Mədəniyyət Beşiyi Türkiyə 32 / 2014

90806
Mədəniyyət Beşiyi Türkiyə 32 / 2014

Mərmərə bölgəsinin Avropa hissəsində yerləşən Ədirnə şəhəri şərqdən Kırklareli və Tekirdağ, cənubdan Çanakkale və Əgǝ dənizi, qərbdən Yunanıstan, şimaldan isə Bolqarıstan ilə qonşudur. Şəhərin iqlimi cənubdan şimala getdikcə soyuqlaşır. Əgə dənizi sahilinə yaxın cənub hissələrdə iqlim mülayim, şəhərdə və şimal hissələrdə isə iqlim qurudur.
Ədirnə e.ə 5-ci əsrdə Trak soyundan olan Odrislər tərəfindən salınıb və şəhərə “Odrisia” adı verilib. 2-ci əsrdə imperator Hadrianus dövründə şəhər statusu qazanan Ədirnə “Hadrianopolis” adlandırılıb. 4-cü əsrdən etibarən burda çoxlu sayda müharibələr baş verib. Bizans dövründə Qot, Hun və Bolqarlar şəhərə axın edib. Bu dövr 1361-ci ilə qədər yəni Türklər buranı fəth edənə qədər davam edib. Sultan I. Murat şəhərin adını Ədirnə qoyub və buranı paytaxt elan edib. O dövrən etibarən şəhərdə tikinti və abadlıq işləri başlayıb. Əvvəllər Traklar, Romalılar və Bizanslılar burda hələ də qalıqları qalan qalalar, qala divarları, su kanalları, kilsələr, məzar daşları və məbədlər şəhəri inşa etmişdi. Günümüzdə bu tikililərdən bir neçəsi qalıb. Son dövrlərə qədər qalan lakin indi tamamilə yox edilmiş Ayasofya Kilsəsi, Murad Hüdavendigar tərəfindən məscidə çevrilib. Sonrakı dövrdə məscidə mədrəsə əlavə edilərǝk adı “Halebiye Mədrəsəsi” olaraq dəyişdirilib. Tikili artıq qalmayıb.
Osmanlılar şəhərdə 2 saray inşa etdirib. Köhnə saray dağılıb. Yeni saray adlanan Osmanlı sarayının yerləşdiyi Saray içi isə Tunca çayı ilə əhatənəlib və içində Ulu ağacları yerləşir. Sarayiçi tarixi Qırxpınar yağlı güləşlərinin keçirildiyi yerdir. Bu ərazi əsas gəzinti yerlərindən biridir.
Ədirnədə bu günə qədər qalan tikililərin çoxu Osmanlılar tərəfindən inşa edilib. Bunlara misal olaraq, 1569-cu ildə memar Sinanın Əli paşa üçün inşa etdiyi Əli paşa məscidini, Çələbi sultan Mehmedin 1417-ci ildə inşa etdirdiyi bazarı, III. Muradın inşa etdirdiyi bazar yeri, Rüstəm paşa karvansarayını və Sokullu Mehmet paşanın inşa etdirdiyi Taşhan tikilisini göstərmək olar.
Uzaq məsafədən görünən və Ədirnənin simvolu sayılan Selimiye məscidi ecazkar memarlığı ilə diqqət çəkir. Memar Sinanın İstanbuldakı Şəhzadə və Süleymaniye məscidlərindən sonra “ustadlıq əsərim” adlandırdığı Selimiye məscidi 1569-1575-ci illər arası II.Səlimin şərəfinə inşa edilib. Məscid Osmanlı-Türk memarlığının ən gözəl nümunəsidir. Bir qübbəli və bu qübbənin üstündə tikilən 4 minarəli məscid füsunkar görkǝmǝ malikdir. Məscidin əyri sütunları rəngli daşlarla bəzədilib. Məscidi əhatə edən monumental həyət kvadrat formasındadır. Həyətin ortasında yerləşən məscid, cənub tərəfindəki mədrəsə və hədis məktəbi, qərb hissəsindəki həyətdə yerləşən bazara oxşar tikililəri ilə kompleks əmələ gətirir.
Məscidin içi geniş və işıqlıdır. Mehrab və minbər çox gözəl şəkildə düzəldilib. Məscidin çini bəzəkləri 16-cı əsr İznik çini sənətinin texnikası, keyfiyyəti və motivləri ilə ən gözəl nümunələrdəndir. Bəzəklərdə qırmızı, mavi rəngin tonları, ağ , yaşıl və qəhvəyi rənglər çox işlənib. Mehrab və şahın iclas yeri Osmanlı çini sənətinin ən gözəl nümunələrindən biridir. Osmanlı-Rus müharibəsi dövründə bu çinilərdən bəziləri rus general tərəfindən çıxarılaraq Moskvaya aparılıb. Qübbənin içi qələmlə bəzədilib. Bu hissədə və əyri sütunlarda yerləşən bəzəklərin çoxu günümüzdə bərpa edilib.
Edirnənin tarixi yerlərini ziyarət edən turistlər şəhərin təbii gözəlliklərindən də faydalana bilərlər. Bunlarda biri Saroz körfəzidir. Trakiya torpaqlarının Əgǝ dənizi sahili olan bu körfəz təmiz qumlu sahil zolağıdır. Türkiyə-Yunanıstan sərhəddində təbii sərhəd olan Meriç çayı burada Qala gölünü əmələ gətirir. Zəngin bitki örtüyü, quş və balıq növləri ilə zəngin göl ekolojik mühit üçün əhəmiyyətli yerdir. Ərgǝnǝ çayının Meriç çayı ilə birləşdiyi yerin Ədirnədən keçən hissəsi 72 km uzunluqdadır. Bu çay Ənǝz yaxınında Əgǝy dənizinə tökülür.
Ədirnədə əl sənətləri arasına sandıq, qutu və çərçivələrin üstünə boya ilə çəkilən “Ədirnǝkari” adlanan əl sənəti əşyaları məhşurdur. Süpürgə düzəltmə, meyvədən sabun hazırlama, taxta qutu və qab düzəltmə, çiçək rəssamlığı, talik yazısı yazma sənətləri əsas əl sənətlərindəndir. Ədirnə Osmanlının paytaxtı olduğu dövrdən bəri türk çini və keramika sənətinin əsas mərkəzlərindən biri idi. Sultanların da sevdiyi bəzək əşyaları, saray və abidələrin misilsiz çiniləri Ədirnənin mədəni irsində əsas yerə malikdir.
Ədirnədə yerləşən Bolqar, İtalyan kilsəsi, sinaqoq, yəhudi, İtalyan, Bahai qəbirstanlığı fərqli inanclara malik xalqların bir yerdə yaşadığını göstərir. Şəhərdə çoxlu sayda festivallar keçirilir. Beynəlxalq Xıdırəlləz şənlikləri, tarixi Qırxpınar yağlı güləşi, Ənǝz Ovçuluq və Balıq festivalını bunlara misal göstərmək olar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr