2024-cü ilin yanvar ayı - "Ən isti yanvar"
Avropa İttifaqının (Aİ) “Kopernik” peyk izləmə sistemi tərəfindən aparılan ölçmələrə görə ...
![2024-cü ilin yanvar ayı - "Ən isti yanvar"](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/d427/45e5/a85d/65c482a8419c1.jpg?time=1722046184)
Avropa İttifaqının (Aİ) “Kopernik” peyk izləmə mərkəzi tərəfindən aparılan ölçmələrə görə, 2024-cü ilin yanvar ayında yerüstü havanın orta temperaturu 13,14 dərəcə olub. Bu temperatur 1991-2020-ci illərin yanvar ayı orta göstəricisindən 0,70 dərəcə, 2020-ci ildə qeydə alınan əvvəlki ən isti orta göstəricidən isə 0,12 dərəcə yüksəkdir.
Son 12 ayda (2023-cü ilin fevral - 2024-cü ilin yanvar ayları) qlobal orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,64 dərəcə yüksək olub.
Avropada yanvarda havanın temperaturu şimal və cənub bölgələrində fərqlilik göstərib.
Skandinaviya ölkələrində 1991-2020-ci illərin orta göstəricisindən xeyli aşağı olan temperaturlar cənub ölkələrində bu orta göstəricidən xeyli yuxarı ölçülüb.
Şərqi Kanada, Şimal-Qərbi Afrika, Yaxın Şərq və Mərkəzi Asiyada temperatur orta səviyyədən yuxarı, Qərbi Kanada, Mərkəzi Amerika və Şərqi Sibirdə isə orta səviyyədən aşağı olub.
Әlaqәli Xәbәrlәr
![16 böcək növü qida üçün təsdiq edildi](http://cdn.trt.net.tr/images/medium/rectangle/9acf/eed3/4523/668be0220b246.jpg?time=1722046184)
16 böcək növü qida üçün təsdiq edildi
Ölkədəki restoranlar öz menyularına 16 həşərat növünün hamısını əlavə edə biləcəklər