Türk Dünyasından Xəbərlər

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

659027
Türk Dünyasından Xəbərlər

Proqramımızın ilk xəbəri Azərbaycanla  bağlıdır. Azərbaycanda 2017-ci il İslam Həmrəyliyi İli elan olunub.

Bunu Azərbaycan Prezidenti  İlham Әliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

İclasda çıxıs edәn Azәrbaycan  Prezidenti İlham Әliyev  xaricdәn  kömәk olmasa Ermәnistanın  Azәrbaycan qarşısında  bir hәftә belә dayana bilmәyәcәyini qeyd edib.

Aprel ayında  baş verәn toqquşmalarda  Azәrbaycanın yenidәn  gücünü  nümayiş etdirdiyini vә parlaq  qәlәbә  qazandığını ifadә edәn  Prezident İlham Әliyev bunun  Azәrbaycanın  heç vaxt torpaqlarının  işğalı ilә barışmayacağını  bir daha göstәrdiyini bildirib.

İlham  Əliyev: "Biz bütün təxribatlara layiqincə cavab verəcəyik. Eyni zamanda Ermənistanın illər ərzində yaratdığı  yalan puç oldu.

Onlar özləri də, xaricdən kömək almadan qarşımızda bir həftə də dayana bilmәyәcәklәrini  etiraf edirlər" deyib.

Prezident İlham Әliyev  2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında sərəncam imzalayıb. 

Azərbaycanın  uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu deyәn Azәrbaycan prezidenti İlham Әliyev bunları qeyd edib:  "İslam Əməkdaşlıq Təşkilatı rəhbərlərinin bizim ölkə haqqında nə dediyinə, necə qiymətləndirdiyinə baxın. Bəzən bir biri ilə razılaşmayan Müsəlman ölkələri də bizə böyük hörmət bəsləyirlər. Bizim siyasətimiz budur. Bizim siyasətimiz səmimidir, doğrudur, ədalətlidir, prinsipial və cəsarətlidir. Bütün bunları nəzərə alaraq  mən 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli elan edirəm"

Hörmətli oxuçularımız  ikinci xəbərimiz  Türkmənistanla  bağlıdır. 

Türkmәnistan 5-ci Asiya Olimpiya oyunlarına ev sahibliyi etmәyә hazırlaşır.

5-ci Asiya Olimpiya oyunlarının  kompleks hazırlıqlarını  böyük bir qismini tamamlayan Türkmәnistan ötәn günlәrdә oyunların marka simvolu vә talismanını müәyyәn edib.

Belә ki,  oyunların talismanı  idman forması geyinmiş  "Alabay" iti,  marka simvolu isә  ipək yolu ərazisindən keçən karvan fiquru olub.

Yanvarın 10-da   ölkәnin müxtәlif bölgәlәrindә  olimpiyadaya hazırlıq  tәdbirlәri keçirilib.

Tədbirlər  çərçivəsində 17 atlı igid  Türkmənistan bayrağı, olimpiya bayrağı və məşəllə   ölkənin bütün vilayətlərini və mühüm mərkəzlərini dolaşır.

Atlıların yürüşü  Aşqabaddakı tarixi Nusay qalasından başlayıb.

Atlılar ölkәninin Ahal, Balkan vә Daşoğuz әyalәtlәrini dolaşaraq әmanәtlәri ordakı atlılara tәslim ediblər.

Lebab әyalәtindәki atlılar Daşoğuz igidlәrindәn tәhvil aldıqları Türkmənistanın  milli bayrağı, olimpiya bayrağı və mәşәli Marililerə ötürəcəklər.  Son olaraq әmanәtlәr sentyabrın 17-dә  Aşqabaddakı  olimpiya stadionuna gәtirilәcәk.

Hörmətli oxuçularımız son xәbәrimiz Qazaxıstanla  bağlı olsa da bütün Türküstan  bölgәsi üçün maraqlıdır. 

2017-ci ildә  Orta Asiyanın әhalisi 70  milyonu ötәcәk.

Bunu Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Erlan Karin deyib.

‘‘ 2017-ci  il  demoqrafik inkişaf baxımından Orta Asiya üçün dönüş ili olacaq. Yeni ildə Orta Asiya əhalisi 70 milyona çatacaq. Bəlkə dә  bu rəqəmi ötəcək" deyə direktor bildirib. 

Erlan Karinin sözlərinə görә  bu çox vacibdir, çünki  25 bundan il əvvəl  Orta Asiyanın  əhalisi  50 milyon idi. Yəni 25 ildə 34 %  artım müşahidә olunub.

Ölüm hallarının azalması, orta ömür müddətinin uzunluğu və regionda doğum nisbətinin artması  sәbәbiylә әhalinin artdığını bildirən qurum rəsmisi "Bu tendensiya sonrakı illərdə də davam edəcəkdir" – deyib.

Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktorunun fikrincә  Orta Asiya ölkələrinin rəhbərlikləri sosial-iqtisadi və digər sahələrdə siyasətlərini formalaşdırmaq mərhələsində bu inkişafı da nəzərə almalıdır.



Әlaqәli Xәbәrlәr