Türkiyə və Dünya Gündəminə dair Təhlil (02.2017)

Heç kəs söyləmir, söyləyə bilmir, çünki nə olduğunu başa düşmədilər…

650786
Türkiyə və Dünya Gündəminə dair Təhlil (02.2017)

 

Qlobal, regional və yerli siyasi dinamikalar, praktikalar hamısı bir araya gətirilməli və izah edəcək şəkildə təsvir edilməlidir.

Donal Trampın prezidentliyi ABŞ-ın xarici siyasət tarihinin 1950-ci ildən bugünə gəlib çıxan nizamından ayrıldığına dair işarələr ortaya qoyur.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Martin Şefır Əsədin gücü məhdud edilmədən problemin həllinin qeyri-mümkün olduğuna inanıram dedi. Almaniyanın uzun müddətli planlarının dəyişmədiyini də vurğulayan sözcü “Suriyada Rusiya və Türkiyənin təminatçılığında qəbul edilən atəşkəs prosesini məmnunluqla qarşılayırıq” deyə qeyd etdi.

Şərtlər budur:

İngiltərədə dərc olunan “İndependent” yazıb: İstanbulda “Reina” gecə klubuna edilən hücuma ən gözəl cavab Türkiyəyə tətilə getməkdir. Səyahət həm turist həm də ziyarət edilən ölkə üçün mükafatlandırıcı təcrübədir. Hər il İstanbula və Türkiyə sahillərinə gedən milyonlarla insan düşünüldüyü zaman hər hansı təhlükə ilə qarşılaşma şansınız xeyli zəifdir.

“Times” isə yanvarın 2-də bunları yazmışdır: Qərb Türkiyəyə verə bildiyi bütün dəstəyi göstərməlidir. Beləliklə rəsmi Ankaraya gələcəkdə başladıla biləcək sülh danışıqlarında Türkiyə vasitəsi ilə Qərbi də təmsil edə biləcəyinin siqnalı verilməlidir. Qərbli ölkələr DEAŞ mövzusunda əllərindəki bütün kəşfiyyatı Türkiyə ilə bölüşməlidir.

“Sputnik” janvarın 2-də İraqa  səfər edən Fransa prezidenti Ollandın sözlərini çatdırıb: “Terrorla mübarizəyə verilən dəstək Fransaya yönəldilmiş hücumların qarşısını alacaq. Onlar bizə hücum edərkən bizim torpaqlarımıza hücum üçün hazırlaşərkən biz də hamısına qarşı mübarizə aparır kimi addımlarımızı atacağıq. Suriya böhranında isə siyasi həll yolundan tərəfik”.

“Fərat Qalxanı” əməliyyatının sanki onlara edilirmiş kimi əleyhinə olanların bu cümlələrdən dərs götürüb götürməyəcəyi ayrı mövzudur, amma Parisin Bağdad, Suriya və Ərbilə istiqamətli addımının vaxtının  xüsusilə nəzərə alındığı aydındır.

Həmçinin baş nazir Binəli Yıldırımın İraqa səfəri də Türkiyənin xarici siyasətinin daha fəal hissəsidir.

Rəsmi Bağdad bu səfəri xüsusi mənada Suriya üçün də gözləyir. İraq baş nazirinin Olland ilə görüşündəki ifadələr də bunun işarəsidir; “İstanbul və dünyanın digər yerlərindəki hücumu həyata keçirən qlobal terror təşkilatıdır”…

Və terror təşkilatının aqibətinə dair söylədikləri; “PKK-nın İraq ərazilərindən istifadə edərək Türkiyəyə qarşı terror hücumları həyata keçirilməsini qəbul etməyəcəyik!”

Bağdad dedikdə bunu da qeyd edək ki, İran prezidenti Həsən Ruhani demişdir ki, İstanbulda insanın ürəyini ağrıdan hadisə ilə üzləşdik. Bu hadisə terrorun əleyhinə olmayıb onu məhv etmədiyimiz müddətcə virus kimi heç kəsə yazığı gəlməyəcəyini ortaya qoydu. Suriya atəşkəs razılaşmasında İranın bir dayağı olmadığı, Türkiyə ilə Rusiyanın nəzarətində qüvvəyə mindiyi doğru deyil. İran terrorla mübarizə və diplomatiyada önəmli, fəal rol götürmüşdür. Davamlı olaraq Suriya, Rusiya və Türkiyə ilə əlaqə saxlayırıq.

Baş nazir Binəli Yıldırım yanvarın 3-də Türkiyə Böyük Millət Məclisində partiyasının qrup yığıncağında belə deyirdi: “Donald Tramp bu alçaqlığa-Obamanın tətbiqlərinə- son qoysun. Qoymasa da biz əsasən yolumuza davam edirik”…

Dəqiq olan budur; ABŞ-Qərb ilə əlaqələrimiz normallaşdığı zaman eyni səhvləri bir daha etməmək.

Təhlil Nədrət Ərsanəlin qələmindən yazılıb.



Әlaqәli Xәbәrlәr