Qarabağ azad olunacağı günü gözləyir

Ermənistanın işğalı altında olan Qarabağ 20 ildən çoxdur ki, münaqişənin həllini gözləyir...

468864
Qarabağ azad olunacağı günü gözləyir

Ermənistanın işğalı altında olan Qarabağ 20 ildən çoxdur ki, münaqişənin həllini gözləyir...

Təəssüf ki, dünya Azərbaycana qarşı edilən bu haqsızlığa göz yumur, haqq səsini eşitmir.

Münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar da işğalçı Ermənistanı həll üçün razı sala bilmirlər...

İki ölkə arasında yaşanan Qarabağ münaqişəsi 1988-ci ildən baş qaldırıb. Erməni hücumları ilə başlayan qarşıdurmalar Sovet İttifaqının dağılması ilə sürətlənməyə başladı.

1991-1994-ci illər arasında Azərbaycanla Ermənistan arasında yaşanan savaş Qarabağın işğalı ilə nəticələndi.

İşğalın Azərbaycana vurduğu zərərlər çox ağır oldu...

30 minə yaxın insan həyatını itirdi, Qarabağ və ətrafındakı 7 rayon erməni işğalına məruz qaldı.

Bu müddətdə Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan qismən ya da tamamilə ermənilər tərəfindən işğal edildi.

Evlər yandırıldı, ailələr parçalandı, dinc sakinlər qətlə yetirildi. Bir-birinin ardınca qırğınlar yaşandı, şəhərlər işğal edildi, Azərbaycan türkü öz torpaqlarından qovuldu. Bir milyondan çox azərbaycanlı torpaqlarını tərk etmək məcburiyyətində qaldı.

1994-ci ilin may ayında imzalanan atəşkəs razılaşması da, həll üçün yaradılan ATƏT-in Minsk Qrupu da sülhü təmin edə bilmədi.

Atəşkəs təmas xəttindəki erməni birləşmələri tərəfindən mütəmadi olaraq pozuldu. 2014-ci ildən yenidən alovlanan qarşıdurmalardan sonra intensiv xarakter alan müzakirə prosesi də yenə nəticə vermədi.

Ermənistanın işğalçı siyasəti və atəşkəs pozuntuları hər ötən gün şiddətlənməyə başladı.

Bu ayın əvvəlində erməni birləşmələrinin dinc sakinlərin məskunlaşdığı bölgələri atəşə tutması qarşıdurmaları yenidən alovlandırdı.

Azərbaycan ordusu cavab əməliyyatları ilə cəbhə xəttində yerləşən erməni birləşmələrinə ağır zərbələr vurdu. Əhəmiyyətli strateji nöqtələri ələ keçirən Azərbaycan ordusu cəbhədə mənəvi üstünlüyünü də təmin etdi. Bu hadisələrinin ardından beynəlxalq təşkilatlar və Rusiyanın müdaxiləsi ilə qarşıdurmaların dördüncü günü cəbhə xəttində əməliyyatların dayandırılması qərara alındı.

Azərbaycan müzakirə prosesinə növbəti dəfə şans verdi. Ermənistanın işğalçı siyasətini davam etdirərək sülhü və dialoqu təhlükə altına aldığını bildirən prezident İlham Əliyev Azərbaycanın öz torpaqlarını müdafiə etdiyi kimi kimsənin torpağında da gözü olmadığını bir daha vurğuladı. İlham Əliyev Azərbaycan torpağında ikinci erməni dövləti yaradılmasına əsla icazə verməyəcəklərini qeyd etdi.

Qarşıdurmalardan sonra cəbhə xəttində təmin olunan atəşkəsə baxmayaraq bölgədə gərginlik davam edir ...

Qarabağsa azad olunacağı günü gözləyir....



Әlaqәli Xәbәrlәr