Dubay uçan taksi xidməti göstərən ilk şəhər oldu
Mövzu ilə bağlı BƏƏ-nin “WAM” xəbər agentliyinin “X” sosial media hesabında yazılıb
![Dubay uçan taksi xidməti göstərən ilk şəhər oldu](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/965c/9510/3a12/65ca17b32a1c9.png?time=1722046290)
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində uçan taksilər fəaliyyətə başlayır. Mövzu ilə bağlı BƏƏ-nin “WAM” xəbər agentliyinin “X” sosial media hesabında yazılıb. Bununla Dubay uçan taksi xidməti göstərən ilk şəhər olur dünyada.
Pilot və 4 sərnişin daşımaq qabiliyyətinə malik uçan taksi sıfır emissiya ilə çalışır.
Maksimum uçuş məsafəsi 161 kilometr, maksimal sürəti saatda 320 kilometr olan uçan taksinin Dubay Beynəlxalq Hava Limanı, şəhərin mərkəzində “Downtown”, “Dubay Marina” və “Palm Jumeirah”da olmaqla hələlik 4 stansiyası var.
Dubay Beynəlxalq Hava Limanı ilə “Palm Jumeirah” arasında 45 dəqiqə olan səyahət vaxtı uçan taksi ilə 10 dəqiqəyə enir.
Әlaqәli Xәbәrlәr
![16 böcək növü qida üçün təsdiq edildi](http://cdn.trt.net.tr/images/medium/rectangle/9acf/eed3/4523/668be0220b246.jpg?time=1722046290)
16 böcək növü qida üçün təsdiq edildi
Ölkədəki restoranlar öz menyularına 16 həşərat növünün hamısını əlavə edə biləcəklər