Göbəklitəpə

Göbəklitəpə bəşəriyyət tarixinin çox sirlərini aşkar edib üzə çıxarsa da cavabı bəlli olmayan çox sualı da özü ilə yaşadır.

425098
Göbəklitəpə

Burda aparılan qazıntı işləri zamanı oturaq həyata keçid dövrü ilə bağlı hazırda bizə məlum olan məlumatları kökündən dəyişdirəcək tapıntılar aşkar edilib. Göbəklitəpə Mesopotamiyadakı ilk şəhərlərdən 5000 min il, İngiltərədəki Stonhengendən 7000 min, Misir ehramlarındansa 7500 il daha qədimdir.

Bəşəriyyət tarixinin əhəmiyyətli halqasını Neolit dövrü olaraq adlandırdığımız ovçulıqdan oturaq həyata keçid mərhələsi təşkil edir.

Şanlıurfanın Harran bölgəsini əhatə edən 30-40 kilometrlik sahədə çoxlu sayda Neolit dövrünə aid yaşayış məskənləri mövcud olub.

Arxeoloji faktlar bu ərazidə yaşayanların Göbəklitəpəyə gedərək ibadət etdiklərini göstərir. Beləliklə buranın bir ibadət mərkəzi olduğu görünür. Bu mərkəzin onu istifadə edənlər tərəfindən torpaq altına basdırıldığı güman edilir.

Bəşəriyyət tarixinin qədim məskəni olan Göbəktəpə cənub-şərqi Anadoluda- Şanlıurfanın 17 km. şərqində yerləşir. Dəniz səviyyəsindən təxminən 800 m. yüksəklikdədir. Adını bölgədə mövcud olan müqəddəs bir qəbirdən alır. Göbəklitəpə UNESKO-un müvəqqəti mədəni irs siyahısına da daxil edilib.

Göbəklitəpə ilk olaraq 1983-ci ildə fermerlər tərəfindən aşkar edilib. Fermerlərin tapdıqları qədim daşları muzeyə təhvil verməsilə Göbəklitəpənin tədqiqatlarına başlanılıb.

1995-ci ildə Şanlıurfa Muzey İdarəsi və Alman Arxeologiya İnstitutunun arxeoloqu Harald Hauptmanın rəhbərliyi ilə səth araşdırmaları həyata keçirilib. 1996-2006 illər arasında almaniyalı Prof.Dr. Klaus Schmitin rəhbərliyi ilə qazıntı işləri davam etdirilib. Aparılan qazıntı işləri nəticəsində bütün dünya Göbəklitəpənin fərqində olmağa başladı. Bu tarixi məkan artıq medianın da diqqət mərkəzində idi. Aparılan araşdırmalar zamanı torpağın altında 20 ədəd məbəd aşkar edilib. Bu günədək həmin məbədlərdən sadəcə 6-ı işıq üzü görə bilib. Əldə edilən məlumatlar buranın müqəddəs dini mərkəz olduğu qənaətini ortaya qoyur.

Göbəklitəpədə yerləşən məbədlərin ortaq xüsusiyyəti var. Məbədlərin divarlarının qalınlığı 1.5, hündürlüyü isə 12 metrdır. T şəklində sütunlarla əhatə olunan məbədlərin ortasında da 2 ədəd T şəklində sütun var. Bu sütunların üzərində insan və heyvan şəklillərinin təsvir olunduğu fərz edilir. Sütunların ağırlığı 40- 60 ton arasında dəyişir. Neolit dövründə belə məbədlərin hansı yolla yaradıldığı böyük maraq doğurur. Bu sualın cavabı tapıldığı zaman bəşəriyyət tarixi yenidən yazılacaq.



Әlaqәli Xәbәrlәr