Mədəniyyət Beşiyi Türkiyə 37/2014

İshak Paşa sarayı Ağrı şəhərinin məhşur yerlərindən biridir

132278
Mədəniyyət Beşiyi Türkiyə  37/2014


İshak Paşa sarayı Ağrı şəhərinin məhşur yerlərindən biridir. Bu saray İstanbuldakı Topkapı Sarayından sonra Osmanlının son dövründən qalan sarayların ən məhşurudur. Doğubəyazıda 5 km uzaqdakı bir dağın yamacında inşa edilən saray ecazkar memarlığa malikdir. Külliyə formasındakı saray 18-ci əsrdə Çıldıroğullarından II İshak Paşa tərəfindən inşa etdirilib. II. İshak Paşa 1789-cu ildə vəzir vəzifəsi ilə Çıldır və Axısqaya qubernator təyin edilib və 1 il sonra vəzifəsindən azad edilərək Hasanqalaya sürgün edilib. Sarayın tikintisi keçmiş Çıldır qubernatoru Çıldıroğullarından Çolaq Abdi Paşa tərəfindən başlayıb lakin sonra II. İshak Paşa tərəfindən sona çatdırılıb.
Abidə formasında tikilən saray Lalə dövrünün son tarixi əsəridir. 18-ci əsr Osmanlı memarlığının ən gözəl nümunələrindən biri olan saray tarixi baxımdan da əhəmiyyətlidir. Barok və rokoko tərzinin biryerdə istifadə edildiyi bəzəkli saray kəsmə daşdan inşa edilib. Şərq hissəsindəki tac qapı, qabartma və bəzəklər Səlcuqlu sənətinin izlərini daşıyır. Saray bir çox memari hissədən ibarətdir. Bunlar qıraq hissə, 1-ci və 2-ci həyət, Qadınlar bölməsi, Məscid binası, Yeməkxana, Hamam, Hərəmxana, Mərasim və Əyləncə Salonu, tac qapılar, Silah və Ərzaq otağı, Türbə binası, Soba və Zindan bölmələridir. Saray 2 həyət və onların ətrafında yerləşən memari bölmələrdən ibarətdir. 1-ci həyətin bəzi tikililəri dağılıb. Girişin sağ tərəfində qadınlar otağı, arxasında isə kişilər otağı yerləşir. Bunların axırında məscid və türbə bölməsi yerləşir. Türbə Səlcuqlu memarlığı əsasında inşa edilib və 366 otağı var. Hər otaqda daşdan düzəldilmiş sobalar var. Daş divarlardakı boşluqlar tikilinin istilik sisteminə malik olduğunu göstərir. Divar və döşəməsi daşdan tikilmiş Divan Salonunda Türk xəttatlığının gözəl nümunələri əks olunub. Burdakı kitabədə sarayın inşasının 1784-cü ildə sona çatdığı qeyd edilib. Sarayın 2-ci həyətində yerləşən türbə kəsmə daşdan inşa edilib. 8 bucaqlı tikili səciyyəvi Səlcuqlu gümbəz memarlığının nümunəsidir. Gümbəzin divarları həndəsi motivlərlə bəzədilib. Burda Çolaq Abdi Paşa, İshak Paşa və qohumları dəfn edilib.
İshak Paşa Sarayı abidə xarakterli inşa edilib. Hər bölməsi ecazkar sənət nümunələri ilə doludur. Onlardan bəzilərini qısaca sizə tanıdaq. Sarayın giriş qapısı şərq hissədədir və bura qədər yol gəlir. Tac qapı zəngin bəzəklərə malikdir. Qapı basma sütunlarla, düz kəmərlərlə və böyük oyuqlu qabartmalarla bəzədilib. Əsas hissə həndəsi bəzəklərdən ibarətdir və divardan çıxan qapının xaricində 2 kiçik sütun yerləşdirilib. Səlcuqlu memarlığı tərzində bəzədilən qapının keçmişdə qızıl qanadları olduğu deyilir. Bu sarayda İran səfirinin qonaq edildiyi və onun İstanbuldakı Topkapı Sarayına gəldikdən sonra sarayı təriflədiyi və onun şöhrətinin Sultanı keçdiyini dediyi haqda rəvayət var.
Sarayın diqqət çəkən bir bölməsi də kişilər otağıdır. Burda eyvanlı və qapalı bölmə var. Günümüzə qədər qorunan taxta eyvanlar üst-üstə 3 fiqurdan - altı insan başı və bədəni, ortası şir, üstü isə qartaldan ibarətdir.
Kişi və qadın bölməsi arasında yerləşən məscidin eninə rəngli daşlarla bəzədilmiş minarəsi var. Məscidin ibadət yeri tək qübbəlidir. Şimal hissəsində camaat yeri və qapalı bir həyət yerləşir. Tikilinin memarlığında Osmanlı və Barok üsulu istifadə edilib.
İshak Paşa Sarayını gəzən turistlər yaxınlıqda yerləşən tarixi məkanları da ziyarət edirlər. Bunlardan biri qədim Bayəzid Məscididir. Bayəzid qalasının cənub ətəyindəki bu məscidi I. Səlim inşa etdirib. Məscidin giriş qapısındakı kitabədə buranın 17-ci əsrdə bərpa edildiyi qeyd olunub. Məscidin yerləşdiyi dərə yamacı divarla düzəldilib. Məscid kvadrat formalı və 1 qübbəlidir. Kiçik məscidin inşasında sarı, ağ və qəhvəyi daşlardan istifadə edilib. Şimal hissədəki 5 otaqlı camaat yeri dağılıb. Şəhərdə qədimi kilsələr də yerləşir. Qayaların oyulması ilə tikilmiş yeraltı Qaragöz və Üç Kilsə bunlardandır. Doğu Bayəzidın qədim yaşayış məskənləri ətrafında yerləşən karvansaraylar İran Səlcuqluları tərəfindən inşa edilib.
Bölgədə soyuq iqlim hakim olduğu üçün burda əl dəzgahlarında yun toxuma, kilim və xalça sənəti inkişaf etdirilib. Şəhərin zəngin mətbəxi var. Buranın ən məhşur yeməyi sac qovurmadır və ət yeməkləri çox yeyilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr