Keçmişə salam 43 / 2015

İotape antik şəhəri

408329
Keçmişə salam  43  / 2015

İotape antik şəhəri Türkiyənin Antalya şəhərinin Alanya bölgəsində yerləşir. Antik şəhərin adı bölgədə Aytap olaraq da adlanır. Kilikya sahili olan İotepenin adı miladdan sonra 38-72-ci illər arasında yaşamış Kommagene kralı 4-cü Antiokusun həyat yoldaşı İotapenin adından götürülüb. Roma imperatorları Trajandan Valeriana qədər olan dövrlərdə şəhərin öz dəmir pulları olub. Dənizə doğru uzanan yüksəklikdə şəhərin akropolu yerləşir. Dəniz suları bu hissəyə qala görüntüsü verir. Şəhərin tikililəri böyük ölçüdə inşa olunub. Akropolun quruya bağlandığı vadidə liman yolları var. Yolun hər iki tərəfində üç addımlıq krepisin olduğu və bunların arasında ara-sıra heykəllərin yerləşdiyi postamentlər yerləşir. Heykəllərin üzərindəki kitabələrdə şəhərin uğur qazanan idmançılarından və xeyirxah insanlarından bəhs olunur. Akropolun şərqində isə dördkünc planlı bir bazilika var. Tarixlə təbiətin görüşdüyü İotapedə qazıntılar günümüzdə hələdə də davam edir. Buranın digər bir özəlliyi bu kənd əhalisinin tarix və təbiət içində yaşamasıdır. Antik şəhər qala və şəhər qalıntıları olmaqla olduqca geniş bir sahəyə yayılmışdır. İotape qalasını yaradan divarların əhəmiyyətli bir hissəsi günümüzdə hələ də ayaqdadır. Ancaq qalanın yer aldığı qaya kütləsinin düz qərbində yerləşən, antik şəhərin ətrafını əhatə edən divarların bir hissəsi və ətrafındakı dagıntı halında olan tikilidən başqa bir sey qalmamışdır. Divarlarla əhatə olunan qalanın 4 böyük qapısı var. Bunlardan başqa qalaya bağlanan kiçik qapılar mövcuddur. Bu qapıların ən böyüyü qərb istiqamətindədir və abidəyə bənzəyir.
Şəhərdəki kiçik kilsə qalıntısında isə Hagios Georgios Stratelatesin fresko izlərinə rast gəlinir. Şəhərin günümüzə gəlib çıxan ən əhəmiyyətli abidəsi hamam kompleksidir. Antik şəhərin ortasından keçən Antalya-Mersin yolunun şərqində məbəd qalıntısı var. Şəhərin şərq və şimal təpələrindəki nekropolda abidə məzarlardan başqa sərdabə məzarlar da mövcuddur. Antik liman qalıntılarının olduğu şəhərin şərqində dənizə girilə bilən qumluq ərazidə İotape şəhərinin antik yolları, hamamı, kilsəsi, nekropol və akropolu hələ də ayaqdadır. Antik şəhərin dəniz tərəfində qalan qalıntılar arasında yaxınında olan kitabədən başqa Trajanın adına həsr olunmuş məbəd də yerləşir. Şəhərdə eni 22 metrdən artıq olan mərkəzi qapı zəfər qapısı adlanır. Sag və sol qapıların ortasında qalan böyük qapının eni isə 3 metrdir. Qapının sag tərəfində hippodrom və teatr yerləşir. İrəliyə doğru getdiyiniz zaman saray və hamam qalıntıları vardır. Bundan başqa romalılardan qalan məbəd və bizanslıların tikdiyi kilsə xarabalıqları mövcuddur. Şəhərdə sütunlar, filizlər və bir çox insaat qalıntıları vardır. Şəhəri əhatə edən divarların təkcə şərq hissəsi 1500 metrdir. Divarların yüksəkliyi 8 və 10 metr arasında dəyişir. Divarlarda 70 metr arası olan boşluqlar var. Şəhərin mərkəzində yerləşən sütunların 2 metrə yaxını torpağın altında qalıb. Ətrafı qazılı sütunlardan şəhərin əsas zirzəmisinin yəni alt qatının daha 2 metr aşağıda olduğu görünür.
Antik şəhərin qalasına çıxış, qayalıqların bir çox yerinin tamamilə dik olmasına görə, şərq və ya qərb tərəfindəki qapının tapıldığı hissəsindən hazırlanıb. Qala 3 bölümə ayrılıb. Kiçik kilsənin içində yerləşən hərbi qışlaq, qayalıq üzərində qurulan 3 qatlı qüllə, bitişik otaqlar və depolardır. 3 qatlı qülləyə giriş sadəcə bir qapıdan və söykənən pilləkanla hazırlanıb. Əks istiqamətdəki divara çıxdığınızda divardakı xarabalar arasındakı binaya girilir. Əsas binaya girmək üçün bir tuneldən keçilir. Bura hücumlara qarşı təhlukəsiz yer olub. Tunelin hər iki ucunda qapı vardır. Bunlar qala sahibinin düşmanlarının qapısını almaq üçün bir fürsət olduğu düşünülüb. Qalanın içi bu gün belə yaxşı vəziyyətdədir. Bir hissəsi bərpa edilmiş hamam kompleksinə qapıdan keçərək girilir. Sinaqoqa bənzər bu bina miladdan sonra 2-ci əsrdə şəhərin musəvi əhalisi üçün inşa olunub. Divarları rəngli daşlardan bəzədilmiş sütunlu dəhlizləri olan sinaqoq miladdan sonra 5-ci əsrdə istifadə olunmaz hala gəlib. Həyətdəki kiçik aslan heykəllərinin yanından bir az irəliyə getdikdən sonra pilləkanlarla divarın üzərinə çıxılır və burada, Gimnaziyanın qarşısında yerləşən geniş bir ərazi gözə dəyir. Həyətə daxil olarkən buranın estetik bir gözəlliyə sahib olduğunu görmək olar. Abidənin hər bir santimetri xüsusi işlənib. Mərmər sütunlar üzərinə həkk olunan buruqlar böyük bir ustalıqdan xəbər verir. İki sütunun arasında yerləşən qapıdan keçərək arxa tərəfə keçərkən iki rəqəmli böyük bir hovuz gözə dəyir. Antik teatr şəhərin ən görkəmli yerində inşa olunub və günümüzdə ən dəyərli abidələrdən biri hesab olunur. Teatrı digərlərindən fəqləndirən isə oturacaqlarının enli olmasıdır. Yəni teatr quruluş baxımından digərləri ilə eyni olsada oturacaq sayı, səhnə və digər elementləri çox fərqlidir.
Gizli xəzinə İotape doğrudan da çox böyük bir mədəniyyətə ev sahibliyi etmiş və tarix səhifələrində haqlı olaraq yerini almışdır. Burada bərpa işləri aparılsada, gizli zənginliklər aşkarlansada antik şəhər yalnız bölgənin deyil, Antalyanın böyük turizm mərkəzidir. Hələ bundan sonra da qazıntıları davam edən antik şəhər digər antik şəhərlərlərlə rəqabətə girəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr