Dünya İqtisadiyyatından Xəbərlər

Yerli Valyuta ilə Ticarət Dövrü Başlayır

659607
Dünya İqtisadiyyatından Xəbərlər

      Avropa İttifaqı ölkələrində baş verən siyasi proseslər, Orta Şərqdəki müharibə vəziyyəti, Trumpın ABŞ prezidenti seçilməsi, Amerika Mərkəzi Bankının (FED) faiz artımı qərarları və spekulyativ hücumlar iqtisadi proseslərə də təsir etdi. Bu proseslər son dövrdə rezerv valyuta olan dolların bahalaşmasına və bütün yerli valyutaların dollara görə dəyər itirməsinə səbəb oldu. Xüsusilə də, inkişaf etməkdə olan ölkələrin pul vahidləri bu vəziyyətdən daha çox təsirləndi.

 Siyasi və spekulyativ amillərlə mürəkkəbləşən bu vəziyyət, hazırda yerli valyutaların dollara görə dəyərini salmağa davam edir. İnkişaf etməkdə olan valyuta statusunda olan Türk Lirəsi də (TL) dolların bahalaşmasından  ən çox təsirlənən pul vahudləri arasındadır.

 Türk Lirəsində və digər inkişaf etməkdə olan ölkələrin valyutalarında dəyər itkisi, xarici ticarət xərclərinə də mənfi təsir göstərir. Bu səbəblə, dünya ticarətinin böyük bir payını təşkil edən dollar əvəzinə yerli valyutalarla ticarət yenidən gündəmə gəlib. Yerli valyuta ilə ticarət, iki ölkənin qarşılıqlı ticarətində ortaq pul vahidi olmadan öz yerli pullarından istifadə etmələridir.

Valyuta mübadiləsi olaraq da adlandırılan bu sistemdə maliyyə qurumlarının bir-biri ilə uyğunluğu və Mərkəzi Bankların fəaliyyəti mühüm rol oynayır.

Ticarət edəcək iki ölkənin ehtiyacı olduğu yerli valyutaların mübadiləsi, Mərkəzi Bank və digər maliyyə qurumları tərəfindən ödənilir.

Xarici ticarətin məzənnəsindən mənfi təsirlənməmənin artmaması üçün yerli valyutalarla ticarətin xarici ticarətdə təmin etdikləri üstünlüklər bunlardan ibarətdir:

• xarici ticarətdə əməliyyat xərcləri minimuma enəcək,

• dollarla ticarətdən qaynaqlanan itkilər aradan qalxacaq,

• özəl sektor üçün xarici ticarətdə gəlirlilik səviyyəsi yüksələcək,

• inkişaf etməkdə olan ölkələr arasındakı ticari əməkdaşlıq güclənəcək,

• risk səviyyəsi azalacaq və spekulyativ hərəkətlər qarşısında yerli pul güclü bir mövqe əldə edəcək,

• dollar başda olmaqla rezerv pul vahidlərinə həssaslıq azalacaq.

15 iyul çevriliş cəhdindən sonra Türkiyənin iqtisadi mənada dalana sıxışdırılması istənilir. Bu vəziyyətdə, Türkiyə iqtisadiyyatının və Türk lirəsinin mənfi təsirlərdən qorunması üçün xüsusilə xarici ticarətdə alternativlərin axtarışı istiqamətində işlər aparılır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici ticarətdə yerli pul istifadəsinə keçidlə əlaqədar söylədikləri və iqtisadiyyatda yerli valyuta ilə xarici ticarətin artması TL-nin dollara nisbətən eniş meylinə son qoymaq üçün görülən tədbirlərdir.

Son dövrdə gündəmdə olan Çin, Rusiya və İran ilə xarici ticarətdə yerli valyutadan istifadə edilməsi istiqamətində atılan addımlar da izlənilən siyasəti dəstəkləyir.

Türkiyənin xarici ticarətində əhəmiyyətli yer tutan idxal rəqəmlərinə nəzər yetirildiyində, ilk yerdə Çinin olduğu görünür. Çin son illərdə milli pul vahidi olan Yuan'ı beynəlxalq pul vahidi səviyyəsinə qaldırmağa istiqamətlənmiş işlər aparır. Türkiyə ilə Çin arasında valyuta mübadiləsi razılaşmaları davam etməkdə olan ticarət əlaqələrində də əks olunaraq, TL-nin də dövrəyə girəcəyi yeni bir alternativ ticarət sisteminin ortaya çıxma ehtimalını gücləndirir.

Cari kəsirdəki əsl problem qaynağı olan enerjidəki idxal xərcləri nəzərə alındıqda, Rusiya ən əhəmiyyətli ticarət ortağı kimi ön plana çıxır. Rusiya ilə yerli valyuta əsasında ticarət, məzənnənin mənfi təsirini də aradan qaldıracaq. Enerji idxalında xərclərin azalması cari kəsirdə də müsbət əks olunacaq. Bu istiqamətdə Rubl-TL mübadiləsinin əhəmiyyəti daha da  dəqiqləşəcək.

Enerji və ticarət sahəsində əməkdaşlığın artdığı ölkələrlə yeni müqavilələrin də yerli valyutalar əsasında bağlanması, gərəksiz xərclərin qarşısını alınmasını təmin edəcək. Hazırda İran ilə ticarətdə yerli pul vahidlərindən istifadə olunması nümunə təşkil etməli, bu proses digər qonşu ölkələrlə də başladılmalıdır. Bu, Türkiyənin bölgədə sahib olduğu üstün mövqeyini, yerli valyuta ilə ticarətin əhəmiyyətini və həcmini də artıracaq.

Regional iqtisadi təşkilatların güclənməsi ilə birlikdə, yerli pul vahidi ilə ticarət əhəmiyyət qazanmağa başlayır və yeni bir maliyyə sisteminin inşası məsələsində inkişaf etməkdə olan ölkələrin yaxınlaşmaları müşahidə olunur. Son dövrdə Türkiyənin liderliyi ilə həyata keçirilən yerli valyuta ilə xarici ticarət cəhdi yeni bir maliyyə və iqtisadi sistem axtarışının addımları olaraq dəyərləndirilə bilər.

Bu vəziyyətin ilk növbədə, regional ticarətin inkişaf etdirilməsinə, valyuta məzənnəsi ilə əlaqədar xərclərin əhəmiyyətli dərəcədə azalmasına töhfə verəcəyini söyləmək olar. Bununla birlikdə, Çin, Rusiya, İran və Türkiyənin irəli sürdüyü yerli valyuta ilə ticarət mövzusu bütün dünyada domino effekti yaradaraq, yeni bir iqtisadi və ticari sistemin inşasını sürətləndirə bilmə potensialına də malikdir.



Әlaqәli Xәbәrlәr