Türkiye Quru Qoşunları Məktəbində 8 Noyabr- Zəfər Günü münasibətilə keçirilən mərasimdən

Türkiye Quru Qoşunları Məktəbində 8 Noyabr- Zəfər Günü münasibətilə keçirilən mərasimdən

Azərbaycanın Türkiyedəki səfirliyi və bu diplomatik nümayəndəliyin nəzdində Silahlı Qüvvələrin Hərbi Attaşelik Aparatı 8 Noyabr – Zəfər Günü münasibətilə paytaxt Ankarada şəhərində rəsmi qəbul təşkil edib.

Türkiye Quru Qoşunları Məktəbində keçirilən mərasimdə şəhid ailələri və qazilər, rəsmi şəxslər, millət vəkilləri, Türkiyə Silahlı Qüvvələrinin vəzifəli şəxsləri, qardaş ölkə ictimaiyyətinin görkəmli nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra iki ölkənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən Savaşında qazandığı parlaq Qələbənin real nəticələrindən, Azərbaycan-Türkiye qardaşlıq münasibətlərindən, dövlətlərimizin regionda sülh, sabitlik və inkişaf mühiti yaratmaq istiqamətində göstərdikləri səylərdən danışıblar.


Etiketlәr: Türkiye Quru Qoşunları Məktəbi