Müttəfiqimiz Türkiyə böhrandadır və dəstəyimizə ehtiyacı var

Ehtiyatda olan general-leytenant Michael T. Flynn

608688
Müttəfiqimiz Türkiyə böhrandadır və dəstəyimizə ehtiyacı var

 Türkiyənin uzun müddətdir sabitliyini təhdid edən siyasi böhrana sinə qərdiyi zaman, bir çox amerikalı müttəfiqimiz olan bu ölkə ilə əlaqədar nə düşünəcəyini bilmir. Amerikan mediası Ərdoğan hökumətinin müxalifət üzərindəki təzyiqindən danışarkən mükəmməl bir iş ortaya qoyur, lakin mövzunu tutarlı və haqlı bir perspektivdən kənar dəyərləndirir.

 Türkiyənin Amerikan maraqları üçün həyati əhəmiyyət kəsb etdiyini qəbul edərək işə başlamalıyıq. Türkiyə DEAŞ-a qarşı mübarizədə həqiqətən ən güclü müttəfiqimizdir və eyni zamanda, regiondakı sabitliyin təminatçısı olaraq amerikan hərbi əməliyyatları üçün çox vacib olan tərəfdaşımızdır. Lakin Obama rəhbərliyi Ərdoğan hökumətini müəyyən məsafədə saxlayır. Bu, uzun zaman davam edən ittifaqımız üçün təhlükə yaradacaq məntiqsiz bir siyasətdir.

 Amerika Birləşmiş Ştatları və Türkiyə arasındakı əsas münaqişə mövzusu  hazırda Pensilvaniyada yaşayan, sabiq ABŞ prezidenti Bill Clintonun yayınlanmış bir videoda "dostum" deyə müraciət etdiyi  Fətullah Gülən adında  qaranlıq bir molladır.

 Gülən özünü mötədil olaraq təqdim edir. Həqiqətdə isə açıq bir şəkildə, verəcəyi hər bir əmri yerinə yetirməyə hazır olan "əsgərləri"  ilə öyünən radikal islamçıdır.   Əgər həqiqətən mötədil müxalifət olsaydı, nə sürgündə olardı, nə də Rəcəb Tayyib Ərdoğan və onun hökumətinin nifrət hissini qızışdırardı.

 Gülənin qlobal şəbəkəsi təhlükəli və qeyri-fəal  terror şəbəkəsi keyfiyyətlərini daşıyır. Türkiyə   Washingtonun "Türkiyənin Usame Bin Ladeni"nə sığınacaq verdiyi fikrindədir.

Washingtonun  partlamaq dərəcəsinə gəlmiş bu məsələ ilə bağlı səssizliyi Türkiyənin seçilmiş prezidentinin siyasi müxalifləti aradan qaldırmaq üçün hərbi çevriliş səhnələşdirdiyi, Böyük Mİllət Məclisinin binasını bombaladığı və Türkiyənin güclü iqtisadiyyatına olan inamı zəiflətdiyi kimi absurd bir iddianı nəzərə aldığımızda çox şey ifadə edir.

 Əsası olmayan bu iddia 11 Sentyabr hadisəsinin müsəlman torpaqlarını işğal etmək və buradakı nefti ələ keçirmək üçün amerikan kəşfiyyatı tərəfindən törədildiyi barədə mənfur niyyətli iddianı xatırladır!

 Amerikan vergi ödəyiciləri Gülənin Amerika Birləşmiş Ştatlarındakı 160 müqaviləli məktəbini maliyyələşdirir. Bu məktəblərə "Google"a verilən H1-B viza sayından daha çox lisenziya verilmişdir. Viza işlərinə baxan rəsmilərimizin ingiliscələri anlaşılmaz olan ingilis dili müəllimlərinə minlərlə viza vermələri  inanılmaz bir faktdlr. CBS kanalı tərəfindən yayımlanan "60 Minutes" (60 Dəqiqə) proqramının bir bölümündə Türkiyədən idxal edilən ingilis dili müəllimlərindən biri ilə görüş keçirilmişdir. Bir çox məhkəmə prosesi bir hissəsi  Ohayo və Texasda olmaqla, bu məktəblərin fəaliyyətindəki nöqsanları ortaya çıxarmışdır.

Lakin görünən odur ki, maliyyə resursları yaratmaq Gülən şəbəkəsi üçün problem deyil.

 Tutulan vəkillər Gülən və şəbəkəsinə hökumət mənbələrindən gələn gəlirlərin davam etməsi üçün fəaliyyət göstərirlər. "Cosmos Foundation" kimi nüfuzlu xeyriyyə təşkilatları Gülənin müqaviləli məktəblərinə dəstək verməyə davam edirlər.

Təsadüfə bax ki, "Cosmos Foundation" Clinton Fondunun da böyük ianə təşkilatları arasındadır . Bill Clintonun Molla Güləni "dostu" adlandırması təəccüblü deyil. Hillary  Clintonun xüsusi köməkçisi və sirdaşı Huma Abidinin mərkəzi Londonda olan Müsəlman Azlıqları ilə Əlaqələr İnstitutu tərəfindən dərc olunan  jurnalın 12 il redaktor müavini olduğu artıq bir sirr deyil.

 Təəssüf ki, amerikan xalqı Gülənin tanınmış sufi Mövlanə Cəlaləddin Ruminin məktəbini tanıdan sufi alimi olduğuna, dinlərarası dialoqu yaymaq üçün çalışdığına və amerikan gənclərinə yüksək səviyyədə  riyaziyyat, elm və ingilis dili təhsili verərək mükəmməl bir iş gördüyünə inandırmağa cəhd göstərilərək  aldadılır.

 Bu müəmmalı işlərlə bağlı  narahatlıq ifadə edən mülahizələr də Gülənə tabe olan xalqla əlaqələr şəbəkəsi  və hüquqşünaslar  tərəfindən dərhal susdurulur. Gülən ona tabe olanlarla birlikdə tətbiq etdiyi bu saxta qavrayış əməliyyatları ilə uyğun obraz yaratmış və özünü Türkiyə hökumətinin qurbanı olaraq qələmə verməyə çalışmışdır.

İnsanlar keçmişin səhvlərini təkrar etdikləri zaman tarix də təkrarlanır.

İndi Türkiyənin əhəmiyyəti məsələsini yenidən dəyərləndirmək  və prioritetlərimizi uyğun bir dünyagörüşünə görə müəyyən etmənin vaxtıdır.

Washingtonun gözləri  Pensilvaniyada bizim öz arxa məhəlləmizdə rahatlıq içində yaşayan maskalanmış bu terror və qeyri-sabitlik mənbəyi tərəfindən tutulduğu bir vəziyyətdə, NATO müttəfiqimiz Türkiyənin əleyhinə olmaq vicdana zidd və ölçülməmiş bir davranışdır.

Xarici siyasətimizi Türkiyəyə üstünlük verəcək şəkildə yenidən qurmalıyıq. Dünyaya Türkiyənin nöqteyi-nəzərindən baxmalıyıq. 11 Sentyabrdan dərhal sonra əgər Usame bin Ladenin Türkiyənin kurort şəhərlərindən birində gözəl bir villada yaşadığını və bir tərəfdən də Türk vergi ödəyicilərinin yaratdığı mənbələrlə maliyyələşən 160 müqaviləli məktəbi olduğunu eşitsək, nə edərdik?

 Təəssüf ki, hər növ radikal islamçı qruplar şər işlərini Gülən kimi dələduzluq edən radikal din xadimlərindən qazanırlar. Güləni sığınacaq bir limanla təmin etməməliyik. Bu böhranda kimin bizim həqiqi dostumuz olduğunu xatırlamağımız dəqiq bir zərurətdir.

Ehtiyatda olan general-leytenant  Michael T. Flynn ABŞ Əks Kəşfiyyat Xidmətinin sabiq sədri və "New York Times"ın çox satılanlar  siyahısında yer alan "The Field of Fight" adlı kitabın müəllifidir.

 Bu yazı ehtiyatda olan general-leytenant  Michael T. Flynnin "The Hill” qəzeti üçün qələmə aldığı 8 noyabr 2016-ci il tarixli "Our ally Turkey  is in crisis and needs our support" başlıqlı məqaləsi əsasında tərtib edilmişdir.



Әlaqәli Xәbәrlәr