Ankarada Vaqif Bəhmənlinin “Hüzünlü misralar” şeirlər kitabının təqdimatı oldu

Ankarada Vaqif Bəhmənlinin “Hüzünlü misralar” şeirlər kitabının təqdimatı_01.jpg

  Türkiyənin paytaxtı Ankarada Azərbaycanın tanınmış şairi Vaqif Bəhmənlinin “Hüzünlü misralar” şeirlər kitabının təqdimatı olub.

  Kitab Avrasiya Yazıçılar Birliyinin “Bengü” Yayın Evi tərəfindən “Azərbaycan ədəbiyyatı” seriyası çərçivəsində nəşr edilib.

  Ankara “Kabakçı qonağı” Mədəniyyət Mərkəzində keçirilən təqdimatda Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) rəsmi təmsilçisi Elçin Qafarlı, Qırğızıstanın Xalq şairi, bu ölkənin TÜRKSOY-dakı nümayəndəsi Kojogeldi Kuluyev, “Hüzünlü misralar” kitabını Anadolu türkcəsinə uyğunlaşdıran, şairə Ülkü Taşlıova və toplunun redaktoru, yazıçı Havva Təkim çıxış ediblər.


Etiketlәr: Vaqif Bəhmənli “Hüzünlü misralar”