Suriyada müharibǝnin 5 ilinin analizi

Suriya sǝbirsizliklǝ qaranlıqdan xilas olacağı günü gözlǝyir.

451936
Suriyada müharibǝnin 5 ilinin analizi

2011-ci il martın 15-dǝ paytaxt Dǝmǝşqdǝ rejimǝ etiraz etmǝk mǝqsǝdilǝ keçirilǝn nümayişlǝrin qarşısı qanlı şǝkildǝ alındı. Bunun nǝticǝsindǝ etirazlar ertǝsi gün Deraya yayıldı. Hǝmin tarixdǝn bǝridir davam edǝn vǝtǝndaş müharibǝsindǝ rǝsmi rǝqǝmlǝrǝ ǝsasǝn 270 min insan hǝlak oldu.

Suriya ǝhalisinin yarısı ya öz ölkǝsindǝ yaxud da başqa ölkǝlǝrdǝ qaçqın oldu. Qanlı vuruşmalardan sonra Suriya ǝrazilǝrinin demǝli yarısı terror tǝşkilatları DEAŞ vǝ Әl Nusranın nǝzarǝtinǝ keçdi.

Suriya Orta Şǝrqin ǝn mülayim ölkǝlǝrindǝn biri idi. İndi isǝ radikal qrupların bir-birlǝri ilǝ vuruşduğu qan gölünǝ çevrildi. Addım addım dağılmanın arxa planında xalqın islahat istǝklǝri dayanır.

Suriya 2007-2010-cu illǝr arasında tarixinin ǝn ciddi quraqlıqlarından birini yaşadı.

Maliyyǝ böhranına hakimiyyǝtin tǝzyiqi ǝlavǝ olunduqda xalq islahat tǝlǝblǝri ilǝ küçǝlǝrǝ axışdı.

2001-ci il martın 15-dǝ Dǝmǝşqdǝ demokratik islahat vǝ siyasi mǝhbusların sǝrbǝst buxarılmasını istǝyǝn nümayişçilǝr Әsǝd rejiminin güllǝlǝrinin hǝdǝfi oldular.

Qarşıdurmalar şiddǝtlǝnǝrkǝn müxalifǝt parçalanaraq artdı.

Azad Suriya ordusu, Әl-Qaidǝnin Suriya qolu olan Әl-Nusra, Ahrar Әl-Şam vǝ kürd qruplar dalbadal ortaya çıxdı.

Hadisǝyǝ İran, Hizbullah, ABŞ vǝ Rusiya da müdaxilǝ etdikdǝ Suriyadakı vǝkalǝt savaşları qanlı bir prosesǝ sǝhnǝ oldu.

ABŞ ilǝ müttǝfiqlǝri 2014-cü ildǝn etibarǝn terror tǝşkilatı DEAŞ-a yönǝldilmiş bombardmana başladı. Bu prossesǝ bir il sonra Rusiya daxil oldu.

Keçǝn il ölkǝdǝ nazǝrǝt etdiyi ǝrazi nisbǝti 16 faizǝdǝk düşǝn Әsǝd rejimi Rusiyanın hava dǝstǝyi sayǝsindǝ yenidǝn irǝlilǝyiş prosesinǝ üz tutdu. Xüsusilǝ Lazkiyǝ, İdlib vǝ Hǝlǝbdǝ itirdiyi yerlǝrin çoxunu geri qaytardı.

Rusların hücumlarını DEAŞ-dan çox digǝr müxalifǝt qruplarına yönǝltmǝsi Moskvanın sǝrt tǝnqidlǝrǝ mǝruz qalmasına sǝbǝb oldu. Müxalifǝtǝ görǝ rus hücumlarında 4 ayda mindǝn artıq dinc sakin hǝyatını itirdi.

Bu arada sayı 160-dan artıq olduğu güman edilǝn müxalifǝt qrupları arasında ziddiyyǝt yarandı, ABŞ-ın dǝstǝklǝdiyi Azad Suriya ordusu, DEAŞ vǝ Әl Nusranın hücumları nǝticǝsindǝ dalbadal ǝrazilǝrǝ olan nǝzarǝti itirdi.

Hǝrbdǝ qalib gǝlǝnin olmayacağı aydın olduqda ABŞ ilǝ Rusiyanın böhranın hǝlli üçün yollar axtarması sülh ümidlǝrini yenidǝn gündǝmǝ gǝtirdi.

Tǝrǝflǝr noyabr ayında Suriya rejimi ilǝ müxalifǝt qrupları vasitǝli olaraq masaya oturtdu, ölkǝdǝ keçid dövrü, yeni konstitusiya vǝ seçki mövzularında irǝlilǝyiş oldu.

Fevralın 27-dǝ isǝ atǝşkǝs qǝrarı qüvvǝyǝ mindi. DEAŞ ilǝ Әl-Nusra vǝ bunları dǝstǝklǝyǝn qruplar atǝşkǝs qǝrarına daxil edilmǝdi. Qǝrarın qüvvǝyǝ minmǝsindǝn iki hǝftǝ sonra Rusiya hǝrbi hissǝlǝrini çǝkǝcǝyini açıqladı.

ABŞ prezidenti ilǝ telefonla danışan Vladimir Putin hǝrbi birlǝşmǝlǝrini qısmi olaraq çǝkǝcǝyini açıqladı.

Ümidsiz olsa da Suriyada atǝşkǝs qǝrarına ǝmǝl edilir.

Cenevrǝdǝ davam edǝn müzakirǝlǝrin yeni turunda Suriyada keçiş dövrünǝ üz tutulması mǝsǝlǝsi müzakirǝ edilir.

Nikbin olanlar Suriyadakı müharibǝdǝ tunǝlin ucunun göründüyünü ifadǝ edirlǝr.

Bu arada hǝrbǝ görǝ ölkǝni tǝrk edǝnlǝr sǝbǝbindǝn 2011-ci ildǝ 23 milyon olan Suriya ǝhalisinin sayı sürǝtli şǝkildǝ azaldı.

4 milyon 700 min suriyalı ölkǝni tǝrk etdi. Bu qaçış zamanı Әgǝ dǝnizindǝ mindǝn artıq suriyalı hǝyatını itirdi.

8 milyondan çox suriyalı ölkǝ daxilindǝ başqa şǝhǝrlǝrǝ sığındı.

Mühasirǝ altında yaşayan 480 mindǝn artıq insan aclıq tǝhlükǝsi ilǝ qarşı-qarşıyadır.

Suriyada 177 xǝstǝxana bombalandı, 700 tibb ǝmǝkdaşı hǝyatını itirdi.

Ölkǝnin strukturu dağıldı, ǝrazinin 83 faizinǝ elektirik enerjisi verilǝ bilmir.

Әhali işsiz, qarǝt hadisǝlǝri hökm sürür, dǝrman vǝ tǝmiz içmǝli su tapmaq mümkün deyil.

Suriya sǝbirsizliklǝ qaranlıqdan xilas olacağı günü gözlǝyir.



Әlaqәli Xәbәrlәr