Mədəniyyət Beşiyi Türkiyə 39 / 2014

Şərqin Anadolunun tarixi və mədəni sərvətləri ilə məhşur yerlərindən biri də Van şəhəridir

154738
Mədəniyyət Beşiyi Türkiyə  39 / 2014

Şərqin Anadolunun tarixi və mədəni sərvətləri ilə məhşur yerlərindən biri də Van şəhəridir. Əlverişli coğrafi mövqeyi səbəbilə qədim dövrlərdən bəri yaşayış məskəni olan şəhər eləcə də bir çox mədəniyyətin olub. Əvvəlki proqramlarımızda sizə Urartu dövlətinin paytaxtı olmuş Van Qalasını, o dövrə aid tapıntıları və turizm mərkəzlərini tanıtmışdıq. Bu gün isə bölgənin fərqli mədəniyyətlərə mǝxsus tarixi əsərlərindən və ǝfsunlu təbiətindən bəhs edəcəyik.
Urartulardan Osmanlı dövrünə qədər istifadə olunan Van qalası bölgənin əsas turizm mərkəzlərindən biridir. Arxeoloji qazıntılarda aşkar edilən qəbirstanlıqlarla yanaşı digər tarixi əsərlər də turistlərin marağını cǝlb edir. Tapılan əsərlər Van muzeyində nümayiş olunur. Dünyanın əsas Urartu muzeylərindən biri olan Van muzeyinin 2 bölməsi var : Arxeologiya və Etnoqrafiya bölməsi. Arxeologiya bölməsində eradan əvvələ və sonraya aid əsərlər, Etnoqrafiya bölməsində isə etnoloji, yazılı əsərlər və qədim pullar nümayiş olunur. Şəhərdə çoxlu sayda qalalar var. Yazılı mənbələrdə şəhərə “Qalalar şəhəri” də deyilir. Buranın əsas qalası Van qalası sayılır. Şəhərdən 5 km uzaqda yerləşən qalanın uzunluğu 1800 metrdir. Osmanlı dövründə qalanın divarları bərpa olunub. Burda məscid, anbar, mədrəsə, qış evi və su qülləsi kimi Osmanlı tikililəri yerləşir.
Van şəhərində Qaraqoyunlu dövlətindən qalan 14-cü əsrdə aid Ulu məscid, Qayaçələbi məscidi və 16-cı əsrə aid Xürsev Paşa məscidi yerləşir. Xürsev Paşa məscidini memar Sinan inşa edib. Bunlardan başqa şəhərdə Osmanlı dövründə inşa edilmiş çoxlu sayda tikili var.
Van gölünün şimal-qərbində yerləşən Ahlat, türklərin vəfat edənlərə göstərdiyi hörmətin simvolu sayılan qümbətlərin və məzar daşlarının yerləşdiyi, nəinki Anadolunun eləcə də İslam dünyasının ən böyük tarixi qəbirstanlığıdır. Buranı tarixdə bir çox dövlət işğal edib. Bizans dövründə Xəlifə Ömər buranı ələ keçirib. Sonrakı dövrlərdə Səlcuqlular və 16-cı əsrin əvvəlində isə Osmanlılar burda hökm sürüb. Qədim mənbələrdə əhali sayısının 300 min olduğu qeyd olunub, bu səbəblə Ahlatda 6 böyük tarixi qəbirstanlıq var. Günümüzdə burda Ahlat kəndləri yerləşir.
Məzar abidələri arasında ən məhşuru Ulu qümbətdir. 13-cü əsrə aid tikili həm də “Usta Şagird Qümbəti” adlanır yəni, memarının adını daşıyır. 2 mərtəbəli tikilinin altı mumiya hissəsi, üstü isə sandıq qəbir hissəsidir. Yuxarısı silindr formasındadır və konus şəkilli səciyyəvi Səlcuqlu qümbətidir. Digər məhşur tikili isə 13-cü əsrə aid Həsən Padşah qümbətidir. Üstündəki ağ daşdan düzəldilmiş bəzəklər diqqət çəkir. Yavuz Sultan Səlim tərəfindən inşa etdirilən və Qanuni Sultan Süleyman tərəfindən bərpa olunan İsgəndər Paşa və Qazı Murat məscidləri Ahlat Qalasının əsas tikililərindəndir.
Dəniz səviyyəsindən 1646 metr hündürlükdə yerləşən və 3713 kvadrat km sahəyə malik Van gölü ölkənin ən böyük gölüdür. Burda yerləşən Akdamar, Quşadası, Çarpanaq və Qadir adaları əsl təbiət möcüzələridir. Turistlərin ən çox gəldiyi yer Akdamar adasıdır. Göldən 32 km şərqdə Erçek gölü yerləşir. Cənubda yerləşən Süphan dağında isə dağ və təbiət yürüyüşü turları təşkil olunur.
Van gölünün cənubunda yerləşən Akdamar adasına günün hər saatında sahildən motorlu qayıqlarla getmək mümkündür. Sahildən 3 km uzaqda yerləşən adada Akdamar kilsəsi yerləşir. Kilsə 1-ci Dünya Müharibəsi dövrünə qədər istifadə edilirdi, günümüzdə isə bura muzeydir.
4 yarpaqlı bitki planlı kilsə hündür çərçivəli və 16 bucaqlı başlıqla örtülüb. Kənar divarlarında Peyğəmbərin və Əzizlərin qabartmaları yerləşir. Səlcuqlu motivləri daşıyan kilsə haqda bir rəvayət var. Rəvayət, keşişin qızı Tamara ilə sahildə yaşayan türk çobanın məhəbbəti haqdadır.
Vanda əl sənətləri arasında ən məhşuru xalça toxuma sənətidir. Bütün xalçalar yundan toxunur. Burda bitən bitkilərindən əldə olunan kök boyaqları ilə tünd qırmızı, mavi, Van ağı adlanan ağ və qəhvəyi rəngdə xalçalar toxunur. Xalçalarda əqrəb, tutuquşu, qoç buynuzu və qadın motivləri işlədilir. Zəngin yemək mədəniyyətinə malik şəhərin Van otlu pendiri məhşurdur. Bu pendirə bölgədə bitən fərqli otlar qatılır və nəticədə dadlı vǝ ətirli pendir əldə olunur. Eləcə də Van gölündən çıxan Van balığı, bol kürülü dadlı balıqdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr