Mədəniyyətlər Beşiyi Türkiyə 43 / 2014

İstanbul – Tarixi Yarımada

178079
Mədəniyyətlər Beşiyi Türkiyə  43 / 2014

Zəngin mədəni tarix və irsə malik olan İstanbul dünyanın ən gözəl şəhərlərindən biridir. Şimaldan Qaradəniz, cənubdan Mərmərə dənizi ilə əhatələnə şəhər ecazkar təbiətə də malikdir. Keçmisi e.ə 400 min il əvvələ qədər uzanır. E.ə 7-ci əsrdə keçmişdə adı “Kalkedon” olan Kadıköydə yaşayış məskəni, qarşısında isə, Topqapı Sarayının olduğu yerdə “Bizantion” adlı şəhər qurulub. Roma dövrünə qədər bu şəhər haqda çoxlu məlumat yox idi. Roma İmparatoru Konstantinus 330-cu ildə şəhərdə bərpa işləri görərək məbədlər, meydanlar, qala divarları inşa etdirib və buranı paytaxt elan edib. 395-ci ildə Roma İmparatorluğunu 2 yerə bölünməsi şəhərin tarixində əsas hadisələrdən biri olub. Şərqi Roma İmparatorluğunun paytaxtı Bizantion bir müddət sonra Böyük Konstantinosun şərəfinə Konstantinopolis adlandırılıb.
İstanbulun turizm mərkəzləri arasında Tarixi Yarımadanın əsaslı yeri var. Bu bölgəyə aid Eminönü rayonunda Topqapı sarayı, Ayasofya, Sultanahmet, Qapalı Bazar kimi tarixi məkanlar var. Tarixi Sultanahmet Meydanı Roma İmperatoru Septimius Severus tərəfindən tikintisinə başlanan və Konstantinos tərəfindən tamamlanan Stadion tikilisi ilə məhşurdur. Daşlar və heykəllərdə bəzədilən bu tikilidən günümüzdə təkcə təməl daşları qalıb. Onlardan 390-cı ildə I Teodosius tərəfindən Misirdən gətirilən daş 18,54 metr hündürlükdədir. Daşın üstündə Misir hökmdarı III. Tutmosisin qələbələri yazılıb. Bu daşın yanında yerləşən Hörülmə Sütun 10-cu əsrdə İmparator VII. Konstantinus tərəfindən inşa etdirilib. Keçmişdə bu sütunun üstündə I Basilin qələbələrini əks etdirən tunc lövhələr var idi. Bu iki abidənin arasında yerləşən Burmalı Sütun isə 360-cı ildə İmperator I Konstantinos tərəfindən Delfi məbədindən alınaraq buraya gətirilib. Sütun bir-birinə dolaşan 3 ilan fiqurundan ibarətdir.
328-ci ildə I Konstantinos tərəfindən Romadakı Apollon məbədindən gətirilən və keçmişdə adı “Forum Konstantin” adlanan sütun, İstanbulun 7 təpəsindən birində, Çemberlidaşda yerləşir. Sütunun üst hissəsində “çıxan günəşi salamlayan” Apollon heykəli yerləşirdi. Osmanlı dövründə sütun bir neçə dəfə bərpa olunub. Sonuncu dəfə, 1700-ci ildə baş vermiş yanğından sonra zədə alan və II. Mustafa tərəfindən ətrafı halqalarla bərkidilərək bərpa olunan sütun, “Çemberlidaş” adını alıb. Bundan başqa Arkadius Sütunu, Gotlar Sütunu və Qız Daşı adlanan Markianus Sütunu digər tarixi əsərlərdir.
Şəhərdə çoxlu sayda məscid var. Onlardan Sultanahmet, Ayasofya və Süleymaniye məscidi əsas tarixi məscidlərdir. Ayasofya abidəsi Bizans dövründən qalıb. “Müqəddəs hikmət” mənasını verən “Hagia Sophia” 532-537-ci illər arasında, köhnə bir kilsə tikilisinin üstündə, İustinianos tərəfindən inşa etdirilib. Qübbəli bazilika tərzində tikilən Ayasofyanın hündürlüyü 55,6 metrdir. Bir çox Osmanlı məscidinin inşasına ilham mənbəyi olan Ayasofya qərb və şərq mədəniyyətinin ecazkar sintezidir və dünya memarlıq tarixində günümüzə qədər qorunub saxlanılan əsas abidələrdən biridir. Tikilinin içində çoxlu sayda mozaika və frekslər var. Onlardan ən məhşurları qübbə ellipslərindən birinin üstündə əks edilən Serafim mələyinin təsviri, Həzrəti İsa və Məryəm Anaya aid mozaika və frekslərdir.
İstanbul Osmanlılar tərəfindən işğal edilikdən sonra Ayasofya məscidə çevrilib və sonrakı dövrlərdə ona padşadlar üçün ibadət yeri və I Mahmut kitabxanası əlavə olunub. Məscidin ibadət bölməsi ayələrdə bəzədilib. Osmanlılar Ayasofyanı müqəddəs ibadət yeri olaraq qəbul etdikləri üçün buranın həyətində Sultan II Səlim, III Murad, III Məhməd və I.Mustafa türbələri inşa etdiriblər. Ayasofyanın yanında yerləşən III. Əhməd bulağı 18-ci əsrin 1-ci yarısından inşa edilib.
Türk-İslam mədəniyyətinin ən məhşur abidələrindən biri olan Sultan Əhməd məscidi 17-ci əsrin 1-ci yarısında Osmanlı pahşahı I Əhməh tərəfindən memar Sedefkar Məhmədə inşa etdirilib. Məscid mavi, yaşıl və ağ rəngi İznik çiniləri bəzəkləri eləcə də qübbə və yarım qübbələrin içindəki mavi rəngli qələm işi bəzəkləri səbəbi ilə Mavi Məscid də adlanır. Burda 20 mindən çox çini bəzək var. Məscidin içində aşağı hissələrdə yerləşən çinilərdə ənənəvi motivlər, qalereya hissəsindəki çinilərdə isə çiçək, meyvə və sərv ağacı motivləri var. Quran ayələri yazılan xətti bəzəklərin çoxu dövrün xəttatı Seyid Qasım Qurbanı tərəfindən düzəldilib. Məscidin içində möhtəşəm abu-hava var. 6 minarəli məscidin 4 minarəsi kənar hissələrdə, 2-si isə həyətdə yerləşir. Əyri sütunlarla əhatələnən həyətdə 26 sütunun üstündə 30 qübbə var. Bu məscid, Sultan I Əhməd türbəsi, mədrəsə, imarət, xəstəxana, bazar bölməsi ilə böyük bir külliyənin hissəsidir.
Əsas tarixi bazarlar Sahaflar Bazarı, Mis Bazarı və Mısır Bazarı Eminönündə Yeni Məscidin arxa tərəfində yerləşir. Mısır Bazarı 17-ci əsrin 2-ci yarısında inşa edilib. Kəsmə daş və kərpicdən inşa edilən bazarda yerləşən 100-ə yaxın mağazada müxtəlif ədviyyatlar, heyvanlar və çiçəklər satılır. Qapalı Bazar Mahmud Paşa yoxuşu və Bəyazıd məscidi arasında yerləşir. Bazarın ilk hissələri 15-ci əsrdə inşa edilib və sonrakı illərdə baş verən yanğınlar səbəbilə bir neçə dəfə bərpa olunub. Burda 3000-ə yaxın dükan və 60 küçə var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr