Ankarada “Əhli-Hiref” sərgisi

Əhli-Hiref Sərgisi_01.JPG

  Türkiyənin paytaxtı Ankarada Azərbaycan-Türkiyə başlıqlı Beynəlxalq X Ankara Sənət Festivalı həm Ankara incəsənət festivalı, həm “Danışan motiflərimiz”, həm “Əhli-Hiref” (Ehl-i Hiref) sərgisi, həm də “Şair baxışlı qələmlər” fəaliyyətlərinin məcmuyudur.

  “Əhli-Hiref” keçmiş sənət cərəyanlarını davam etdirən, incəsənəti peşəyə çevirən sənət əhlinə, bu işin ustaları və şagirdlərinə verilən addır.

  Beynəlxalq X Ankara Sənət Festivalında Türkiyənin müxtəlif şəhərlərindən, o cümlədən, Azərbaycan Respublikasından sözlü-sənətli tanınan qonaqlarımız iştirak edir.

  Ankara Sənət Qalereyasının sədri, rəssam və şair Sultan Özateşin Ankara Böyükşəhər Bələdiyyəsi Sənət Qalereyasında (Atatürk Bulvarı, Zafer Çarşısı İçi) təşkil edilən tədbir dekabrın 31-inədək xalqa açıqdır.  


Etiketlәr: Ankara “Əhli-Hiref” sərgisi , Beynəlxalq X Ankara Sənət Festivalı , Azərbaycan-Türkiyə başlıqlı tədbir