“Fələstin məsələsinin həllində addım atmaq müsəlmanların ortaq vəzifəsidir”, R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Qüds  Platforması Simpoziumunda çıxış edib.

620684
“Fələstin məsələsinin həllində addım atmaq müsəlmanların ortaq vəzifəsidir”, R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Qüds  Platforması Simpoziumunda çıxış edib. Onun çıxışından bəzi sətirlər:

*İlk qibləmiz olan Əl-Əqsa məscidinə sahib çıxmaq sadəcə əllərindəki daşlardan savayı silahları olmayan fələstinli uşaqların vəzifəsi deyildir. Fələstin məsələsinin həllində addım atmaq, Qüdsü qorumaq bütün müsəlmanların ortaq vəzifəsidir.

*Bizim gözləntimiz nəyinki fələstinlilərə bu cür təzyiqlər edilməsi, tarixi olaraq onlara məxsus torpaqların geri qaytarılması üçün lazım addımların dərhal atılmasıdır. Müsəlmanların ibadətlərini məhdud edən, Hərəm-i Şərifin müqəddəsliyinə zərər verən təcavüzkar hərəkətlər qarşısında sakit qala bilmərik.

*İstər maddi istərsə mənəvi olaraq Qüdsü tək başına qoymamalıyıq. Biz indiyədək olduğu kimi bundan sonra da  Qüdsə bütün dəstəyimizi, bütün imkanlarımızı göstərməkdə davam edəcəyik. Əl-Əqsa məscidinin müqəddəsliyini mühafiə etmək üçün əlimizdən gələni yerinə yetirəcəyik.

*Fələstində hər gün insanlara hər gün təzyiq edilən, zorakılığın hökm sürdüyü bir nizam var. Bu ədalətsizlik bütün dünyanın gözü qabağında yarım əsrdir güclənərək davam edir.

* 1 milyard 700 milyonluq müsəlman aləminin içini yaralayan bu tablo əvəz olmadığı müddətdə daimi sabitliyin olması qeyri-mümkündür. Müxtəlif problemlərin əsasını ordakı hüquqların tapdalanması təşkil edir. BMT qərarları bu haqsızlığın aradan qaldırılmasına kifayət etmədi. Əli güclü olanların hüququnun qüvvədə olduğu bu sistemdə qərarların heç biri həyata keçirilə bilmir.

*1948-ci ildən bəridir təzyiq, mübadilə, ayrı-seçkilik siyasətləri davam etdi. Fələstin məsələsinin BMT Təhlükəsizlik Şurası üçün lakmus kağızı olduğunu düşünürəm.

*Orta Şərqin ürəyindəki bu yara müalicə olunmamış bölgənin dinclik və sabitliyə qovuşması düşünülə bilməz.

*Yaxın zamanda azanla əlaqəli yaranan mübahisələrin təhlükəli olduğunu fikirləşirəm. Bu tətbiq sadəcə fələstinliləri deyil, bütün müsəlmanları incidir. Bu mövzuda narahatlığımızı, belə bir layihənin qəbul ediləcəyi təqdirdə necə təhlükəli nəticələrə aparıb çıxara biləcəyini israilli rəsmilərə çatdırdıq.

*Orta Şərqdəki daimi sülh üçün yeganə yol 1967-ci ildəki sərhədlər daxilində paytaxtı Şərqi Qüds olan müstəqil və suveren bir Fələstin dövlətinin qurulmasıdır. Bunun üçün beynəlxalq aləmin Fələstinə verdiyi dəstəyi artırması şərtdir.

*Hal-hazırda Suriyada bir milyona yaxın insan həlak olub. Bu ölüm halları hələ də davam edir. Hardadır BMT, nə iş görür? Biz səbr etdik, gözlədik, nəhayət, dayana bilmədik. Suriya Azadlıq Ordusu ilə birlikdə ölkəyə girmək məcburiyyətində qaldıq. Türkiyənin Suriya torpaqlarında gözü yoxdur. Həqiqi sahibləri torpağın yiyəsi olmalıdır. Biz prinsipləri qorumaq üçün oradayıq. Yəni ədalətin bərqərar olması üçün Suriyaya girmişik.

*İkinci Dünya Müharibəsinin şərtlərinə görə yaradılmış bir BMT Təhlükəsizlik Şurası var, artıq şərtlər əvəz olub. Həm qitələrin həm də dünyadaki bütün inanc qruplarının orda təmsil edilməsinə imkan yaradılmalıdır. Əgər BMT ədaləti təsis edəcəkdirsə, ədalət paylayacaqdırsa bu belə olar. Lakin indiki şərtlərdə BMT-dən ədalət gözlümirəm.

*15 iyulda millətim, müasir silahların insanoğluna işləmədiyini, işlədilə bilməyəcəyini göstərdi. Bəs, nəyə görə? Onlar hər daim şəhadətə üz tutdular. 248 şəhid vərdik, 2 min 193 qazimiz oldu. Lakin çox şükür o FETÖ deyilən terror təşkilatı bu ölkədə hədəfinə nail ola bilmədi, ola bilməyəcək.



Әlaqәli Xәbәrlәr