“Kürd problemi”nin kürdlərlə əlaqəsi yoxdur

“Hamı təhlükəsizlikdə olana qədər heç kim təhlükəsizlikdə deyil”, İbrahim Kalının məqaləsi (“Daily Sabah”, 20.08.2016)

555716
“Kürd problemi”nin kürdlərlə əlaqəsi yoxdur

  Türkiyə qlobal təhdid olan DAEŞ terroruna qarşı mübarizəni necə dəstəkləyirsə, dostları və müttəfiqlərindən də PKK və FETÖ-ya qarşı eyni münasibəti görmək istəyir. Bu, Türkiyənin qanuni haqqıdır.

  Qanlı 15 iyul çevriliş təşəbbüsündən sonra Türkiyə artıq üç terror təhdidilə qarşı-qarşıya qalıb: PKK, DAEŞ və FETÖ.

  Türkiyənin təhlükəsizliyi öz təhlükəsizlikləri üçün açar rolunu oynadığı üçün Türkiyənin dostları və müttəfiqlərinin marağı Türkiyənin yanında durmaq olmalıdır.

  Hipermodernite və qloballaşmanın öyrətdiyi kilid dərs budur: hamı təhlükəsilikdə olmayana qədər heç kim təhlükəsiz deyil.

  Türkiyə PKK-ya qarşı on illərdir mübarizə aparır. Keçmişin yanlış siyasəti PKK terrorizminin yüksəlməsinə kömək edib və kürd milliyyətçiliyini cücərdib.

  Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Baş nazir olduğu vaxtdan etibarən silahlı mübarizəyə son qoymaq üçün silsilə cəsur addımlar atıb və böyük siyasi risklərin qarşısını alıb: kürd əhalinin sıx olduğu bölgələrdə ictimai sərmayələri artırıb, kürd kimliyini tanıdıb, kürd dilində təhsil qadağasını aradan qaldırıb və ən mühümü, kürdlərə də eynilə türk soylu vətəndaşlar kimi bərabərlik və etibar duyğusu verib.

  Əsas məsələ PKK-nın əlindən silahı almaqdır. Amma PKK tərksilah və həbsdəki liderləri Abdullah Öcalandan gələn çağırışlara əməl etmək yerinə terrorçu fəaliyyətlərini çoxaldır, sıralarını artırır və hücumlarla şəhərləri basırlar.

  Kürdlərin Xalqların Demokratik Partiyası (HDP) sülh prosesinə yardım etmək sözü verərək Milli Məclisə girməyi qazandı. Amma aza qala PKK-nın sözçüsü olub. HDP PKK-nın iyrənc terror hücumlarını qınamağa belə cəsarət edə bilmir, təşkilatın tərksilah edilməsi üçün heç bir ciddi təşəbbüs etmir, əksinə, Ərdoğanın üzərinə düşüb onu tənqid edir, yəni əleyhinə danışmaq yolunu seçib. Halbuki ölkənin rəhbəri sülhə doğru irəliləmənin tək yolunun PKK-nın silahları buraxması olduğunu bildirib.

  Aydın olan odur ki, PKK-nın narahatlığı heç də kürd məsələsi deyil, varlığını terror təşkilatı kimi qorumaqdır. Heç bir demokratik cəmiyyət problemə sülh yolu axtararkən terrorçu bir qrupun varlığına icazə verməməlidir.

  PKK və siyasi nümayəndələrinin “Kürd problemi” dediklərinin, göstərdiklərinin kürdlərlə, Türkiyənin kürd vətəndaşlarıyla əlaqəsi yoxdur.

Daha sadə şəkildə ifadə etsək, bu gerçəyi əks etdirmir. Bizim ayrı-seçkilik etmədən həm Türkləri, həm də kürdləri öldürən bir PKK problemimiz var. PKK yalnız keçən həftə ərzində Diyarbəkir, Van, Elazığ və Bitlisdə bomba yüklənmiş nəqliyyat vasitələri  və yol kənarında quraşdırılan tələlərlə etdiyi hücumlarda onlarla təhlükəsizlik qüvvəsi əməkdaşını və vətəndaşı öldürdü.

Türkiyəni PKK ilə  sanki sevgi və mərhəmət dolu  bir qeyri-hökumət  təşkilatı kimi rəftar etməyə çağırmaq yerinə, Avropa və ABŞ  PKK-nın nə olduğunu görmək üçün, PKK-nın terrorçu hücumlarını 'ammalar”, və ya “əgərlər' olmadan qınamaq və təşkilatın Avropa şəhərlərindəki maliyyə əməliyyatlarını və təbliğat fəaliyyətlərini dayandırmaq məcburiyyətindədirlər.

Suriyada “DEAŞ-a qarşı mübarizə” adı ilə PKK-nın Suriyadakı təmsilçisi - Demokratik Birlik Partiyası (PYD) və onun hərbi qolu - Xalqların Müdafiəsi Birliyini (YPG) dəstəkləmək çox böyük bir səhv və strateji olaraq da yanlış bir hesaplama idi. PKK terrorçu  fəaliyyətlərini bəsit bir şəkildə Suriyada olan vətəndaş müharibəsi ilə pərdələyir.

Suriyada müharibə uzandıqca Bəşər Əsəd rejimi Dəməşq, Hələb və ölkənin başqa yerlərində qadın və uşaqlar da daxil olmaqla, vətəndaşlara hücum etməyə davam edir. Hər gün yeni zülmlərin rəsmləri ortaya çıxır və dünyanın bunun qarşısındakı sükutu utancın daha yüksək səviyyələrinə çatır. Suriya müharibəsinin iki kabusu -  Əsəd rejimi və DEAŞ bir-birlərini bəsləyirlər. Suriyadakı müharibəni sona çatdırmadan DEAŞ təhdidini yox etmək mümkün deyil və Əsəd getmədən də bu müharibə bitməyəcək. Suriya ilə 711 kilometrlik bir sərhədi olan Türkiyə daha böyük bir yük daşıyır. Təbii ki, ən böyük ağrını çəkən Suriya xalqıdır. 

Türkiyə DEAŞ-a qarşı mübarizədə  bir sıra ölkədən daha çox şeylər etmişdir. DEAŞ əleyhinə koalisiyanın bir hissəsi olmaq və hava bazalarını koalisiyanın raketlərinə açmaqla bərabər, Türkiyə 50 mindən çox DEAŞ üzvünü, və ya DEAŞ-la əlaqəsi olduğundan şübhələnən adamı həbs etdi, ölkədən çıxardı, ölkəyə girməsinə icazə vermədi. Türkiyə Suriyadan gələn qaçqın axını ilə əlaqədar sərhəd təhlükəsizliyini artırdı, eyni zamanda, sərhəd boyundakı şəhərləri DEAŞ raketlərinin hədəfi oldu. DEAŞ Ankara və İstanbulda hücumlar təşkil edərək yüzlərlə günahsız insanı öldürdü.

PKK ilə mübarizəsində olduğu kimi, Türkiyəyə çox az yardım olundu. Bəzi Avropa ölkələri öz təhlükəsizliklərini möhkəmləşdirmək və kəşfiyyat məlumatlarını bölüşmək  yerinə, Türkiyəni Avropa limanından gələn DEAŞ terrorçularını, və ya şübhəlilərini yaxalamamaqda günahlandırdı. Əgər onların gəldikləri ölkələr üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmirlərsə, Türkiyə Avropa əsilli terrorçular haqqında necə məlumat əldə edə bilər? Bir neçə DEAŞ terrorçusu Türkiyədən deportasiya edildikdən sonra Fransa və Belçikada hücumlar təşkil etdilər.

DEAŞ  içində olduğu daha geniş dairə əhatə olunmadan məğlubiyyətə uğradıla bilməz. Suriyadakı vətəndaş müharibəsi və Əfqanıstan, İraq, Liviya və digər yerlərdəki uğursuz və zəif hökumətlər DEAŞ-ın yeni üzlvər əldə etməsi və təbliği üçün geniş zəmin yaradırlar. Getdikcə artan “meydan oxumalar”a baxmayaraq, Türkiyə DEAŞ terrorizminə qarşı siyasi, ideoloji və hərbi mübarizəsini davam etdirəcəkdir.

Sonda, Türkiyə 15 iyulda ən vəhşi şəkildə sərgilənən FETÖ terörizmi ilə üz-üzə qaldı. Gülənçilərin Türkiyədəki gücü  parçalandı, amma görüləcək işlər çoxdur. Ölkə içində batdıqlarını görən gülənçilər indi də əlindəki imkanlarından xaricdə Türkiyə əleyhinə qaralama kampaniyası həyata keçirmək üçün istifadə edirlər.

Türkiyənin Avropa, ABŞ, Orta Şərq, Afrika, Asiya və dünyanın başqa yerlərindəki dostları  və müttəfiqləri bu kampaniyalara qarşı sayıq olmaq və gülənçi təşkilatın qaranlıq tərəfinə diqqət etmək məcburiyyətindədirlər.

Türkiyənin hamımız üçün qlobal bir təhdid olan DEAŞ terroruna qarşı mübarizəni dəstəklədiyi kimi, dostları və müttəfiqləri tərəfindən də PKK və FETO-ya qarşı olan  mübarizəsinin dəstəkləməsini gözləməsi qanuni bir haldır.

Terrorizmə qarşı mübarizə, terrorizmin hər növünə qarşı dəqiq və qətiyyətli bir mövqe olmadan müvəffəqiyyətli ola bilməz. “Mənim terrorçuma qarşı sənin terrorçun” ifadəsi isə yalnız terrorçuların dəyirmanına su tökər.

Təhlükəsizlik hamımız üçün həlledici əhəmiyyət kəsb edir və yalnız hamımız üçün mövcud olduğu zaman işləyər.



Әlaqәli Xәbәrlәr