Türkiyənin iqtisadi mövqeyi 4 / 2015

Bu proqramda Türkiyənin 2014-ci ildə ticarәt reallaşdırdığı 32 ölkəyә ixracatından bəhs edəcəyik.

211899
Türkiyənin iqtisadi mövqeyi 4 / 2015

“Türkiyənin iqtisadi mövqeyi” proqramının yeni bölümüylə sizinləyik. Keçən həftə Türkiyənın xarici ticarət həcmi və ixracat rəqəmləri haqqında mәlumat tәqdim etmişdik. Bu gün isә mövzunu bir az da genişləndirərək Türkiyənin 2014-ci ildə ticarәt reallaşdırdığı 32 ölkəyә ixracatından bəhs edəcəyik.
2014-cü ildə dünya iqtisadiyyatında yaşanan çətinliklәrә baxmayaraq, Türkiyə iqtisadiyyatı sürәtlә inkişaf etdi, irəlilədi: 200-dən çox ölkəyə mal satdı, xarici ticarət həcmini 400 milyard dollara yaxınlaşdırdı, respublika tarixinin ixracat rekordunu qıraraq 4 dəfə artım əldə etdi və 157,6 milyard dollarla 32 ölkə ilə "milyard dollar" səviyyəsində əlaqələr qurdu. Bu, milyard dollar liqasında iştirak edən ölkələr arasında ixracatın 76 faizi deməkdir.
2004-cü ildə Türkiyə Almaniya, İtaliya, Fransa, İspaniya, Hollandiya, ABŞ, Rusiya, İraq, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri, Rumıniya, İsrail, Belçika və Yunanıstan olmaqla 14 ölkəyə milyard dollar səviyyəsində ixracat reallaşdırdığı halda 10 il sonra, yəni 2014-cü ildə məmləkətlərin sayı 32 oldu.
2014-cü ildə ən çox ixracat edilən 5 ölkə sırasında Almaniya, İraq, İngiltərə, İtaliya və Fransa yer tutur. Amma əvvəlki illərlə müqayisədə İraqa ixracat miqdarı müəyyən siyasi səbəblərdən 10 faiz aşağı düşüb. Bununla belə Türkiyə 10 milyard yarım dolları keçməklə ən çox ixracat edən ölkələr liqasında ikinci sıradadır.
30 ölkə arasında 60 faizi keçməklə ən çox ixracat Suriyaya olub. Bundan sonra 57 faizlə İran, 18 faizlə Türkmənistan gəlir. Əgər 2004-cü ildə Türkiyənin Türkmənistana 215 milyon dollarlıq ixracaatı olmuşdusa, keçən 10 il ərzində bu rəqəm artaraq 2 milyard yarıma çatıb. Türkmənistandan sonra Çin gəlir. Çinə ixracat da artaraq 3 milyarda yaxın yüksəlib. Gürcüstan 3-cü sırada gəlir: bu ölkəyə ixracat 1 milyard yarıma catıb.

2014-ci il ixracat liqasında Türkiyə 7 ölkəyə 5 milyard dollarlıq satış reallaşdırıb. Sıraladıqda 15 milyard dollara yaxını Almaniya, 10 milyard yarımı İraq, 9 milyard yarımı İngiltərə, 7 milyarddan çox İtaliya, 6 milyard yarım Fransa, 6 milyarddan çox Amerika Birləşmiş Ştatları və 6 milyarddan çox Rusiyanın payına düşür. Qeyd edək ki, Malta, Qazaxıstan, Tunis və İordaniya isə 2015-ci ilə milyard dollar liqasına girməyə namizəd ölkələr arasındadır.
Türkiyə 2014-ci ildə kənd təsərrüfatı üzrə də 6 faizə yaxın artım əldə edərək 22 milyard yarım, sənaye məhsulları üzrə isə 4 faiz artaraq 124 milyard dollardan çox ixracat edib. Mədən sәnayesi üzrə 8 faiz geriləmə olsa da, bu rəqəm 4 milyard yarımdan çox olub. Ötən ilin ilk 6 ayında ortalama artım 6 faiz ikən, ikinci yarımildə dünyadakı geo-siyasi gərginliklərin dərinləşməsilə bağlı artım 2 faizə düşüb.
(Web-də verildiyi zaman aşağıdakı cədvəl olduğu kimi tam istifadə edilə, səsləndirmədə qısaldıla bilər.)

Ölkə İxracat (Bin $)
Almaniya 14.854.415
İraq 10.662.858
İngiltərə 9.654.131
İtaliya 7.026.599
Fransa 6.446.368
ABŞ 6.264.886
Rusiya 6.057.946
İspaniya 4.756.935
İran 4.012.545
Hollandiya 3.395.314
Misir 3.312.940
BƏƏ 3.220.006
Rumıniya 3.032.320
Səudiyyə Ərəbistanı 3.031.403
İsrail 2.925.016
Belçika 2.918.734
Azərbaycan 2.882.642
Çin 2.851.410
Polşa 2.406.203
Türkmənistan 2.230.970
Əlcəzair 2.067.657
Liviya 1.993.696
Bolqarıstan 1.992.568
Ukrayna 1.737.712
Yunanıstan 1.516.881
Suriya 1.465.104
Gürcüstan 1.426.532
Mərakeş 1.311.909
İsveç 1.307.682
Avstriya 1.122.109
Danimarka 1.059.833
KKTC 1.003.487
CƏMİ 119.948.827
2014-ci ildə dünyada iqtisadi gerilәmәlәrә baxmayaraq, Türkiyədə ixracat artımı 2015-ci ilə də hədəflər müəyyən edib. Hörmətli dinləyicilər, “Türkiyə: böhrandan yüksəliş” proqramının növbəti buraxılışlarında bu hədəflər barədə dalışacağıq. Hələlik deyirik. Sağ olun.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr