluq anlayışlarının yox olmayacağını dəqiq şəkildə göstərdi. Əslində, bu məsələlərin ortadan qalxması üçün bir səbəb də yoxdur. Əksinə, onlar dünyanı parçalayıb ayıran "yoluxucu xaos"un şiddətli hücumuna qarşı kollektiv müdriklik və mətinliyin mənbəyi ola bilərlər.

 

 

 

 



Әlaqәli Xәbәrlәr