Hərəmin öz dünyası 7 / 2015

Osmanlı imperiyasında uşaq doğulmasında özünə məxsus bir siyasət hakimdir

229045
Hərəmin öz dünyası 7 / 2015


Araştırmaçılar işarə edirlər ki, Osmanlı imperiyasında uşaq doğulmasında özünə məxsus bir siyasət hakimdir. Qanuni həyat yoldaşı olduqda belə sadəcə cariyələr vasitəsilə uşaq olmasına və hər cariyənin sadəcə bir oğlunun olhmasına icazə verilirdi. Bununla da xanədan taxtda kimin oturacağına nǝzarǝt edirdi. 4-cü padşahdan tutmuş bütün padşahlar, cariyələrin uşaqlarıdır. Birdən artıq qız uşağı doğura bilən cariyə, Ancaq bir oğlan uşağı doğurduqda bir daha uşaq sahibi olmasına icazə verilmirdi. Heç bir rəsmi qeydiyyat və dəlil olmamasına müqabil, 15-ci əsrin ortasından tutmuş bir anaya bir oğul siyasəti təqib edildiği görünür. Osmanlı siyasətinə əsasən, soy ağacının soylu doğan qadın tərəfinin qəbul edilməsi səltənətin bütövlük və müxdariyyətini təhlükə ilə üzləşdirirdi. Ancaq, Osmanlı siyasətində sultan uşaqlarının soydan məhrum cariyə anaları, statusdan məhrum deyildilər. Statusları, Osmanlı xanədanının bir üzvünü doğurmasından asılıdır.
Padşahların, birdən artıq cariyəsinin olduğundan söz aparmışdıq. Bununla yanaşı, bəzi tarixşünaslar, padşahların istədikləri vaxt istədikləri qadınla birliktə olmadıqlarını, qadınları növbə ilə qəbul etdiklərini yazıblar. Aydındır ki, bu, bir qadının sadəcə bir oğlan uşaq doğura bilməsinǝ nǝzarǝt etməyin yollarından biridir. Həmçinin, aydındır ki, qadınlar arasında bir növ ədalətli olmağın bir yoludur. 16-cı əsrdə Osmanlı ölkəsini ziyarət edən qərbli səyyahların yazdığına görə, o tarixdə Müsəlman Osmanlı kişiləri bir neçə qadın ala bilirdilər və qadınlar buna etiraz etmirdilər, Ancaq əfəndi əgər üç həftə dalba dal həyat yoldaşı ilə birliktə olmasa, qadının qazıya şikayət etmə hüquq vardı , bu vəziyyət daha uzun müddət çəksə həyat yoldaşından ayrıla bilərdi. Aydındır ki, padşahlar da digər kişilərdən fərqli deyildi, padşah cümə axşamını cüməyə bağlayan gecəni mütləq birinci xanımının yanında keçirməliydi. Padşahın qadınları arasında yarana biləcək problemlǝrin qarşısını almaq üçün, padşahla bir araya gəlmə mövzusu növbə ilə olurdu və bu iş xəznədar ustanın öhdəsindəydi. Xəznədar usta, validə sultandan, qazıəfəndidən, şahzadədən və sultanlardan sonra hərəmin ən nüfuzlu qadınıydı. Validə sultan hərəmin başı isə xəznədar usta isə onun müaviniydi. Hərəmdə yaşayan köməkçilərə, cariyələrə və digər bütün ustalara hökm edən xəznədar ustanı padşah seçərdi. Lakin, xəznədar ustanı və hərəmdəki ustalık rütbəsindən daha sonra söhbət açacayıq.
Padşahların qadınlara müsavi rəftər etməsi üçün bir sıra əsaslar mənimsənmişdi, lakin əsaslar qüvvəyə minərkən yenə də bir sıra problemlər yaranırdı. Misal üçün, ən yayğın olan vəziyyət buydu ki, Hürrəm Sultan Qanuni Sultan Süleymanın ilk xanımı ilə münaqişə edirdi. Mahidəvran qadın əfəndi, Qanuninin ilk qadını və Şahzadə Musdafanın anasıydı, lakin, Hürrəm hərəmə gəldiktə padşahı özünə valeh etdi. İki qadın arasında sözlərlə başlayan münaqişə, sonra vuruşmaya sarı üz tutdu. Axırda Hürrəm, Mahidəvranı hərəmdən kənarlaşdırmağa nail oldu. Padşahı ilk xanımını oğlu şahzadə Musdafanın yanına göndərməyə qane etdi və beləliklə hərəmin hakimi oldu. Buna oxşar bir qisqanclıq, 17-ci əsr padşahlarından Ovçu Məmmədin başqadını Gülnuş Sultan ilə cariyə Gülbəyaz arasında yaranıb. Lakin bu dəfə mübarizədən mərhəmətsizcə nailliyət əldə edən başqadın olmuşdur. Əvvəl başqadın Gülnuşu sevən padşah, daha sonra Gülbəyaz adlı cariyəni sevməyə başladı, gözü ondan başqasını görmürdü. Gülnuş Sultan, Gülbəyazdan xilas olmağın yollarını axtardı, planlar düzəltdi. Bir gün, bütün cariyələri bir araya gətirdi, İstanbulun Anadolu sahilindəki Qəndilli Sarayına apardı. Gülbəyaz da cariyələr arasındaydı. Bir qayanın üstündə oturmuş dənizə tamaşa edərkən Gülnuş sakit gəlib onu dənizə tullayıb öldürdü.
Padşahların vəfatından sonra qadınların vəziyyəti necə olardı? Əgər qadın padşaha uşaq doğurmayıbsa vəya oğlan uşaq doğurub və doğurduğu oğlan uşaq həlak olubsa dövlət xadimlərindən birinə ərə verilərək saraydan kənarlaşardı. Lakin, əgər padşaha bir oğlan veribsə və uşaq yaşayırsa o vaxt köhnə saraya yolanlardı, lakin oğlu taxta otursa hərəmə geri gələ bilərdi. Ancaq, bu mövzuda tarixşünaslar arasında dəqiq bir hökm yoxdur. Xüsusilə tarixçilər, padşahın qadınının özgəsinə ərə verilməsinin padşahı təhkir edici olacağını, özgələrinə ərə gedənlərin padşahın qadını rütbəsinə qovuşmamış olacağını iddia edirlər. Lakin tarixə nəzər saldıqda, padşah qadınlarının özgə birinə ərə getdiklərini görürük. Belə bir evliliyə ilk olaraq 15-ci əsrdə təsadüf edirik. Fateh Sultan Məmmədin, atası 2-ci Muradın həyat yoldaşı Halimə Haticə Xatunu atasının adamlarından İshaqa ərə verdiği məlumdur. Həmçinin, Fateh Sultan Məmməd özü də cariyə olmayan həyat yoldaşı Trabzon Rum imperiyası Devid Komnənosun qızını boşayıb və Zağanos Məmməd paşaya ərə verib. 17-ci əsr padşahlarından İkinci Musdafanın qadınlarından Hafisə Qadının isə 80 yaşındakı Rəis-ül Küttab Bəkir Əfəndiyə ərə verildiği məlumdur. Lakin bəzi tarixçilər Hafisə Qadının qadın yox, iqbal rütbəsində olduğunu irəli sürürlər. Digər tərəfdən, 19-cu əsr padşahlarından Əbdülməciddən boşanan Bəzmara Qadının daha sonra iki dəfə ərə getdiği, lakin padşahın keçmiş həyat yoldaşının ikisinə də çox sərt rəftar etdiği məlumdur. Yenə 19-cu əsrdə Əbdülhəmidin özünün boşadığı qadınlardan Nurəfsunu özgə birinə ərə verdiği qeydə alınmışdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr