Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Körfəz ölkələrinə səfəri haqqında

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 12-15 fevral tarixləri arasında Körfəz ölkələrindən olan Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərdə rəsmi səfərdə oldu.

676209
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Körfəz ölkələrinə səfəri haqqında

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 12-15 fevral tarixləri arasında Körfəz ölkələrindən olan Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərdə rəsmi səfərdə oldu.

Bəhreyndə kral Hamad İsa Əl Xəlifə ilə bir araya gələn Ərdoğan ölkənin digər rəsmilərilə də görüşdü.

Dövlət başçısı Ərdoğanın Manamaya səfəri zamanı Türkiyə ilə Bəhreyn arasında  əməkdaşlığa dair 4 müqavilə imzalandı.

Həmin müqavilələr Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihad Zeybəkçi, enerji və təbii sərvətlər naziri Bərat Albayrak, milli müdafiə naziri Fikri İşıq ilə dövlət başçısı Ərdoğan və Bəhreyn kralı Hamid bin İsa əl Halifənin də iştirakı ilə imzalanmışdır.

Fars Körfəzinin cənubunda yerləşən üç ölkəyə dörd gün davam edən səfərinin ilk dayanacağında bazar günü Bəhreynin paytaxtı Manamaya səfər edən dövlət başçısı Ərdoğana həmin əməkdaşlıq müqavilələrinin imzalanmasından əvvəl Bəhreynin yüksək səviyyəli Şeyx İsa Bin Səlman əl Xəlifə adına medalı təqdim edildi.

Medalın təqdim olunduğu mərasimdə çıxış edən Ərdoğan dedi ki, Türkiyə yaxşı və pis günündə hər zaman Bəhreynin yanında yer alacaq.  Bəhreyn Türkiyədə keçən avqust ayında baş tutan görüşlə yanaşı çevriliş cəhdinin yaşandığı çətin günlərdə yanımızda yer alaraq könlümüzdə özünə yol tapmışdır. İndi isə bu dost torpaqlarda Behreynin bu medalı ilə bizə şərəf verdiniz.

Ərdoğan çıxışında onu da qeyd etdi ki, mən bu medalı həm Türk və Behreyn dövlətlərinin dostluğu həm də Türk və Bəhreyn xalqının dostluğunun bir rəmzi kimi qəbul edirəm. Həmçinin eyni iradə və qərarlılığın sizlərdə də mövcud olduğunu görməkdən məmnunluq duyuram. Ümidvaram ki, birgə cəhdlərimizlə Türkiyə-Bəhreyn qardaşlığı güclənməyə, müxtəlif sahələrdə kök salmağa davam edəcəkdir. Bölgəmizin sabitliyi, rifahı və gələcəyi üçün əməkdaşlığımızı davam etdirəcəyəcimizə inanıram.

Bəhreyn kralı da öz növbəsində  dedi ki, iki ölkə arasındakı dostluq əlaqələri bu ziyarətlə daha da gücləndi. Cənab Dövlət başçısı Ərdoğan Siz İslam aləminə xidmət etmək üçün ciddi səy göstərirsiniz. Ona görə Sizə təqdim ədildi. Bu medal minnətdarlıq və böyük sevinc rəmzidir.

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bazar ertəsi günü Körfəz ölkələri ilə əlaqələri inkişaf etdirmək məqsədi ilə start verdiyi səfərinin ikinci hissəsində Səudiyyə Ərəbistanına getdi.

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı kralı Salman Əbdüləzizə qonaqsevərliyinə görə sosial media üzərindən təşəkkürünü bildirdi.

  Ərdoğan Səudiyyə Ərəbistanı səfəri çərçivəsində kral Salman Əbdüləzizlə görüşləri zamanı çəkilən fotoşəkilləri “Twitter” hesabından paylaşaraq bunları yazdı: "Hərəmeyni-Şərifeyn xidmətçisi kral Salman və qardaş Səudiyyə xalqına səfərim zamanı qarşılama və göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkür edirəm."

Bunu da qeyd edə ki, bazar günü Körfəz ölkələrinə səfərə çıxmaq üzrə Bəhreynə yola düşən Ərdoğan səfərindən əvvəl bəyanat verərək, Türkiyə Silahlı Qüvvələri hərbçiləri və Azad Suriya Ordusu mənsublarının Əl-Babın mərkəzində olduğunu  bildirdi.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Kralı Salmanın 2015-ci ildə hakimiyyətə gəlməsindən bəridir Riyad və Ankara arasındakı əlaqələrdə gərginliklərin yaşandığı dövrdən sonra açıq şəkildə normallaşma qeydə alındı. Keçən ilin aprel ayında Kral Salman dövlət başçısı Ərdoğanı ziyarət etdi, Ərdoğan Salmana dövlət ordeni təqdim etdi.

Türkiyənin Adana vilayətində yerləşən İncirlik hava bazasında terror təşkilatı DEAŞ üzvü terrorçulara qarşı Vaşinqton tərəfindən nəzarət edilən koalisiya çərçivəsində Səudiyyə Ərəbistanına məxsus qırıcılar da var.

Bazar ertəsi günü Manamada bəyanat verən dövlət başçısı Ərdoğan Suriyanın şimalında, toqquşmalara görə ev-eşiklərindən didərgin düşən insanların yerləşə biləcəyi “təhlükəsiz bölgə” yaradılması üçün çağırış etdi.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr keçən həftə Ankarada iki ölkə arasındakı əlaqələri gücləndirmək məqsədi ilə bir Koordinasiya Şurasının ilk yığıncağında demişdir ki, ölkəsi ilə Türkiyənin  Suriya mövzusundakı mövqeyi dəqiq olaraq eynidir.



Әlaqәli Xәbәrlәr